Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Azərbaycanın uğurları Prezident İlham Əliyevin uzaqgörən diplomatik addımlarının nəticəsidir ŞƏRH AZƏRTAC

Azərbaycanın uğurları Prezident İlham Əliyevin uzaqgörən diplomatik addımlarının nəticəsidir ŞƏRH AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 21 dekabr, AZƏRTAC

Dünya nizamının yenidən formalaşdığı bir mərhələdə qlobal sistemdə kəskin təlatümlər və qarşıdurmalar yaşanır. Hətta bir çox bölgələrdə dövlətlərarası münasibətlərdəki gərginliklər aktiv münaqişə həddinə çataraq ciddi təhlükəsizlik problemləri yaratmağa davam edir. Qlobal institutların və güc mərkəzlərinin münaqişələrin nizamlanması ilə bağlı təsir mexanizmlərini tamamilə itirdiyi bir mərhələdə Azərbaycan təkbaşına işğala son qoyaraq münaqişəni bitirən yeganə dövlətdir. Heç şübhəsiz ki, ölkəmizin bu uğurları Prezident İlham Əliyevin müdrik siyasətinin və uzaqgörən diplomatik addımlarının nəticəsidir. Dövlətimizin başçısı bütün cəbhələrdə olduğu kimi, informasiya məkanında da milli maraqlarımızın qorunmasını, Azərbaycan həqiqətlərinin və xarici siyasət prioritetlərimizin aydın şəkildə ifadə edilməsini təmin edir. Prezident İlham Əliyevin yerli və xarici media qurumlarına verdiyi bütün müsahibələri, eləcə də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoruna müsahibəsi bütövlükdə çox mühüm mesajları özündə ehtiva edir. Müsahibə zamanı Prezident İlham Əliyev Azərbaycanın xarici siyasət prioritetlərindən, Azərbaycan-Rusiya əlaqələrinin önəmindən, regional və qlobal sistemdə baş verən hadisələrdən, davam edən sülh danışıqlarının indiki mərhələsindən və eləcə də, Azərbaycanın yüksələn nüfuzundan ətraflı şəkildə bəhs edərək, geniş təhlillər aparıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.

O bildirib ki, Rusiya ilə əməkdaşlığımızın önəmini vurğulayan dövlətimizin başçısı 2022-ci il fevralın 22-də imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”ni mühüm siyasi addım kimi dəyərləndirdi. İkitərəfli münasibətlərdəki müsbət dinamikanın gələcək dönəmlərdə də inkişaf edəcəyinə əminliyini ifadə etdi. Müstəqil xarici siyasət prioritetlərinə və heç bir hərbi-siyasi blokda təmsil olunmamaqla balanslı siyasi kursa sahib olan Azərbaycan Respublikasının qlobal sistemdəki rolu hər gün bir az daha möhkəmlənməyə davam edir. İkinci Qarabağ müharibəsində əldə edilmiş qələbənin diplomatik platformada qətiyyətli şəkildə davam etdirilməsi Azərbaycan üçün yeni imkanlar formalaşdırmış oldu. Bu imkanlardan uğurlu şəkildə istifadə edərək, beynəlxalq sistemdəki rolunu daha da gücləndirən Azərbaycan, eyni zamanda, qarşılaşdığı təhdidlərə münasibətdə də kifayət qədər praqmatik və adekvat addımlar atmağa davam edir. Sivilizasiyalar və fərqli qütblər arasında balanslı siyasət yürüdən Azərbaycan müstəqil aktor olaraq ədalətə və beynəlxalq hüquqa əsaslanan milli maraqlarının müdafiəsini prioritet qəbul edir.

Politoloqun sözlərinə görə, ölkəmizin hədəfləri böyüdükcə əlaqələri də genişlənir. Yeni tərəfdaşlarla yanaşı, əzəli dost və müttəfiq olduğumuz dövlətlərlə münasibətlərimiz də möhkəmlənməyə davam edir. Heç şübhəsiz ki, bu dövlətlər sırasında dost və qardaş ölkə olan Türkiyə ilə münasibətlərimiz ilk sırada dayanır. Təbii ki, Azərbaycan-Türkiyə əlaqələrinin inkişaf dinamikası dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizi də məyus edir. Ona görə də, iki dövlət arasındakı münasibətləri hədəf alan əsassız iddialar və qərəzli məlumatlara hər zaman rast gəlmək mümkün olur.

“Prezident İlham Əliyevin müsahibə zamanı ilk dəfə səsləndirdiyi məsələlərdən biri də sülh danışıqlarında Ermənistan ilə razılaşdırılmamış iki bəndlə bağlıdır. Bu məsələ uzun müddətdir müzakirə edilsə də, açıq şəkildə hansı bəndlərə dair fikir ayrılıqlarının olması ilə bağlı məlumat verilməmişdi. Təqribən üç il ərzində davam edən danışıqlar prosesində sülh müqaviləsində əks olunacaq 17 maddədən 15-i ilə bağlı artıq razılıq edilib. Razılaşdırılmamış iki maddənin məzmunu ilə bağlı heç bir rəsmi məlumat verilməmişdi. Azərbaycan Prezidenti ilk dəfə bu məsələyə aydınlıq gətirərək, razılaşdırılmamış iki maddə və Ermənistan tərəfinin həyata keçirməli olan iki məqam haqqında məlumat vermiş oldu. İlk məqam təbii ki, Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlıdır. Çünki Konstitusiyaya dəyişiklik edilmədən imzalanacaq sülh müqaviləsi heç bir halda davamlı sülhün zəmanəti ola bilməz. Ümumiyyətlə, heç bir dövlət ali qanun hesab olunan Konstitusiyasında və ya dövlət rəmzlərində başqa suveren dövlətlərin ərazisinə iddia ifadə edə bilməz. Bu, beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olmaqla yanaşı, birbaşa işğalçılıq ideologiyasının təbliğidir. İkinci ən əsas məqam ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlıdır. Belə ki, Minsk qrupunun yaranma səbəbi münaqişənin sülh yolu ilə həllinə nail olmaq idi. Təəssüflər olsun ki, 27 ilə yaxın davam edən danışıqlar dövründə bu istiqamətdə heç bir real addım atılmadı və tamamilə əksinə olaraq, bu qrup işğalçının “himayə çətirinə” çevrildi. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan öz ərazi bütövlüyünün bərpa olunmasına təkbaşına nail oldu və bu gün Minsk qrupunun mövcudluğuna heç bir zərurət yoxdur. Ancaq bu məsələ konsensusla həll edildiyinə görə Ermənistanın razılığı mütləq xarakter daşıyır. Əgər Ermənistan həqiqətən də sülh istəyirsə, mütləq şəkildə Azərbaycanın bu tələbləri yerinə yetirilməlidir. Əks halda “Ermənistan+” qüvvələrin sülhü imitasiya oyunu və paralel şəkildə Ermənistanı silahlandırma prosesi heç bir halda bizi davamlı sülhə apara bilməz”, - deyə A.Qurbanova vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Dekabr 2024 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see460

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see362

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see358

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see316

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see274

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see274

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see274

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see271

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see188

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see149

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see148

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see140

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see140

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see133

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see128

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see124

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see123

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see122

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri