Prezident təsdiqlədi: onun maaşı 4 dəfə artırıldı KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu təsdiq edib.
KONKRET.az bu barədə President.az-a istinadən məlumat yayıb.
Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsi rəhbər tutularaq qərara alınır:
“Maddə 1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 115 (Cild I); 2024, № 10, maddə 1109; 2025, № 10, maddə 886) 16-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 16.1-ci maddədə “3060” rəqəmləri “12000” rəqəmləri ilə əvəz edilsin;
1.2. 16.1-1-ci maddə ləğv edilsin.
Maddə 2. Keçid müddəa
Bu Konstitusiya Qanunu qüvvəyə minənədək Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) ödənilmiş vəzifə maaşı, əlavə, mükafat və digər ödənişlər onun bu Konstitusiya Qanunu ilə müəyyən edilən aylıq vəzifə maaşına daxil edilir.
Maddə 3. Bu Konstitusiya Qanunu 2026-cı il yanvarın 1-dən tətbiq edilir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 06 Oktyabr 2026 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















