Icma.az
close
up
RU
Prezident Qanun imzalayıb

Prezident Qanun imzalayıb

Sonxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident Qanun imzalayıb

Prezident İlham Əliyev "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma"nın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Qanun imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, Qanunda deyilir:

1. 2024-cü il avqustun 1-də Bakı şəhərində Azərbaycanın Dövlət Neft Şirkəti ilə Azərbaycan (AÇG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Ekvinor Abşeron AS, Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., MOL Azərbaycan, Ltd., ONGC Videş Limited, Türkiye Petrolleri A.O. arasında imzalanmış "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma" (bundan sonra – İkinci Qoşma) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin.

2. İkinci Qoşmanın əsas mətninə edilmiş iki (2) Əlavə Bölmə (bundan sonra – Əlavələr) qəbul və təsdiq edilsin və onların həyata keçirilməsinə icazə verilsin.

3. Bu Qanun qüvvəyə mindikdən sonra İkinci Qoşma və Əlavələr Qanun olurlar. İkinci Qoşmada konkret surətdə başqa hallar göstərilməyibsə, İkinci Qoşma və Əlavələr İkinci Qoşmanın qüvvədə olduğu müddət ərzində İkinci Qoşmaya və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycanın hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.

4. Bu Qanun qüvvəyə mindiyi tarixdən İkinci Qoşma və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Podratçı tərəflərə İkinci Qoşmada və Əlavələrdə nəzərdə tutulan sərbəst təbii qaz kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.

5. Bu Qanun qüvvəyə mindikdən sonra Podratçı tərəflərin (və ya onların hüquq varislərinin) İkinci Qoşma və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçı tərəflərin qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.

6. İkinci Qoşmadan irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Podratçı tərəflərə bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir.

7. İkinci Qoşmaya və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər və dəyişikliklər yalnız bu Qanunun 1-ci maddəsində qeyd olunmuş Sazişin tərəflərinin yazılı razılığı ilə edilir.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 11 Dekabr 2024 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Suraxanıdakı “şəfalı“ gölün acınacaqlı mənzərəsi: Müalicə yerinə xəstəlik mənbəyi? VİDEO

05 İyul 2026 00:02see244

DÇ 2026: Kanada Mərakeş matçında hesab açılıb

04 İyul 2026 22:23see236

Xanbala Əhmədli vəfat edib

05 İyul 2026 13:24see233

İsrailin təxribatlarını yaxından izləyirik Ərdoğandan AÇIQLAMA

04 İyul 2026 22:20see215

Üçü DÇ də 21 qol vurub

06 İyul 2026 03:37see204

Almaniyada yeni rəy sorğusu AfD nin retinqinin artmaqda olduğunu göstərir

06 İyul 2026 04:44see196

Oyarsabal: “Portuqaliyaya hörmət edirik, amma ondan qorxmuruq”

05 İyul 2026 03:26see178

Çılpaq yatmağın faydaları

05 İyul 2026 03:04see178

Parkinson xəstəsinin müavinəti niyə dayanıb? VİDEO

04 İyul 2026 22:49see177

“Başakşehir” “Roma”dan Eldor Şomurodovun transfer hüquqlarını alıb

05 İyul 2026 07:42see169

Antonelli qalib oldu

05 İyul 2026 00:59see163

Tramp Baloqonun diskvalifikasiyasının ləğvini İnfantinodan xahiş edib

06 İyul 2026 02:47see162

Real ın ulduzunun qəribə həyatı: Atası müsəlman, özü xristian, anası buddist... FOTO

05 İyul 2026 02:04see161

Aysunun Hade rəqsi gündəm oldu (Video)

05 İyul 2026 13:57see161

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see161

Antibiotiklər hər qızdırmada lazımdırmı?

05 İyul 2026 08:41see161

Siz də saçlarınızı gec gec yuyursuz? Yağlanmasın deyə...

05 İyul 2026 02:41see161

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see160

The Times: Gizli batalyon Moskvaya müntəzəm olaraq zərbələr endirir...

05 İyul 2026 20:27see156

Ebola ilə bağlı dəhşətli proqnoz: Gündə 1000 nəfər ölə bilər

05 İyul 2026 01:37see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri