Icma.az
close
up
RU
Qərəzli sənədin dayandırılması Prezident Donald Trampın Azərbaycana qarşı müsbət yanaşmanın təzahürüdür

Qərəzli sənədin dayandırılması Prezident Donald Trampın Azərbaycana qarşı müsbət yanaşmanın təzahürüdür

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Azərbaycan Prezidenti cənab İlham Əliyev bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibə verib. Hər dəfə olduğu kimi, bu dəfə də prezidentin müsahibəsində olduqca ciddi diqqət çəkən məqamlar var”.

Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu məqamlardan biri də Azərbaycan və Amerika Birləşmiş Ştatları münasibətləridir: “Prezidentin də qeyd etdiyi kimi avqustun 8-də rəsmi səfərə dəvət əsasında Azərbaycan prezidenti Vaşinqtona rəsmi səfər etdi və Amerika prezidenti ilə görüş oldu. Bu kontekstdə Ermənistan baş naziri də iştirak etdiyi bir format idi. Amma eyni zamanda Azərbaycan Amerika münasibətlərində yeni bir dönəmin başlanğıcı da oldu. Müsahibədə də cənab Prezident qeyd etdi ki, Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının yaradılması ilə bağlı razılıq əldə edilib. Yəni Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında vacib bir sənəd imzalanacaq. Qeyd olundu ki, səkkiz avqustdan keçən müddət ərzində ilin sonuna qədər Azərbaycanın dörd işçi qrup ABŞ-a səfər edib. Burada nazirlər və digər icra strukturlarının rəhbərləri təmsil olunublar. Həmin işçi qrupunda və bu sənəd üzərində iş gedir. İkitərəfli strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanması qarşıdakı dönəmdə gözlənilir”.

Arzuxan Əlizadə / Foto: amip.az

Deputatın fikrincə, 8 avqust tarixində qəbul edilən bu qərar təbii ki, Azərbaycan və ABŞ arasında münasibətlərin müsbət dinamika üzrə inkişaf etdiyinin göstəricisidir. Arzuxan Əlizadə vurğulayıb ki, həmin görüşdə əldə edilən digər uğurlardan biri də 907-ci düzəlişin aradan qaldırılması ilə bağlı atılan ilkin addımdır: “Artıq bu düzəliş ABŞ prezidenti tərəfindən dayandırılıb. Amma tam olaraq aradan qaldırılması üçün konkret qərar olmalıdır. Biz də dəfələrlə bu məsələyə münasibət bildirmişik. 92-ci ilin oktyabrında Azərbaycan torpaqlarının əhəmiyyətli hissəsi işğal altına düşdüyü bir zamanda işğalçıya qarşı deyil, Azərbaycana, yəni işğala məruz qalan tərəfə qarşı belə bir sənəd qəbul edildi. Azadlığa Dəstək Aktına 907-ci düzəliş və bu düzəlişin həmmüəlliflərindən biri də bundan əvvəlki ABŞ prezidenti Demokratlar Partiyasını təmsil edən (həmin adam haqqında "demokrat" sözünü işlətmək bəlkə də bir qədər yersizdir) Co Bayden olmuşdu. Sonradan 2001-ci il Əfqanıstanda gedən proseslərdə sülhməramlı missiya tərkibində Azərbaycan da iştirak edirdi deyə bu düzəliş müvəqqəti olaraq dayandırılmışdı. 2024-cü ildə Bayden hakimiyyəti dönəmində yenidən qüvvəyə mindi və indi isə mövcud prezident Donald Tramp tərəfindən dayandırılıb. Bu da Azərbaycan prezidentinə, Azərbaycana olan fərqli müsbət yanaşmanın təzahürüdür”.

Arzuxan Əlizadə hesab edir ki, qarşıdakı dönəmdə gözləntimiz ondan ibarətdir ki, Konqresdə bununla bağlı lazımi qərar veriləcək və bədnam 907-ci düzəliş tam olaraq aradan qaldırılacaq. Deputatın fikrincə, strateji tərəfdaşlıq haqqında sənədin hazırlanması istiqamətində işçi qrupu fəaliyyət göstərir və imzalanacaq sənəd də Azərbaycanın bu regiondakı önəmini gündəmə gətirən əsas faktorlardan biri olacaq.

“Donald Tramp da, Amerika rəsmiləri də Azərbaycan haqqında mütəmadi olaraq fikirlərini bildirirlər. Azərbaycanın artıq bu regionda lider olmasını qəbul ediblər. Bizim dostlarımız da, düşmənlərimiz də, tərəfdaşlarımız da artıq qəbul edirlər ki, həm iqtisadi, həm siyasi, həm də hərbi gücü olan Azərbaycan artıq regionun lider dövlətidir. Bu coğrafiyada reallaşa biləcək hər hansı bir layihə Azərbaycanın iştirakı olmadan mümkün deyil. Kommunikasiya qovşaqları və digər məsələlərlə bağlı Azərbaycan bütün proseslərin içərisində olmalıdır ki, həmin layihələr də reallaşmış olsun”-deyə deputat bildirib.

Arzuxan Əlizadə qeyd edib ki, ABŞ prezidenti siyasətçi olmaqla yanaşı, ilk növbədə biznes təfəkkürlü siyasətçidir: “Donald Tramp Zəngəzur dəhlizinin açılması ilə bağlı da xüsusi bir mövqe göstərdi və 8 avqustda üçtərəfli sənəd də imzalandı. Nə adlanmasından asılı olmayaraq ("Tramp yolu" ola bilər deyə fikir ortalıqda var), istənilən halda bizim üçün Zəngəzur dəhlizidir və bu kommunikasiya qovşağının açılması ilə bağlı ABŞ-nin qarant rolunda iştirak etməsi və ABŞ şirkətinin bu prosesin əsas fiquruna çevrilməsi də Azərbaycanın uğurudur”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:49
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Yanvar 2026 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see738

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see224

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri