Icma.az
close
up
RU
Prezident Nəsibə Zeynalovanın oğlunu təltif etdi

Prezident Nəsibə Zeynalovanın oğlunu təltif etdi

Icma.az, Modern.az saytına istinadən bildirir.

Prezident İlham Əliyev xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə Cahangir Mütəllib oğlu Novruzovu təltif edib.
Modern.az xəbər verir ki, sərəncama əsasən, Cahangir Novruzov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.
Qeyd edək ki, Cahangir Novruzov Azərbaycan Respublikasının Xalq artistidir.
O, hazırda Türkiyənin Adana şəhərində Çuxurova Universitetinin Dövlət Konservatoriyasının professoru olaraq, teatr bölməsində çalışır.
C.Novruzv məhşur Xalq artisti, mərhum Nəsibə Zeynalovanın oğludur.
Cahangir Mütəllib oğlu Novruzov 1954-cü il iyul ayının 31-də Bakı şəhərində Xalq artisti Nəsibə Zeynalova və A.Zeynallı adına Bakı musiqi məktəbinin muğam müəllimi Mütəllib Novruzovun ailəsində doğulub.


1976-cı ildə Mirzəağa Əliyev adına İncəsənət İnstitutunun rejissorluq fakültəsini, SSRİ Xalq artisti Mehdi Məmmədovun sinfini bitirib. Diplom işi Azərbaycan Dövlət Musiqili Komediya Teatrında hazırladığı Georgi Xuqayevin "Sevgilimin anası" operettası olub. Eyni ildə təyinat alaraq həmin teatrda çalışmağa başlayıb.

1979-cu ildə S.Rəhman adına Şəki Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə təyin edilib. Bu teatrda həm rejissor, həm də aktyor kimi fəaliyyət göstərib. 1981-ci ildə isə SSRİ Mədəniyyət Nazirliyinin Mədəniyyət işçilərinin təkmilləşdirmə İnstitutunun rəhbər işçilər fakültəsinə qəbul olunub və eyni zamanda da Moskva Malaya Bronnaya teatrında RSFSR-in Xalq artisti professor A.Efrosun rəhbərliyi altında təcrübə keçməyə başlayıb. İki il ərzində bir çox əsərlərin quruluşlarında A. Efrosa assistentlik edib. 1984-cü ildə SSRİ Xalq artisti professor G. Tovstonoqovun yaradıcı laboratoriyasına qəbul olunub və hər il iki dəfə olmaqla 1988-ci ilə qədər Sankt-Peterburqda çalışmalara qatılıb. 1985-ci ildə Şəki Dövlət Teatrına baş rejissor vəzifəsinə təyin edilib. Orada çalışdığı illər ərzində Şəki teatrı Kazan, Daşkənd, Səmərqənd, Moskva və Praqa şəhərlərinə qastrol səfərlərində olub. 1986-cı ildə Çexoslovakiyada keçirilən "Çeşskaya Buduyovutsa" gənc teatrlar festivalında jüri heyətinin üzvü kimi iştirak edib. 1987-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin təşkil etdiyi M.F.Axundovun 175 illik yubileyinə həsr olunmuş teatr festivalında hazırladığı "Müsyö Jordan və Dərviş Məstəli Şah" əsəri  mükafata layiq görülüb. 1988-ci ildə Parisdə keçirilən "Bovinyi" teatr festivalında fəxri jüri heyətinin üzvü olub. 1989-cu ildə Dövlət Musiqili Komediya Teatrına baş rejissor təyin olunub. 1990-cı ildə Gənc Tamaşaçılar Teatrının rus bölməsinə baş rejissor gətirilib. 1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təşkil etdiyi I Mono tamaşalar festivalında U.Şekspirin "Hamlet" əsərinin motivləri əsasında hazırlanmış "Olum ya Ölüm" tamaşası ilə birincilik qazanıb.
C.Novruzov 1995-ci ildən Türkiyə Cumhuriyyətində pedaqoji fəaliyyətlə məşğuldur. Hazırda Türkiyənin Adana şəhərində Çuxurova Universitetinin Dövlət Konservatoriyasının professoru olaraq, teatr bölməsində çalışır.

Cahangir Novruzov 27 may 2018-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:249
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Yanvar 2026 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see516

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see404

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see361

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see280

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see273

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see261

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see255

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see254

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see245

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see237

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see230

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see223

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see220

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see216

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see214

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see207

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see206

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see192

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see191

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri