Prezidentdən göstəriş: Onlar da Aktauya ezam olunur
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Prezident İlham Əliyev AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı keçirdiyi müşavirədə bir sıra tapşırıqlar verib.
Axar.az xəbər verir ki, dövlət başçısı deyib ki, bu gün səhər MDB Zirvə görüşündə iştirak etmək üçün Bakıdan Sankt-Peterburqa təyyarə ilə uçurmuş və uçuş zamanı bu qəza ilə, bu faciə ilə bağlı ona məlumat verilib:
“Dərhal göstəriş verdim və təyyarə geriyə – Bakıya döndüm. Hələ havada ikən mənim tərəfimdən müvafiq göstərişlər verildi, Baş nazirlə danışdım, onun rəhbərliyi ilə komissiya yaradıldı. Eyni zamanda Azərbaycan nümayəndələrindən ibarət heyət qəzanın baş verdiyi Aktau şəhərinə ezam edilib”.
İlham Əliyev əlavə göstərişlə Azərbaycan həkimlərindən ibarət briqadaların da Aktau şəhərinə tezliklə ezam olunacağını vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 25 Dekabr 2024 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















