Prezident İlham Əliyevin xəbərdarlığı: Məmurlar xalqın etimadını və dövlət başçısının inamını doğrultmalıdır
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Cənab Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, dövlət başçısı üçün əsas meyar məmurun xalqa xidmət səviyyəsidir. Onun son çıxışlarında səslənən “xalq üçün işləməyən, şəxsi maraqlarını dövlət maraqlarının önünə keçirən məmur bu sistemdə yer tuta bilməz” fikri bütün dövlət strukturlarına ünvanlanmış açıq xəbərdarlıqdır. Bu, həm də cəmiyyətə verilən siqnaldır ki, Azərbaycan yeni dövrdə, postmüharibə mərhələsində, hesabatlı, vicdanlı və şəffaf idarəçilik modelinə keçid edir.
Cənab Prezidentin bu mövqeyi təsadüfi deyil. Çünki Azərbaycanın bu gün əldə etdiyi nailiyyətlər, Qarabağın azadlığı, iqtisadi yüksəliş, beynəlxalq nüfuzun artması, məhz siyasi rəhbərliyin uzaqgörənliyi və prinsipiallığı sayəsində mümkün olub. Bu uğurlar fonunda məmurların məsuliyyətsiz davranışları, korrupsiya hallarına yol verməsi və ya xalqa laqeyd münasibəti dövlətin strateji məqsədlərinə zərbə vurur.
Niyə icra başçıları etimadı doğrulda bilmir?
Ən çox diqqət çəkən məqamlardan biri odur ki, bəzi icra başçıları təyinat aldıqdan qısa müddət sonra Prezidentin etimadını itirirlər. Bunun bir neçə səbəbi var:
1. Xalqa yaxın olmamaq, bir çox hallarda məmurlar vətəndaşla ünsiyyəti ikinci plana keçirir, kabinet idarəçiliyinə üstünlük verirlər. Halbuki cənab Prezident İlham Əliyev hər zaman “məmur xalqın içində olmalıdır” prinsipini önə çəkib.
2. Şəxsi maraqların dövlət maraqlarından üstün tutulması, bəzi məmurlar vəzifəni şəxsi imtiyaz mənbəyi kimi qəbul edir.
3. Nəticəyə deyil, prosesə işləmək, dövlət başçısının tələb etdiyi operativlik və nəticəyönümlülük bəzi yerli rəhbərlərdə çatışmır.
4. İslahatlara müqavimət, yeni dövrdə cənab Prezidentin əsas xətti sürətli modernləşmə və şəffaflıqdır. Ancaq bəzi məmurlar köhnə düşüncə tərzindən uzaqlaşa bilmir.
Beləliklə, icra başçılarının etimadı doğrulda bilməməsinin əsas səbəbi idarəçilik fəlsəfəsinin dəyişməsinə uyğunlaşmamaqdır. Cənab Prezidentin siyasəti yeni idarəçilik təfəkkürü tələb edir. Bu, təkcə vəzifə deyil, xalqa xidmət məsuliyyətidir.
Prezident İlham Əliyev hər zaman xalq üçün çalışan liderdir. Azərbaycan Prezidentinin son illərdə həyata keçirdiyi siyasət bütün sahələrdə real nəticələrə gətirib çıxarıb. Qarabağın azadlığı, Zəngilan, Laçın, Şuşa və digər bölgələrdə aparılan bərpa və quruculuq işləri, sosial layihələr, iqtisadi artım və beynəlxalq arenada Azərbaycanın nüfuzunun yüksəlməsi və bunların hamısı cənab Prezident İlham Əliyevin uzaqgörən liderliyinin nəticəsidir.
Cənab Prezident bir çox çıxışlarında vurğulayıb: “Biz azad edilmiş torpaqlarda həyat qururuq, amma bu həyatın dayanıqlığı xalqın rifahı və məmurların məsuliyyəti ilə ölçüləcək.” Bu sözlər həm xəbərdarlıq, həm də strateji istiqamətdir.
Cənab Prezidentin məmurlarla bağlı son mesajları göstərir ki, artıq “yeni dövrün məmuru” anlayışı formalaşır. Bu anlayışa görə, dövlət qulluqçusu:
Xalqa xidmət etməli,Korrupsiya və rüşvət hallarına qarşı sıfır dözümlülük nümayiş etdirməlidir.Təşəbbüskar və məsuliyyətli olmalı, Cənab Prezidentin siyasi iradəsini yerinə yetirməklə xalqın etimadını qazanmalıdır.Bu tələblərə əməl etməyənlər üçün dövlət rəhbərliyinin mövqeyi birmənalıdır. Belə məmurlar sistemdə yer tuta bilməz. Bu, təkcə inzibati qərar deyil, yeni idarəçilik fəlsəfəsinin siyasi təzahürüdür.
Azərbaycan xalqı cənab Prezident İlham Əliyevin gördüyü işlərin şahididir. Həm müharibə dövründə, həm də sülh mərhələsində. Bu səbəbdən ictimai rəy də tələb edir ki, yerlərdə, nazirliklərdə, dövlət qurumlarında çalışan məmurlar cənb Prezidentin bu fədakarlığına, vətənpərvərliyinə və xalq sevgisinə layiq şəkildə fəaliyyət göstərsinlər.
Cəmiyyətin gözü indi yeni kadr islahatlarının nəticəsində formalaşacaq xidmətçi dövlət modelinə yönəlib. Xalq istəmir ki, cənab Prezidentin apardığı uğurlu siyasət yerlərdə məsuliyyətsizlik ucbatından kölgədə qalsın.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin icra başçıları və məmurlarla bağlı xəbərdarlığı, bu, sadəcə inzibati qərar deyil, siyasi iradənin və milli məsuliyyətin ifadəsidir. Dövlət başçısı xalqın rifahı, ölkənin inkişafı və ədalətli idarəçilik üçün hər şeyi edir. Lakin bu prosesin uğuru yalnız cənab Prezidentin deyil, bütün məmur korpusunun üzərinə düşür.
Əgər hər bir məmur xalqa xidmət etməyi özünə borc bilsə, cənab Prezidentin etimadını doğrultsa, o zaman Azərbaycan modeli, güclü dövlət, məsuliyyətli məmur və məmnun xalq modeli, bütün dünyaya nümunə olacaq.
Nicat İsmayılov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 13 Noyabr 2025 23:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















