Prezidentin köməkçisi: Bölgədə de fakto sülh var
Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.
Hikmət Hacıyev: "Ermənistan konstitusiyasından ərazi iddiaları çıxarıldıqdan sonra yekun sülh müqaviləsi üçün problem qalmır"
Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutan müddəanın çıxarılmasını gözləyirik. AYNA.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Haber Global”a açıqlamasında deyib.
“Ermənistanda tezliklə yeni konstitusiyanın qəbul edilməsi üzrə proses başlayacaq. Bu xüsusda aldığımız siqnallar bundan ibarətdir. Ola bilsin ki, referendum keçirilsin. Preambulada Azərbaycana qarşı ərazi iddiaları Ermənistan konstitusiyasından çıxarıldıqdan sonra biz yekun sülh müqaviləsinin imzalanması üçün bir problem görmürük”, - Hikmət Hacıyev vurğulayıb.
Prezidentin köməkçisi qeyd edib ki, bununla belə, bölgədə de-fakto sülh var.
Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Müstəqillik Bəyannaməsində keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 04 Avqust 2026 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















