Icma.az
close
up
RU
Prezident Kitabxanasında Mir Cəlal Paşayevin ədəbi irsinə həsr olunan yeni virtual kolleksiya yaradılıb

Prezident Kitabxanasında Mir Cəlal Paşayevin ədəbi irsinə həsr olunan yeni virtual kolleksiya yaradılıb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 27 aprel, AZƏRTAC

Prezident Kitabxanasının Kolleksiyalar bölməsinin “Ədəbi irs” adlı alt bölməsində XX əsr Azərbaycan ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunan yeni virtual kolleksiya yaradılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, kolleksiyada Mir Cəlal Paşayevin çoxşaxəli ədəbi və elmi fəaliyyətini əks etdirən materiallar təqdim olunur.

Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biri olan ədibin yaradıcılığı milli ədəbiyyatın inkişafında, onun məzmun və ideya baxımından zənginləşməsində xüsusi yer tutur. Yazıçının əsərlərində xalq yaradıcılığı ilə klassik ədəbi irsin qabaqcıl ənənələrinin vəhdəti yeni bədii keyfiyyətdə ifadə olunub.

Mir Cəlal Paşayev ictimai tariximizin və xalq taleyinin mühüm məqamlarını bədii təhlil süzgəcindən keçirən, həyat və zaman haqqında oxucu ilə səmimi və düşündürücü dialoq quran sənətkar kimi tanınır. Onun roman və hekayələri insan xarakterlərinin dərin psixoloji təhlili, milli-mənəvi dəyərlərə bağlılıq və dövrün ictimai mənzərəsinin dolğun əks etdirilməsi ilə seçilir.

Yazıçının elmi yaradıcılığı da Azərbaycan ədəbiyyatşünaslığının inkişafında mühüm yer tutur. Mir Cəlal Paşayev klassik ədəbi irsin, xüsusilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin sənət dünyasının tədqiqinə mühüm töhfələr verib, milli ədəbi düşüncənin əsas istiqamətlərini elmi əsaslarla şərh edib. Onun elmi və pedaqoji fəaliyyəti Azərbaycan maarifçiliyinin və ədəbiyyatşünaslıq məktəbinin formalaşmasında əhəmiyyətli rol oynayıb.

Kolleksiyada ədibin bədii əsərləri ilə yanaşı, ədəbi-tənqidi, publisistik və elmi yazılarını əhatə edən materiallar yer alır. Bu materiallar Mir Cəlal Paşayevin yaradıcılıq diapazonunun genişliyini, onun həm yazıçı, həm alim, həm də pedaqoq kimi çoxşaxəli fəaliyyətini əhatəli şəkildə təqdim edir.

Eyni zamanda Prezident Kitabxanası tərəfindən Mir Cəlal Paşayevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx hazırlanıb. Videoçarxı kitabxananın “YouTube” kanalında izləmək mümkündür.

Kolleksiya geniş oxucu auditoriyası üçün faydalı mənbə olmaqla, milli ədəbi irsin öyrənilməsi və araşdırılması baxımından əlavə imkanlar yaradır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Aprel 2026 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri