Icma.az
close
up
RU
Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar: 8 milyon hara xərcləndi? VİDEOREPORTAJ

Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar: 8 milyon hara xərcləndi? VİDEOREPORTAJ

Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sabunçu rayonu, Ramana qəsəbəsinin əsas magistral yolu qəzalı vəziyyətə düşüb. 2016-cı ildə salınan Ramana-Maştağa avtomobil yolunun (Firidun bəy Köçərli küçəsi) 2022-ci ilə qədər böyük bir hissəsi sıradan çıxmağa başlayıb. Bunun əsas səbəblərindən biri kanalizasiya xətlərinin olmamasından irəli gəlir.

Digər səbəb isə asfalt örtüyünün su təchizatının yaxşılaşdırılması ilə bağlı qazılması və əvvəlki qaydada bərpa edilməməsi olub. Sakinlərin şikayəti üzərinə əraziyə baş çəkdik və asfalt örtüyünün böyük bir hissəsinin qazılaraq, yararsız hala salındığını müşahidə etdik. Yağış və qrunt suları da yoldakı boşluqlara dolduğundan böyük gölməçələr yaranıb. 

Qəsəbənin su və kanalizasiya xətləri çəkilərkən asfalt örtük kəsilib, lakin sonradan yülgülvari yamaq vurulsa da, tam şəkildə bərpa edilməyib. Hazırda magistralın kənarları elə bərbad vəziyyətdədir ki,  nəqliyyat hərəkət edə bilmir və yol daralıb. 

Qısacası, uzunluğu 11 kilometr olan, 2016-cı ildə tikintisinə 2,5 milyon manat ayrılan avtomobil yolu 6 il ərzində sıradan çıxıb.

Sakinlər yolun bu durumuna düşməsində ən çox "Azərsu"nu günahlandırırla: " Su təchizatı və kanalizasiya sisteminin bərpası üçün aparılan işlər çərçivəsində  asfaltlanan yolun qazılaraq, xətlərin çəkilməsi prosesi aparılıb, lakin iş bitdikdən sonra yenidən normal bərpa olunmayıb. Yolda yaranan iri çuxurlar yağış suları nəticəsində sıradan çıxıb. Qazılan asfalt örtüyünün yerinə sadəcə qırla yamaq vurublar". 

Qeyd edək ki,  bu işləri “Arko Təmir Tikinti Şirkəti” MMC aparıb. Belə ki, 2022-ci ildə Ramana qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin bir hissəsinin yenidən qurulması işlərinin satın alınması üzrə tender elan olunub.

Həmin il iyulun 4-də "Arko Təmir Tikinti Şirkəti” MMC Ramana qəsəbəsinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin satın alınması üzrə 8 202 558 manatlıq tenderi qazanıb. Üzərindən 3 il keçməsinə baxmayaraq, su xətti çəkildə də kanalizasiya çəkilmədi. Ramana qəsəbəsində kanalizasiya sistemi ümumiyyətlə yoxdur. Üstəgəl bu vəsaitdən yolun qazılan hissəsinin bərpası həyata keçirilməyib. 

Xatırladaq ki, 2016-cı ilin dekabrın 8-də əsaslı şəkildə yenidən qurulan Ramana-Maştağa avtomobil yolunun açılışında  prezident İlham Əliyev də iştirak edib. Cəmi 6 il sonra "Azərsu" 8 milyon vəsaitlə sadəcə su xətti çəkmək üçün yolları məhv etməklə qalmadı, vəsaitin böyük bir hissəsini havaya sovurub, tenderdə nəzərdə tutulan kanalizasiya sistemini tamamilə siyahıdan çıxarıb. 

Mövzu ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sorğu göndərdik və mövzunu davam etdirəcəyik. 

Məğrur Salmanov,

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sitat.info
archiveBu xəbər 17 May 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see738

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see224

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri