Icma.az
close
up
RU
Prezidentdən UNEC ə dəstək, nazirlikdən dirsək!

Prezidentdən UNEC ə dəstək, nazirlikdən dirsək!

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

3 ildir Universitetin Dərbənd flialına tələbə qəbulu aparılmasına niyə imkan verilmir?

Prezident İlham Əliyevin bu günlərdə imzaladığı Sərəncam ölkəmizin xaricdəki humanitar və təhsil siyasətinin prioritetlərini növbəti dəfə nümayiş etdirdi. Dövlət başçısı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialının direktoru Qurban Qurbanovu Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafında göstərdiyi xidmətlərinə görə yüksək dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif etdi.

Bu təltif sadəcə bir rəhbərin əməyinə verilən qiymət deyil, bütövlükdə Rusiyada fəaliyyət göstərən yeganə xarici ali təhsil müəssisəsi olan UNEC-in Dərbənd filialının regional roluna dövlət səviyyəsində göstərilən diqqətin bariz ifadəsidir.

Lakin bu müsbət addımın fonunda, filialın cari fəaliyyəti ilə bağlı ortaya çıxan bəzi idarəetmə və koordinasiya məsələləri ciddi suallar doğurur və mövcud reallıqla dövlətin strateji xətti arasında müəyyən bir ziddiyyət yaradır.

UNEC-in Dərbənd filialı 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə, bölgədə yaşayan azərbaycanlıların təhsil ehtiyaclarını qarşılamaq məqsədilə qurulub. Bu addım təkcə ali təhsilin coğrafiyasını genişləndirmədi, həm də xaricdəki soydaşlarımızın milli-mənəvi dəyərlərə, ana dilinə bağlılığının qorunmasında strateji bir mərkəzə çevrildi.

2016-cı ildə istifadəyə verilən müasir kampus kompleksi – geniş auditoriyaları, kitabxanası və texniki bazası ilə regionun ən qabaqcıl təhsil ocaqlarından biri kimi formalaşdı. Filialın minlərlə məzunu bu gün həm Rusiyada, həm də regionda uğurlu karyera quraraq Azərbaycan təhsilinin keyfiyyətini və ölkəmizin mədəni nüfuzunu təmsil edir.

Bəs belə bir uğurlu layihənin hazırkı idarəetmə mənzərəsi niyə narahatlıq doğurur?

Bu gün bizi düşündürən əsas məqam Elm və Təhsil Nazirliyi tərəfindən ardıcıl olaraq 3 tədris ilidir ki, UNEC-in Dərbənd filialına tələbə qəbulunun aparılmamasıdır.

Təhsil planlaması baxımından hər hansı bir ali məktəbə və ya filiala 3 il müddətində yeni tələbə qəbul etməmək, həmin müəssisənin fəaliyyətinin tədricən zəifləməsinə və institusional potensialının itirilməsinə yol aça bilər. Əgər dövlət rəhbərliyi bu filialın fəaliyyətini humanitar əlaqələrin inkişafı baxımından yüksək qiymətləndirirsə, Elm və Təhsil Nazirliyinin qəbul planını dondurması hansı zərurətdən irəli gəlir? Bu qərarın əsaslandırılmış mülahizələri cəmiyyətə və xüsusən Dərbənddə təhsil almaq istəyən gənclərimizə aydın izah olunmalıdır.

Digər mühüm bir problem isə filialda təhsilini tamamlayan və ya hazırda oxuyan tələbələrin qarşılaşdığı sənədləşmə məsələləridir. Məzunların diplomlarının tanınması (nostrifikasiya) prosesində yaşanan uzunmüddətli prosedurlar və idarəetmə ləngimələri gənclərin əmək bazarına vaxtında daxil olmasına ciddi əngəllər yaradır.

Azərbaycan dövlətinin rəsmi icazəsi və lisenziyası ilə fəaliyyət göstərən, ölkənin ən aparıcı iqtisadiyyat universitetinin rəsmi filialını bitirən gənclərin sənədlərinin yoxlanılması prosesinin bu qədər uzanması gənclərdə haqlı narazılıq doğurur. Bu cür bürokratik gecikmələr, təəssüf ki, gənclərin öz təhsil sistemimizə olan güvənini sarsıda və onları regional əmək bazarında alternativ yollar axtarmağa sövq edə bilər.

Ortadakı mənzərə mərkəzi icra hakimiyyəti orqanları ilə dövlətin ümumi humanitar siyasəti arasında daha sıx koordinasiyanın qurulmasının zəruriliyini göstərir:

Bir tərəfdən dövlət başçısı filialın rəhbərini “Dostluq” ordeni ilə təltif edərək qurumun missiyasını təqdir edir.

Digər tərəfdən isə təhsil sahəsinə məsul qurum qəbulu dayandırır və sənədləşmədə ləngimələrə yol verməklə bu missiyanın davamlılığını sual altında qoyur.

Elm və Təhsil Nazirliyi bu məsələyə sadəcə inzibati-texniki bir məsələ kimi deyil, Azərbaycanın regional maraqları və soydaşlarımızın təhsil hüququ müstəvisindən yanaşmalıdır. Dərbənd filialının qapılarının gənclərin üzünə yenidən açılması və diplomların tanınması prosesinin sürətləndirilməsi, dövlət başçısının imzaladığı Sərəncamın ruhuna və ölkəmizin strateji hədəflərinə ən doğru cavab olardı.

Elmar

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 İyun 2026 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see347

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see234

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see224

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see220

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see217

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see216

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see206

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see206

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see205

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see204

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see202

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see183

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see180

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see179

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see176

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see175

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see175

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see174

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see173

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri