Icma.az
close
up
RU
Prezident qəbul keçirdi Fotolar

Prezident qəbul keçirdi Fotolar

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan  Prezidenti İlham Əliyev bu gün Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Ceykob Kuvakadı qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, söhbət zamanı ölkəmizlə Müqəddəs Taxt-Tac arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrimizin inkişafında roluna toxunulub. Bu baxımdan Corc Ceykob Kuvakadın ölkəmizin regionlarına da səfər edəcəyinin əhəmiyyəti qeyd olunub.

Qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Roma Papası XIV Leonun və Vatikanın dövlət katibi kardinal Pietro Parolinin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Roma Papasına və Vatikanın dövlət katibinə çatdırmağı xahiş edib.

Dövlət başçısı Vatikana səfərini və mərhum Roma Papası Fransisklə görüşünü, həmçinin onun ölkəmizə səfərini məmnunluqla xatırlayıb.

Söhbət zamanı Azərbaycanda tarixən bütün xalqların və dinlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşaması məmnunluqla qeyd olunub, ölkəmizin tolerantlıq və multikulturalizm məkanı kimi dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına qlobal səviyyədə verdiyi mühüm töhfələr vurğulanıb.

Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti qeyd edilib, ölkəmizdə bu cür ikinci kilsənin inşa olunduğu bildirilib.

Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasındakı əməkdaşlığa toxunulub, Fondun bu ölkədə həyata keçirdiyi layihələrin mədəni irsin qorunması və dinlərarası dialoqun təşviqi baxımından rolu qeyd edilib.

Görüşdə Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Roma Papası XIV Leonun ölkəmizə səfərə dəvəti ilə bağlı məktubunu Corc Ceykob Kuvakada təqdim edib.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 İyun 2026 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Forumu: Azərbaycan qlobal iqtisadi platformada rolunu gücləndirir

20 İyun 2026 09:01see331

"Temu"dan gələn bağlamaları kim açır? Gömrük Komitəsindən AÇIQLAMA

19 İyun 2026 16:34see276

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

19 İyun 2026 23:58see234

Ürək üçün ən faydalı meyvələr

19 İyun 2026 23:25see222

“Ürək ritmi pozuntularının müalicəsində yeni mərhələ: qəfil ölüm riskini azaldan cihaz uğurla implantasiya edildi“ Yeni texnologiya

19 İyun 2026 22:43see214

Motsarta aid 44 səhifəlik əlyazma tapıldı Fotolar

20 İyun 2026 04:52see206

İranla danışıqlar yenidən canlanır Trampın nümayəndələri İsveçrəyə getdi

20 İyun 2026 03:30see198

İranda 17 nəfər ABŞ a görə saxlanıldı

20 İyun 2026 20:41see197

Gəncə polisi Xalq artistinə qarşı törədilən dələduzluqla bağlı araşdırmaya başlayıb

19 İyun 2026 23:39see185

Konqoda Ebola xəstələri xəstəxanadan qaçırlar Ac qaldıqlarına görə...

20 İyun 2026 02:36see183

65 yaş həddinin ləğvi regionlarda həkim çatışmazlığını aradan qaldıra bilərmi? PROFESSOR AÇIQLADI

19 İyun 2026 16:14see182

Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb

20 İyun 2026 11:51see178

GÜNÜN QOROSKOPU: Yeniliklərə açıq olun...

20 İyun 2026 00:31see178

Kütləvi ixtisarlar Meta da böhran yaradıb

20 İyun 2026 05:44see176

Rubio gələn həftə Yaxın Şərqə səfər edəcək

20 İyun 2026 02:42see175

İran ABŞ ni Yaxın Şərqdə enerji tədarükünün dayandırılması ilə hədələdi

21 İyun 2026 01:38see173

Kanada Qətərlə oyunda bir ilki həyata keçirib

20 İyun 2026 06:15see172

Almaniya 1/16 finalda: Pley offa üçüncü vəsiqə

21 İyun 2026 02:22see171

Niderland dünya çempionatlarında 100 qol vuran komandaların siyahısına daxil olub

21 İyun 2026 02:01see168

30 dəqiqədə şou göstərdi Undav matçın ən yaxşısı seçildi

21 İyun 2026 02:16see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri