Icma.az
close
up
RU
Prezident Küveyt Dövlətinin Vəliəhdi ilə görüşdü

Prezident Küveyt Dövlətinin Vəliəhdi ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşüb.

"Cebheinfo.az" xəbər verir ki, qonaq Prezident İlham Əliyevə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Liderlər Sammitinin açılış mərasimindəki məzmunlu çıxışına görə minnətdarlığını bildirdi.

O, dövlətimizin başçısının Azərbaycanla Küveyt arasında əməkdaşlığın inkişafına daim öz dəstəyini verdiyini vurğuladı.

Söhbət zamanı birgə iqtisadi komissiyanın fəaliyyətinin canlandırılması qeyd olundu, turizm sahəsində əməkdaşlığa toxunuldu, Küveytdən olan turistlərin Azərbaycana səfərlərindən məmnun qaldıqları vurğulandı.

Görüşdə ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

seeBaxış sayı:42
embedMənbə:https://cebheinfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri