Icma.az
close
up
RU
Prezidentdən Azərbaycana qarşı olanlara açıq və sərt XƏBƏRDARLIQ

Prezidentdən Azərbaycana qarşı olanlara açıq və sərt XƏBƏRDARLIQ

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“Azərbaycan ləyaqətli ölkədir, güclü ölkədir, heç kimə məsləhət görmürük ki, nə vaxtsa bizə qarşı hansısa bəd əməllər haqqında düşünsün”.

Bu sözləri Prezident İlham Əliyev avqustun 21-də Kəlbəcər şəhərinə səfəri zamanı çıxış edərəkdən deyib. Dövlətimizin başçısı vurğulayıb ki, son 80 il ərzində dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmayıb:

“İndi dünyada gedən prosesləri görürsünüz. Müxtəlif yerlərdə toqquşmalar, müharibələr, hərbi cinayətlər baş alıb gedir. Amma heç kim tam qələbə qazanmayıb. Müharibələr davam edir, daha böyük coğrafiyanı əhatə edir və yəqin ki, davam edəcək. Yəni, bax, bu siyasi məsələlərin inkişafı bunu göstərir. Tək yeganə ölkə bizik. Yeganə xalq bizik ki, tam Qələbə qazandıq, mütləq Qələbə qazandıq. Düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdik və eyni zamanda, sülhün təminatçısı da Azərbaycandır”. 

Beləliklə, Prezident İlham Əliyev bu sözlərlə bir daha Azərbaycanın əleyhinə olanlara xəbərdarlıq etdi. Ölkəmizə qarşı düşmən mövqedə olanlar son 80 il ərzində müharibədə qalib gələn yeganə dövlətin Azərbaycan olduğu gerçəyini yaxşı dərk etməlidirlər.

Üstəlik, 44 gün ərzində düşməni darmadağın etdik. Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və doğru addımların məntiqi nəticəsidir. Ona görə də Azərbaycanı hədəf almağa cəsarət edəcəyini zənn edənlər iki dəfə düşünməlidirlər. Onların qarşısında qalib Azərbaycan Ordusu var. 

Ana Vətən Partiyasının sədr müavini, Milli Məclisin deputatı Günay Ağamalı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyev Kəlbəcər rayonuna səfəri çərçivəsində öz doğma yurdlarına qayıdan soydaşlarımızla görüşü zamanı olduqca əhəmiyyətli fikirlər səsləndirdi:

“Dövlət rəhbərimizin çıxışı həm tarixi qələbəmizin təcəssümü, həm də regionda yenidən köhnə narrativləri canlandırmağa çalışan qüvvələrə ünvanlanmış açıq və sərt mesaj idi. Azərbaycan bu gün bütün parametrlər üzrə Cənubi Qafqazın ən güclü və ən nüfuzlu dövlətidir. Ölkəmiz 44 günlük Vətən Müharibəsi və 23 saatlıq antiterror əməliyyatları ilə illərdir davam edən işğala, ədalətsizliyə, ikili standartlara son qoydu və regionda yeni geosiyasi konfiqurasiyanın müəllifi oldu. Tarixi Zəfərimiz təkcə bir hərbi qələbədən ibarət deyil, burada milli iradənin, xalq-dövlət birliyinin və siyasi uzaqgörənliyin müstəsna nümunəsi var”. 

Millət vəkili diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin dəmir iradəsi və qətiyyətli liderliyi ilə Azərbaycan öz torpaqlarını azad etdi: 

“Bununla da Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Bu həqiqətəndə müasir dövrün təkrarsız və nadir hadisələrindən biridir. İndi qlobal müstəvidə yeni geosiyasi və geoiqtisadi nizam formalaşır. Yeni dünya düzənin yaranması dövlətlərarası münaqişələrin, gərginliklərin və eskalasiyaların artması fonunda baş verir.

Buna nümunə olaraq Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərq böhranı və İran-İsrail qarşıdurması, Pakistan-Hindistan arasında ziddiyyətlərin artmasını göstərmək olar. Lakin Azərbaycan layiqli qələbə qazanmaqla öz ərazi bütövlüyünü, suverenliyini bərpa edib və bu nəaliyyəti beynəlxalq müstəvidə rəsmiləşdirilməyi bacarıb. Bu isə regionda sülhün, sabitliyin və inkişafın əsas amilinə çevrilib”. 

Günay Ağamalı onu da əlavə edib ki, ölkəmiz qalib dövlət olmaqla eyni zamanda sülhün təşəbbüskarı və təminatçısı rolunu da uğurla yerinə yetirir: 

“Avqustun 8-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda Prezident Donald Trampın moderatorluğu ilə liderlərin üçtərəfli görüşü və görüş çərçivəsində Cənubi Qafqazın taleyini həll edən razılaşmaların əldə olunması bunun təsdiqidir. Bununla yanaşı, müasir dövrdə sülhü əldə etmək nə qədər çətin olsa da, onu qoruyub saxlamaqda bir o qədər çətin və məsuliyyətlidir. Azərbaycan regionda yeni geosiyasi reallıqlar yaratdığı kimi, mümkün ola biləcək istənilən mənfi situasiyaya çevik, adekvat və sərt reaksiya verməyə hazırdır”. 

Deputat vurğulayıb ki, dövlət başçısının Silahlı Qüvvələrimizin inkişafından, yeni silahlı birləşmələrdən və alınan hərbi texnikalardan bəhs etməsi təsadüfi deyil:

“Bu, əladə etdiyimiz nailiyyətləri qəbul etməyib Azərbaycanı müharibə ilə təhdid edən qüvvələrə ünvanlanan sərt və qətiyyətli cavab idi. Bu gün Azərbaycan xalqı tarixi zəfərimizin qürurunu yaşayır. Regionun lider dövləti olaraq ölkəmizin nüfuzu daha da artır və iqtisadi inkişafımız sürətlə davam etdirilir. Azərbaycan ləyaqətli, güclü və qalib ölkədir. Bu status gələcəyin zəmanətidir”. 

Elmir Mustafa

“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Avqust 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri