Icma.az
close
up
RU
Prezidentin çıxışlarını mərcə qoyub sərvət qazanırmış Fotolar

Prezidentin çıxışlarını mərcə qoyub sərvət qazanırmış Fotolar

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın çıxışlarında istifadə olunacaq sözlərə mərc edərək on minlərlə dollar qazandığı bildirilən Ağ Ev əməkdaşı barədə araşdırma başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, 2016-cı ildən Trampın teleprompter operatoru kimi çalışan Qabriel Perez prezidentin çıxış mətnlərinə əvvəlcədən çıxış imkanından istifadə edərək “Kalshi” adlı proqnoz platformasında mərc oyunları oynayıb.

Məlumata əsasən, Perez Trampın çıxışlarında hansı söz və ifadələrin səslənəcəyinə dair mərc edərək, 100 min dollardan çox (təxminən 170 min manat) gəlir əldə edib.

Bildirilir ki, teleprompter operatoru prezidentin çıxışlarını yayımlanmamışdan əvvəl görən son şəxslərdən biri olub və hətta Trampın son anda etdiyi dəyişikliklərdən də xəbərdar olub.

Araşdırma çərçivəsində Perezin son üç ay ərzində Trampın ən azı 12 çıxışına mərc etdiyi müəyyən edilib. Bu çıxışlar arasında ABŞ Prezidentinin Davos Dünya İqtisadi Forumundakı çıxışı, əsas televiziya müraciətləri və müxtəlif rəsmi tədbirlərdəki çıxışları da var.

Hadisənin üzə çıxmasından sonra Ağ Evin mətbuat katibi Kerolayn Livitt Qabriel Perezin ödənişsiz inzibati məzuniyyətə göndərildiyini açıqlayıb.

Livitt bildirib ki, məsələ ilə bağlı Donald Trampla danışıb və Prezident baş verənləri “rüsvayçılıq” adlandırıb. Onun sözlərinə görə, Perezin vəzifəsindən uzaqlaşdırılması qərarı birbaşa Tramp tərəfindən verilib.

Məlumata görə, Perez bəzi hallarda Trampın teleprompterdəki mətndən kənara çıxacağını hiss etdikdə mərclərini dəyişib və ya geri götürüb.

Donald Trampın tez-tez əvvəlcədən hazırlanmış çıxış mətnlərinə tam əməl etmədiyi məlumdur. Prezident yanvar ayında Detroyt İqtisadi Klubunda çıxışı zamanı “Vaxtın təxminən 80 faizində teleprompterdən uzaqlaşıram” demişdi.

İstintaqın mərkəzində olan “Kalshi” platformasının daxili qaydaları əməkdaşların vəzifə zamanı əldə etdikləri qeyri-ictimai məlumatlardan mərc məqsədilə istifadə etməsini qadağan edir.

Bildirilib ki, şirkət son aylarda istifadəçilərdən işlədikləri qurumlar barədə əlavə məlumat tələb etməyə başlayıb.

ABŞ Ədliyyə Nazirliyi son aylarda proqnoz bazarlarında məxfi məlumatlardan istifadə ilə bağlı bir neçə araşdırma başladıb.

Bu işlərdən biri Venesuela lideri Nikolas Maduro ilə bağlı mərc edən hərbçi, digəri isə daxili məlumatlardan istifadə etməkdə şübhəli bilinən “Google” əməkdaşı ilə bağlıdır.



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 İyul 2026 04:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see472

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see464

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see298

Prezidentin Naxçıvana səfərinin tarixi siyasi əhəmiyyəti və mədəni irsə töhfəsi ŞƏRH

17 Avqust 2026 09:22see282

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see253

Generallar Abbasəli Novruzovun dəfn mərasimində Foto KONKRET

17 Avqust 2026 10:11see241

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see220

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see212

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see204

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see190

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see184

“Gözdə olan qara su zamanı itirilən görmə faizini geri qaytarmaq mümkün deyil” OFTOLMOLOQ

17 Avqust 2026 16:46see182

Trampdan İranla bağlı şok etiraf: “Məqsədimiz…”

17 Avqust 2026 12:28see175

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see172

Çelsi nin sabiq hücumçusu Premyer Liqaya qayıda bilər

17 Avqust 2026 21:00see166

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see159

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see159

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see154

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see153

Azərbaycan və Türkiyə polisinin birgə əməliyyatı: cinayətkar şəbəkə üzvü həbs edildi VİDEO

17 Avqust 2026 11:43see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri