Icma.az
close
up
RU
Prezident İlham Əliyevin Xocalıya səfəri dərin simvolik məna ifadə edir ŞƏRH

Prezident İlham Əliyevin Xocalıya səfəri dərin simvolik məna ifadə edir ŞƏRH

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 27 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin Xocalıya səfəri yalnız rəsmi xarakter daşımır, həmçinin dərin simvolik məna ifadə edir. Xüsusilə də faciənin ildönümündə dövlət başçısının vaxtını məhz Xocalı sakinləri ilə keçirməsi xüsusi əhəmiyyət kəsb edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib.

O bildirib ki, bu səfər həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış açıq mesaj idi: Azərbaycan xalqı Xocalı faciəsini unutmayıb və heç vaxt unutmayacaq. Bu hadisə xalqımızın qan yaddaşında yaşayır və biz həqiqətlərin dünya miqyasında tanıdılması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.

“Prezident İlham Əliyevin çıxışında da qeyd etdiyi kimi, artıq 20-dən çox ölkə Xocalı faciəsini rəsmi şəkildə tanıyıb. Bu, uzun illər aparılan ardıcıl diplomatik fəaliyyətin və beynəlxalq hüquq müstəvisində görülən işlərin nəticəsidir.

Eyni zamanda vurğulandı ki, bu cinayəti törədən şəxslər cəzasız qalmayıb və Azərbaycan dövləti öz ədalətini bərpa etməyə nail olub. Bu, həm hüquqi, həm də mənəvi baxımdan mühüm əhəmiyyət daşıyır. Çünki ədalətin bərpası xalqın mənəvi yaralarının sağalmasına da xidmət edir”, - deyə F.İsmayılzadə əlavə edib.

Deputat qeyd edib ki, digər bir mühüm məqam Xocalı Soyqırımı Memorialının inşası və istifadəyə verilməsidir. Bu, təkcə bir memarlıq abidəsi deyil, həm də tarixi yaddaşın əbədiləşdirilməsi deməkdir. Memorial gələcək nəsillərə bu faciəni unutmamaq, onu düzgün dərk etmək və tarixi həqiqətləri olduğu kimi öyrənmək imkanı verəcək.

“Xocalıya sakinlərin qayıdışı və orada həyatın yenidən başlaması da xüsusi önəm daşıyır. Bildiyimiz kimi, bu gün Qarabağ, xüsusilə də Xocalı yenidən dirçəlir, yenidən qurulur və inkişaf edir. Uzun illər işğal altında qalmış torpaqlarda həyatın canlanması Azərbaycan dövlətinin gücünün, xalqın birliyinin və iradəsinin bariz nümunəsidir”, - deyə F.İsmayılzadə diqqətə çatdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Fevral 2026 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri