Icma.az
close
up
RU
Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi ədəbi irsini müasir üsullarla təqdim edir

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi ədəbi irsini müasir üsullarla təqdim edir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 28 sentyabr, AZƏRTAC

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli Azərbaycan yazıçısı, ədəbiyyatşünas-alim, pedaqoq Mir Cəlal Paşayevin zəngin elmi-ədəbi irsinə həsr olunan təqdimat hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, müasir texnologiyaların imkanlarından istifadə edilməklə hazırlanan təqdimatın elmi məsləhətçisi akademik Nizami Cəfərovdur.

Görkəmli ədibin irsinin müasir təqdimat üsulları ilə daha geniş auditoriyaya çatdırılması məqsədilə süni intellekt vasitəsilə hazırlanan material Mir Cəlal Paşayevin həyat və yaradıcılıq yolunu, alim, yazıçı və pedaqoq kimi fəaliyyətini sistemli şəkildə nümayiş etdirib.

Materialda Mir Cəlal Paşayevin mənalı həyat yolu ilə yanaşı bədii, elmi, pedaqoji fəaliyyətinin əsas mərhələləri yer alıb. Həmçinin Mir Cəlal yaradıcılığının iki əsas istiqaməti – bədii yaradıcılıq və elmi-tədqiqat fəaliyyəti paralel şəkildə təqdim edilərək, görkəmli yazıçının müəllifi olduğu roman, hekayə və novellalarında, “Dirilən adam”, “Bir gəncin manifesti”, “Təzə şəhər”, “Yolumuz hayanadır?” kimi əsərlərində XX əsr Azərbaycan cəmiyyətinin müxtəlif mənzərələrinin, insan talelərinin, müharibə və vətənpərvərlik, mənəvi dəyərlərin və insan münasibətlərinin öz əksini tapması qeyd edilib.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Mir Cəlalın “Füzulinin poetik xüsusiyyətləri” dissertasiyası və sonrakı illərdə hazırladığı “Füzuli sənətkarlığı” monoqrafiyasının füzulişünaslıq sahəsindəki elmi irsinin əsas nümunələrindən biri olması vurğulanıb.

Təqdimatda Mir Cəlalın uzun illər ali məktəbdə mühazirələr oxuması, kafedra müdiri kimi çalışması, tələbə və gənc tədqiqatçıların yetişdirilməsində iştirakı, Azərbaycan filologiyasının formalaşması və inkişafında mütəsna rol oynayan “Ədəbiyyatşünaslığın əsasları”, “XX əsr Azərbaycan ədəbiyyatı” və “Azərbaycanda ədəbi məktəblər (1905–1917)” kimi elmi və tədris əsərləri, jurnalistika və tərcüməçilik fəaliyyəti, filmoqrafiyası haqqında da məlumatlar sistemli şəkildə göstərilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Sentyabr 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see387

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see361

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see348

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see326

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see314

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see285

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see280

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see274

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see269

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see245

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see245

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see243

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see239

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see237

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see233

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see230

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see222

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see214

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see194

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri