Prezident və birinci xanım kiçik su elektrik stansiyalarının açılışında iştirak etdi (YENİLƏNİB)
Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar.
Qaynarinfo xəbər verir ki, dövlət başçısı bu yolun 13,5-ci kilometrliyində inşa edilmiş və uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışını edib.
***
Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
***
Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər şəhər parkının təməlini qoyub.
***
Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər şəhər parkının təməlini qoyub.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də Kəlbəcər şəhərində 3-cü yaşayış kompleksinin təməlini qoyub.
***
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva vqustun 21-də Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər rayonunun Vəng kəndində "AzərEnerji” ASC-nin "Aşağı Vəng”, "Nadirxanlı” və "Çaykənd” kiçik su elektrik stansiyalarının açılışında iştirak ediblər.


