Icma.az
close
up
RU
Prezident ümid edir Tramp Azərbaycana qarşı müsbət siyasət yürüdəcək ŞƏRH

Prezident ümid edir Tramp Azərbaycana qarşı müsbət siyasət yürüdəcək ŞƏRH

Icma.az, Modern.az saytına istinadən bildirir.

Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciət edib. Ölkə başçısı xalqa müraciəti zamanı Azərbaycana qarşı qarayaxma kampaniyasından da danışıb.

Dövlətimizin başçısı bildirib ki, COP29-u Azərbaycana qarşı istifadə etmək istəyən bəzi Qərb ölkələrinin, onların nəzarətində olan dırnaqarası qeyri-hökumət təşkilatlarının və saxta media orqanlarının bütün səyləri əbəs oldu.

Azərbaycana qarşı şər, böhtan, yalan, iftira, uydurma kampaniyasının aparıldığını və bunun COP-dan sonra da artıq iki aya yaxındır davam etdiyini vurğulayan dövlətimizin başçısı deyib:

“Ümid edirəm ki, gələn il yanvarın sonlarından başlayaraq artıq Azərbaycana qarşı bu diskriminasiya və ayrı-seçkilik, şər, böhtan siyasətinə son qoyulacaq. Hər halda, ümidlər böyükdür”.

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Elxan Şahinoğlu Prezidentin bu çıxışını belə şərh edib:

"Azərbaycan Prezidenti yanvarın 20-də ABŞ-nin yeni Prezidenti Donald Trampın andiçmə mərasimini nəzərdə tutur. Andiçmədən sonra Donald Tramp Ağ evdə rəsmi olaraq, dövlət başçısı vəzifəsini yerinə yetirəcək. Ümid var ki Tramp ABŞ-nin xarici siyasətində korrektələr edəcək. Çünki Donald Tramp birinci prezidentliyi dövründə (2016-2020-red) Azərbaycanla əməkdaşlığa əhəmiyyət verir və strateji tərəfdaşlığı gücləndriməyə önəm verirdi. Müəyyən ümidlər var ki Tramp Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa yenidən önəm verəcək. Çünki ən azı təhlükəsiz enerji sahəsində dialoq hər zaman olub. Bu dialoqun davam etməsinə hər zaman ehtiyac var. Doğrudur, bu o demək deyil ki, Avropada bütün dövlət strukturları Tramp kimi Azərbaycanla əməkdaşlığa əhəmiyyət verəcəklər. Prezidentlər dəyişsə də, ABŞ konqresi hər zaman anti-Azərbaycan mövqeyindən çıxış edir. Erməni lobbisi orada həmişə güclü olub. Önəmli olan isə Ağ Evin fərqli siyasət yürütməsidir. Azərbaycan Prezidentinin və ictimai-siyasi dairələrinin ümidi onadır ki, Tramp administrasiyası Azərbaycana qarşı müsbət, yəni fərqli siyasət yürüdəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Yanvar 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see147

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see145

Yeni dövrün manifesti: İlham Əliyevin BMT tribunasından sülh, qələbə və ədalət çağırışı

04 Oktyabr 2025 10:56see142

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see134

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see134

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see133

AXINA QARŞI BİR ÖMÜR SEYİD ƏZİM OLMAQ

04 Oktyabr 2025 10:31see132

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see131

“Hicab artıq məcburi deyil” − Bahoner

04 Oktyabr 2025 19:47see131

Ən faydalı turşu

04 Oktyabr 2025 10:00see130

Oktyabrda varlanmaq üçün 3 BÜRCƏ məsləhət: Bunları edin

05 Oktyabr 2025 09:11see128

Yurdumuzun geotermal enerji potensialı

04 Oktyabr 2025 10:08see125

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see124

ABŞ və İsrail İrana hücum edəcəklərini deməklə... Nəsirzadə

05 Oktyabr 2025 01:39see123

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see122

Tibbdə YENİLİK: Sümük snıqlarını 3 dəqiqəyə sağaldan gel hazırlandı

04 Oktyabr 2025 23:08see122

Kulevi terminalı genişləndirilir

05 Oktyabr 2025 10:39see121

DOĞULMAMIŞ UŞAQ ÜÇÜN KADDİŞ Etibar Əliyevin YAZISI

05 Oktyabr 2025 09:21see120

Teslanın robotu Optimusa kunq fu öyrətdilər VİDEO

05 Oktyabr 2025 05:12see120

Azərbaycanın 5 güləşçisi medal qazanıb YENİLƏNİB 2

04 Oktyabr 2025 18:53see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri