Icma.az
close
up
RU
Prezidentdən açıq mesaj: Azərbaycan yalnız bərabərhüquqlu tərəfdaşlığa önəm verir

Prezidentdən açıq mesaj: Azərbaycan yalnız bərabərhüquqlu tərəfdaşlığa önəm verir

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində bir çox mühüm siyasi mesajlar verib: 

“Bir çox beynəlxalq təşkilatlarla sıx əlaqələrimiz bizim maraqlarımıza uyğundur”. Bizim hər zaman bərabərhüquqlu tərəfdaşlığın tərəfdarı olduğumuzu vurğulayan dövlət başçısı qeyd edib: 

“Biz heç vaxt imkan verməmişik ki, kimsə bizim işimizə qarışsın, kimsə bizə nəyisə diktə etsin, kimsə bizə yuxarıdan aşağı baxsın. Biz müqavimət göstərmişik, biz ciddi iradəmizi ortaya qoymuşuq, heç kimin qarşısında baş əyməmişik, heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim işimizə qarışsın”. 

Dövlət başçısının çıxışı Azərbaycanın beynəlxalq siyasi münasibətlər sistemində güclənən mövqeyi ilə bağlı bir sıra istiqamətləri aydın göstərir. Azərbaycan əvvəlki kimi başqa dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərində balanslaşdırılmış xarici siyasət xəttini davam etdirməyə üstünlük verir. 

Xüsusilə də, çoxqütblü dünya nizamının formalaşması fonunda Azərbaycanın çoxvektorlu siyasət yürütməsi daha aktual görünür. Belə olan halda, beynəlxalq münasibətlərdə Azərbaycanın rolu və manevr imkanları artır. Bu baxımdan, hansısa beynəxlaq təşkilatlar Azərbaycanla münasibətlərini qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində qurmalıdır. 

Əks təqdirdə, beynəlxalq və regional təşkilatların bu prinsipi pozması Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirilə bilər. Eyni zamanda, Azərbaycanın son illər Cənubi Qafqazda lider dövlətə çevrilməsi regional proseslərdə rəsmi Bakının siyasi mövqeyini gücləndirib. Azərbaycan hansısa qurumların və böyük dövlətlərin iradəsi ilə fəaliyyət göstərmir. 

Regional proseslərdə Azərbaycanın geosiyasi və geoiqtisadi maraqları həlledici amil kimi çıxış edir. Bu baxımdan, Prezidentin dediyi kimi, Azərbaycan yalnız bərabərhüquqlu tərəfdaşlığa önəm verir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Prezident mesaj

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Yanvar 2026 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see147

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri