Icma.az
close
up
RU
Prezidentin “qanunsuz tapşırıqların yolverilməzliyi” barədə mesajı

Prezidentin “qanunsuz tapşırıqların yolverilməzliyi” barədə mesajı

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sosial ədalətə maneçilik yaradan bütün hallar aradan qalxmalıdır!

Prezident İlham Əliyevin noyabrın 12-də Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən səsləndirdiyi fikirlər ibrətamiz mahiyyət daşıyır. Dövlət başçımızın vaxtilə mərkəzdən icra hakimiyyəti orqanlarına qanunsuz tapşırıqların verilməsinə dair diqqətə çatdırdıqları məqamlar düşünmək üçün əsas yaradır. Əslində, təkcə düşünmək yox, eyni zamanda, nəticə çıxarmaq lazımdır. Çünki Prezident mövqeyində qəti və kompromissizdir.

Bəli, Prezident İlham Əliyevin haqqında söz açdığı məsələ kifayət qədər ciddidir. Nəzərə alaq ki, ölkəmizin lideri mövzunu sosial ədalətin təminatının vacibliyi müstəvisində qabartmışdı. Bu o deməkdir ki, həm mərkəzdən qanunsuz tapşırıqlar verənlərin, həm də onları yerinə yetirənlərin hərəkət və davranışları sayəsində pozulan məhz sosial ədalət olub. Bunun isə istənilən dövlət və cəmiyyət üçün mənfi nəticələri labüddür. Hansı mənfi nəticələr, məsələnin üzərində dayanacağıq. Hələlik tarixə qısa ekskurs edək.

...Osmanlı dövrünü yada salaq. Bilirik ki, nəhəng imperiyanın bəzi vəzirləri özlərini dövlət içərisində dövlət kimi görürdülər. Orta əsrlərin kardinal Rişelye zamanında saraya yaxın adamların hüquqa zidd əmrlər verməklə “məşhurlaşmalarından”, qanunsuz həbslərindən, mülkləri müsadirə etmələrindən, siyasi rəqiblərin sıxışdırılması kimi əməllər törətmələrindən də xəbərdarıq. Keçmiş SSRİ dövründə Lavrenti Beriyanın təhlükəsizlik orqanları vasitəsilə “arzuolunmaz şəxslərə” təzyiq cəhdlərindən də həmçinin. Bu kimi misalların sayını çoxaltmaq, müxtəlif ölkələrin timsalındakı mənfi nümunələrdən söz açmaq mümkündür. Amma...

Ümumən, tarix göstərir ki, qanunsuz tapşırıq verən yüksək rütbəli məmur tipi, demək olar, eyni təmayüldən qaynaqlanır. Ən başlıca təmayül şəxsi marağın dövlət marağından üstün tutulmasıdır. Mövcud trayektoriyada siyasi məqsəd rəqibləri sıradan çıxarmaqla öz mövqeyini möhkəmləndirməkdir. Əlbəttə, mövqenin güclənməsinin bilavasitə maddi gəlir tərəfi də var. Nəzərə alaq ki, qanunsuz tapşırıqlar, korrupsiya, tender maxinasiyaları vasitəsilə şəxsi mənfəət əldə etməyi hədəfləyirlər. Ona görə Prezident İlham Əliyev vurğulayıb: “Vaxtilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər”.

Nəzəri baxımdan yanaşsaq, qanunsuz tapşırıq verənlər, bir qayda olaraq, dövlət təhlükəsizliyi, dövlət ərkanı kimi amilləri bəhanəyə çevirirlər. Yerlərdəki kiçik ranqlı məmurlara gəldikdə belələri, bir növ, autoproteksiya halı yaşayırlar. Yəni yuxarı rəhbərlikdən gələn qeyri-qanuni göstərişləri yerinə yetirməklə, özlərini qorumaq instinktlərini işə salır, həyatda qalma strategiyasını seçir, iyerarxik təzyiq halları – əmri verən şəxsin mövqeyinin icraçılar üçün soruşulmazlığı mühitində mütiləşir, vəzifə məsuliyyətlərini unudur və ya ikinci plana atırlar.

Prezident İlham Əliyev bütün bunlardan xəbərdardır və ona görə bildirir ki, yerlərdəki bəzi məmurlar məcbur olub qanunsuz hərəkətləri icra ediblər. “Onların, əlbəttə ki, üzərinə düşən məsuliyyət tamamilə başqa yanaşmanı tələb edirdi. Ancaq, eyni zamanda, o da həqiqətdir ki, bəzi hallarda bax, bu qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların göstərişləri olub. Amma yenə də deyirəm, sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində artıq əminəm ki, sizə heç kim qanunsuz tapşırıq verməyəcək”, - deyən dövlətimizin başçısı qəti şəkildə bunu da vurğulayıb: “Əgər kimsə bu tapşırığı verərsə, onda dərhal mənə məlumat verin və o adamlar haqqında ciddi ölçülər götürüləcək”.

Əvvəldə bildirdik ki, yerlərdəki vəzifəli şəxslərə mərkəzdən qanunsuz tapşırıq verilməsinin ciddi fəsad doğuran tərəfləri var. Bu baxımdan dövlət və cəmiyyət üçün zərərlər üzərində dayanmaq mümkündür. Əlbəttə, ilk növbədə, hüquq sisteminə dəyən ziyanı vurğulamalıyıq. Bu sistemin zəifləməsi fonunda vətəndaşların dövlət hakimiyyətinə inamı da azalır. Məsələyə iqtisadi baxımdan yanaşsaq, mövcud trayektoriyada da itkilərin olduğunu görə bilərik. Qanunsuz tapşırıqlar nəticə etibarilə dövlət aktivlərinin talanması, xarici investorların qorxması, resursların səmərəsiz istifadəsi kimi mənfi durum doğurur. Məhz buna görə dövlətimizin başçısı vurğulayır: “Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi”.

Bəs bu kimi halların qarşısı necə alınmalıdır? Gözlərimiz önündə Prezident İlham Əliyev tərəfindən həyata keçirilməkdə olan struktur və kadr islahatları canlanır. Dövlətimizin başçısı diqqəti keçmişin mənfi stereotiplərinin aradan qalxmasına çəkməklə vəzifəyə yeni təyin etdiyi şəxslərə bildirir ki, “Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək”.

Onu da bildirək ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahat proqramları çoxşaxəlidir. Bu proqramlar cəmiyyətdəki müstəqil institutların, o cümlədən müstəqil məhkəmə hakimiyyətinin, hüquq-mühafizə sisteminin, dövlət auditi orqanlarının gücləndirilməsini, şəffaflığın artırılmasını, mövcud xüsusda büdcə xərclərinin, tenderlərin, sahə statistikasının ictimaiyyət üçün əlçatanlığının təminatını məqsəd seçir. Habelə, müstəqil media və vətəndaş cəmiyyəti institutlarının aktivliyinin artırılması da daimi hədəflər sırasındadır.

Sonda bir daha Prezident İlham Əliyevin Naxçıvanda özünün yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən səsləndirdiyi sosial ədalət prinsipi barədə söz açaq. Əslində, dövlətimizin başçısı bildirdiyi fikirlərlə idarəçiliyin bu prinsipin daha da möhkəmlənməsinə xidmət kasuzunu vurğuladı. Eyni zamanda, mərkəzdən qanunsuz tapşırıqların olmayacağına əminlik yaratmaqla, belə hallara qarşı barışmaz mövqe nümayiş etdirməklə, özünü sosial ədalətin başlıca hamisi elan etdi, öz idarəçilik baxışının sadəlik, təvazökarlıq kimi əlahiddə motivlərini açıqladı. Deməli, qalır Prezidentin müəyyənləşdirdiyi xətt üzrə çalışmaq. Ümid edək ki, yüksək vəzifəyə təyin olunmuş hər bir şəxs ölkə başçısının etimadını doğrultmaq üçün səylə çalışacaq. Əslində, başqa yol da yoxdur.

Ə.CAHANGİROĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Noyabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see466

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see307

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see305

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see297

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see243

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see240

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see227

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see227

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see222

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see219

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see215

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see213

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see209

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see208

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see206

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see198

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see193

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see190

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see188

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri