Icma.az
close
up
RU
Prezidentdən rəsmi Parisə sərt mesaj

Prezidentdən rəsmi Parisə sərt mesaj

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dişləri sınanlar...

İkinci Qarabağ müharibəsinin başa çatmasından dörd il ötməsinə rəğmən, məğlub Ermənistan müxtəlif manipulyativ cəhdlər göstərməklə sülhyaratma prosesini ləngidir. Eyni zamanda, Fransa kimi ölkələr, bəzi Avropa təsisatları yenə də Azərbaycanın yaratdığı reallıqlarla barışmaq istəmirlər və respublikamıza qarşı qərəzli münasibət sərgiləyirlər. Prezident İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi geniş müsahibədə işğalçı Ermənistanı dəstəkləməklə süllh prosesinə maneələr yaratmağa çalışan Fransa kimi ölkələrə əsaslandırılmış ciddi mesajlarını çatdırıb.

Fransa və onun yedəyində gedən Avropa təsisatları üçün üzqarası

İkinci Qarabağ müharibəsinin və lokal xarakterli antiterror tədbirlərinin nəticələri, eyni zamanda, tarixi ədalətin və beynəlxalq hüququn təmin edilməsi anlamında qəbul olunur. Beynəlxalq hüququ təmin etdiyinə görə, əslində, respublikamıza böyük “sağ ol” düşür. Xüsusilə də keçmiş Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu ölkəmizin rolunu və fəaliyyətini təqdir etməli idi. Axı Azərbaycan Minsk qrupunun otuz il ərzində öhdəsindən gələ bilmədiyi böyük bir problemi onun üzərindən götürmüşdü.

Lakin Minsk qrupunda təmsil olunan bəzi dövlətlərin ölkəmizin rolunu təqdir etməmələri bir yana qalsın, onlar elə müharibə günlərindəcə haqq-ədalət mücadiləsi aparan Azərbaycana qarşı təzyiqlərə, qarayaxma kampaniyasına başladılar. Bir sıra Avropa təsisatlarının da yer aldığı bu bədnam kampaniyada Minsk qrupunun həmsədr dövlətlərindən biri olan Fransanın canfəşanlığı xüsusilə diqqət çəkirdi. Müsahibəsində Fransanın ikitərəfli münasibətlərin korlanmasına gətirib çıxaran pozuculuq mövqeyinə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “ İkinci Qarabağ müharibəsi başlayanda onlar açıq şəkildə işğalçıların tərəfini tutdular. Bu, ilk belə siqnal idi ki, münasibətlərimizdə heç də hər şey qaydasında deyil. Lakin onların tərəfindən verilən siqnal idi. Sonra onlar bu nəticələri hər halda qəbul etməyə məcbur oldular, amma bununla yanaşı, əllərindən gələni etdilər ki, prosesə zərər versinlər. Bu yaxınlarda Baş nazir vəzifəsindən qovulmuş cənab Barnye hələ 2020-ci ildə fransız siyasətçisi qismində Qarabağa qanunsuz şəkildə səfər etmişdi. Yəni, bütün bu müdaxilə cəhdləri ona gətirib çıxardı ki, münasibətlərimiz, sadəcə, böhran həddinə çatdı, sonradan daha da pisləşdi”.

Fransa zəngin tarixi və böyük potensialı olan bir dövlətdir.  Xüsusilə də BMT TŞ-nin daimi üzvü olması Fransa üçün çox ciddi öhdəliklər yaradır - bu ölkə  beynəlxalq hüququn və təhlükəsizliyin təmin olunmasına cavabdehlik daşıyır. Ancaq Fransanın işğal illərində Minsk qrupunun həmsədr dövlətlərindən biri olaraq keçmiş Dağlıq Qarabağ probleminin həllinə hər hansı bir töhfə verməməsi, əksinə prosesləri pozması və sonrakı mərhələlərdə qalib Azərbaycana təzyiq göstərməyə çalışması bu ölkənin öz siyasətində ikili standartlardan, selektiv yanaşmalardan çıxış etdiyini bütün cəhətləri ilə ortaya qoyur. Xatırlayaq: Vətən müharibəsi günlərində Azərbaycan Ordusu döyüş meydanında qələbələr qazandıqca, irəlilədikcə prezident Makronun narahatlığı artırdı. O tez-tez Prezident İlham Əliyevə telefon açaraq müharibənin dayandırlmasını istəyirdi. Eyni zamanda, rəsmi Paris BMT TŞ-dən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırdı. 2020-ci il oktyabrın 19-da TŞ-nin qapalı iclasından sonra Yelisey Sarayından gələn təşəbbüs əsasında Minsk qrupunun həmsədr ölkələri tərəfindən TŞ prezidentinin bəyanatının layihəsi hazırlandı və razılaşdırılması üçün üzv ölkələr arasında yayıldı. Təəccüblü burasıdır ki, həmin layihədə Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad edilməmişdi.  Qoşulmama Hərəkatının Təhlükəsizlik Şurasında təmsil olunan 7 üzv  dövləti layihəyə TŞ-nin  məlum qətnamələrinə istinadın daxil edilməsi təklifini irəli sürdülər. Məhz həmin ölkələrin fəallığı və prinsipiallığı sayəsində Fransa başda olmaqla, digər həmmüəlliflər rüsvayçılıqla bəyanat layihəsini geri çəkmək məcburiyyətində qaldılar.

Bütün bu kimi davranışlar Yelisey Sarayının, ayrı-ayrı Qərb dövlətlərinin riyakarlığını göstərir. Bu ədalətsizlik, həqiqətdən qaçmaq, təcavüzkara dəstək vermək Fransa və onun yedəyində gedən Avropa təsisatları üçün bir üzqarasıdır.

Uğursuzluq davam edir

Bu gün Azərbaycanla Fransa arasında münasibətlərin hədsiz dərəcədə gərginləşməsinin bütün məsuliyyəti Yelisey Sarayının indiki sahibinin üzərinə düşür. “Prinsipcə, bizim Fransa ilə heç vaxt problemimiz olmayıb. Hətta deyərdim ki, Fransa ilə hər hansı bir Avropa ölkəsindən daha çox əməkdaşlıq edirdik. Bu, Fransada Makronun hakimiyyətə gəlişinə qədər idi. Mənim atam 1993-cü ildə Prezident seçildikdən sonra ilk rəsmi səfərini Fransaya edib. Çünki onlar birinci olaraq onu dəvət edirdilər. Mən Prezident olduqda, 2003-cü ildə, həmçinin ilk ölkə olaraq Fransadan dəvət aldım və birinci səfərim bu ölkəyə oldu. Sonra biz fəal əməkdaşlıq edirdik, burada çoxlu fransız şirkəti işləyirdi. Bizdə Fransanın 13 şəhəri ilə qardaşlaşmış şəhərlər var”, - deyə Prezident İlham Əliyev bildirib.

Məsələ burasındadır ki, Yelisey Sarayı buraxdığı səhvlərdən yenə də nəticə çıxarmır. 23 saatlıq antiterror tədbirlərindən sonra da bu ölkənin, necə deyərlər, yanan odun üstünə yağ tökməyə cəhdlər göstərdiyinin şahidi oluruq. Xatırlayaq ki, Yelisey Sarayı lokal xarakterli antiterror tədbirlərindən sonra düz 5 dəfə məsələni Təhlükəsizlik Şurasına daşımağa cəhd göstərib. Ancaq hər dəfə də uğursuzluğa düçar olub. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bizi dəstəkləyən ölkələrin sayı onlara həmin məsələni hətta iclasın gündəliyinə salmağa da imkan vermədi. Bundan sonra Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə çağırışlar eşidildi.  Nəyə görə? Ona görə ki, biz öz suverenliyimizi bərpa etmişik? Burada da uğursuzluğa düçar oldular. “Bu iflasdır. Həm də uğursuzluq davam edir. Belə bir iflasın müəllifi kimdir? Cənab Makron. Azərbaycana zərər vermək əvəzinə, bax, bu barədə düşünmək lazımdır. Onların bizə batırmaq istədikləri dişləri artıq sınıb. Heç olmasa, qalanları qoruyub saxlasınlar”, - deyə dövlətimizi başçısı Yelisey Sarayına mesajlarını çatdırıb.

Mübariz ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Dekabr 2024 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see647

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see277

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see265

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see251

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see233

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see233

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see223

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see214

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see205

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see197

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see193

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see193

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see187

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see186

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see183

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see182

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see178

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see176

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see170

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri