Icma.az
close
up
RU
Prezidentin o mesajı “Hüdudlarımızın kənarında...”

Prezidentin o mesajı “Hüdudlarımızın kənarında...”

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan regionda sabitlik istəyir

“Beş ildir ki, Azərbaycanda sülh tam təmin edilib və əlbəttə, hüdudlarımızın kənarında da sülh nə qədər tez təmin edilərsə, həm o ölkələr, həm də təbii olaraq bizim üçün bir o qədər yaxşı olacaq”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Mingəçevirdəki “8 Noyabr” elektrik stansiyasının açılış mərasimindəki çıxışında deyib.

“Ancaq reallıq budur ki, bu gün bizim ölkəmiz dünya miqyasında sabitlik, inkişaf, tərəqqi məkanı kimi tanınır və bu adı biz öz əməyimizlə, zəhmətimizlə, düşünülmüş siyasətlə qazanmışıq”, - deyə dövlət başçısı əlavə edib.

Prezident “hüdudlarımızın kənarında” dedikdə təbii ki, şimal və cənub qonşularımızın münaqişə vəziyyətində olmasını nəzərdə tutub. Hər iki ölkənin müharibə aparması siyasi-iqtisadi planda Azərbaycana təsir edir. Elə oktyabrın 1-dək quru sərhədlərin bağlı saxlanması ilə bağlı Nazirlər Kabinetinin qərarı da göstərir ki, regionda qeyri-sabitlikdir, eskalasiya riski qalmaqdadır, bu da təhlükəsizliyi davamlı olaraq təhdid edir.

“Quru sərhədlərimizin bağlı qalması dövlətimizin strateji maraqlarını təmin etmək məqsədi daşıyır”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Rizvan Nəbiyev parlamentin iclasında çıxışı zamanı belə deyib.

Deputat dövlət sərhədinin bağlı olmasını əsaslandıran şərtləri açıqlayıb: “İlk növbədə ölkənin geosiyasi vəziyyəti, regional təhlükəsizliyin üzləşdiyi çağırışlar, ölkədaxili siyasi sabitliyin dayanıqlı təmini və təhlükəsizliyin daha da gücləndirilməsi bu qərarın verilməsində əsas rol oynayır. Həmçinin qaçaqmalçılıq, narkotik ticarəti, qeyri-qanuni miqrasiya, kütləvi qaçqın axını təhlükəsi kimi faktorlar da sərhədlərin bağlı saxlanmasını zəruri edən şərtlərdəndir. Quru sərhədlərin bu gün də bağlı saxlanması Azərbaycanın milli təhlükəsizliyinin gücləndirilməsi, xarici təhdidlərdən müdafiə olunması və ölkədə sabitlik mühitinin dayanıqlı möhkəmləndirilməsi üçün strateji əhəmiyyət daşıyır”.

Prezidentin verdiyi mesajı necə oxumalıyıq? Bölgədə tam stabillik təmin olunana qədər sərhədlərimiz bağlı qala bilərmi?

Arzu Nağıyev

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, cənab Prezidentimiz bu fikirlərlə Azərbaycanın sülh tərəfdarı olduğunu, bütün regionda və dünyada sülh, dostluq münasibətlərinin bərqərar olmasını istədiyinin mesajını növbəti dəfə verib. Dünyanın və regionun istənilən nöqtəsində münaqişələrin, böyük müharibələrin təkcə müharibə edən tərəflərə deyil, bütün dünyaya, bütün regiona mənfi təsirlərinin olduğunu, bu faktorun nəzərə alınmasının və buna uyğun hərəkət edilməsinin vacibliyinin mesajını vermiş olub: “Müharibələr dünya iqtisadiyyatına, dünyada təhlükəsizliyə təhdid yaradır. Azərbaycan növbəti dəfə bunu ölkələrə xatırladır. Azərbaycan Prezidentinin qalib ölkənin, regionda, dünyada nüfuzu olan dövlətin lideri kimi bu çağırışları, bu mesajları verməsi tamamilə təbiidir. Dövlət başçımızın dünyada qəbul edilən lider kimi yerləşdiyimiz regionda sülhün, təhlükəsizliyin təmin olunmasına hədəflənən bəyanatlarının proseslərə təsir gücü yetərincədir. Bu bir təsdiqlənmiş reallıqdır ki, təhülkəsizlik mühitinin təmin edildiyi dövlətlər, regionlar inkişaf edir, müharibələr, təhlükəsizliyin təmin edilmədiyi dövlətlər, regionlar isə inkişafdan qalır, sarsıntılarla üz-üzə qalır. Azərbaycanda uzun illərin zəhməti hesabına təhlükəsizlik mühiti formalaşıb. Dünyada bir Azərbaycan nümunəsi var. Azərbaycandan bu baxımdan nümunə götürülməli çox şeylər var”.

Komitə sədri qeyd etdi ki, regionda baş verən hadisələr, Rusiya-Ukrayna müharibəsi, İsrail-İran müharibəsi Azərbaycanın sərhədlərinin bağlı saxlamasının necə düzgün olduğunu bir daha təsdiqlədi: “Nəzərə almaq lazımdır ki, regionda vəziyyət hələ qarışıq olaraq qalır. Rusiya-Ukayna müharibəsi davam edir. İsraillə İran arasında atəşkəs razılaşması əldə olunsa da problemlər hələ də həll olunmamış qalır və heç kim yeni qarşıdurmanın olmayacağına təminat verə bilməz. Ona görə də hesab edirəm ki, bölgədə tam stabillik təmin olunana qədər sərhədlərimizin bağlı qalması daha düzgün olar və bunu normal qəbul etmək lazımdır”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 İyun 2025 08:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see358

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see338

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see318

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see318

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see283

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see279

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see268

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see262

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see224

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see210

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see209

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see205

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see203

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see199

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see197

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see196

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see194

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see185

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri