Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Prezidentdən növbəti əfv Sərəncamı TƏHLİL

Prezidentdən növbəti əfv Sərəncamı TƏHLİL

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Prezident İlham Əliyev növbəti dəfə humanizm dəyərləri rəhbər tutaraq “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq, qərara alıb ki, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir sıra şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. Sərəncam ailələrə sevinc bəxş etdi.. Cinayət qanunvericiliyinə əsasən, əfvetmə Prezident tərəfindən həyata keçirilir və bu aktla məhkum olunmuş şəxs ya cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə, habelə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər.

Azərbaycanda bu humanist ənənənin əsasını Ümummilli Lider Heydər Əliyev qoyub. Ulu Öndər hakimiyyətə gəldikdən sonra əfv və amnistiya təsisatları yaradılıb, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv fərmanı qəbul edilib. Ulu Öndər tərəfindən imzalanan əfv fərmanları ilə üç mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edildilər. Bu fərmanlar ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad olundu. Ulu Öndər Heydər Əliyevin böyük humanistlik nümayiş etdirərək, imzaladığı əfv fərmanları ilə 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərində iştirak edən insanların da bir qismi bağışlanıb. Onu da xüsusi olaraq vurğulayaq ki, Ulu Öndər Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü də aradan qaldırıldı. 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmü ləğv edildi. Ümummilli Lider Heydər Əliyev 1998-ci il fevralın 3-də Azərbaycan Respublikasının Milli Məclisinə tarixi müraciətində insan həyatının ən ali dəyər olduğunu, yaşamaq hüququnun hər bir insanın təbii haqqı olduğunu vurğulamışdır. Ölüm hökmünün insan ləyaqətinə və ümumən insan hüquqları ideyasına zidd olduğunu bildirərək Ümummilli Liderimiz ölüm hökmünün tətbiqini qeyri-insani və qəddar tədbir kimi qiymətləndirmişdir. Humanizm, ədalət və azadlıq kimi uca ideallara söykənən, Ulu Öndər tərəfindən 1998-ci ildə irəli sürülən təşəbbüs sayəsində Azərbaycan Şərqdə ölüm hökmünü ləğv edən ilk ölkə tarixdə imza atdı. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra məhz Ulu Öndərin sayəsində ölkəmizdə hüquq, sosial və iqtisadi sahədə ardıcıl, məqsədyönlü islahatların həyata keçirilməsi, insan hüquqlarına dair strateji əhəmiyyətli sənədlərin qəbul olunması insan hüquqlarının müdafiəsində yeni və sistemli təcrübə formalaşdırdı. Belə ki, Ulu Öndərin "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 22 fevral 1998-ci il tarixli Fərmanı ilə insan hüquq və azadlıqlarının təmini istiqamətində müəyyənləşdirilən strateji məqsədlər insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının hazırlanması, insan hüquqları üzrə səlahiyyətli Müvəkkil təsisatının yaradılması, əhalinin müxtəlif qruplarının hüquqlarının daha səmərəli təmin olunmasına dair təkliflərin verilməsi və s. bu istiqamətdə görülən işlərin insan amilinə söykəndiyini təsdiq edirdi.

HUMANİZM ƏNƏNƏLƏRİNİN TƏZAHÜRÜ

Ümummilli Liderin siyasətini davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev humanizm ənənələrini yüksək səviyyədə davam etdirərək, bir sıra əfv və amnistiya barədə sərəncamlar imzalayıb. 2007-ci ildə Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında" qərar da Ulu Öndərin əsasını qoyduğu humanizm ənənələrinin davamının təzahürüdür. Daha sonra 2009, 2013, 2016-cı illərdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın irəli sürdüyü təşəbbüslər nəticəsində qəbul edilən aministiya aktları insanların sevincinə səbəb oldu. 2016-cı ilin amnistiya aktı 10.000-dən çox məhkumu əhatə etdi və 3.000-ə yaxın şəxs penitensiar müəssisələrdən buraxıldı.

VƏTƏNDAŞ AMİLİNƏ SÖYKƏNƏN SİYASƏT

Prezident İlham Əliyevin 2003-cü ildən başlayaraq, əfv haqqında imzaladığı fərman və sərəncamlar minlərlə məhkumun əfv olunmasına səbəb olub. Prezident İlham Əliyevin 2023-cü il mayın 8-də "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında" Sərəncamı müstəqillik tarixində ən böyük əfv aktı idi və humanizm prinsipinin aliliyini təzahürinə çevrildi. Sərəncama əsasən, 801 məhkum əfv olundu, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edildi. Xüsusilə qeyd etmək lazımdır ki, əfv edilmiş məhkumlardan 14-ü əcnəbi idi. Azərbaycan Prezidentinin növbəti Sərəncamı bir daha göstərir ki, vətəndaş amili dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində dayanır. Dövlət başçısının sözügedən Sərəncamı Azərbaycan ictimaiyyətinin nümayəndələri tərəfindən çox yüksək qiymətləndirilir və bu addım əfv olunanların dövlətin onlara inam və etibarının təzahürüdür. Onların hər biri üzərlərində bu diqqəti hiss edərək cəmiyyət üçün layiqli bir vətəndaş olaraq həyat yolların davam etdirəcəklər.

Nəzakət ƏLƏDDİNQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Sentyabr 2026 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see432

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see358

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see346

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see345

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see324

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see321

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see316

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see272

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see256

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see251

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see241

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see235

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see230

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see223

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see219

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see217

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see205

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see194

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri