Icma.az
close
up
RU
Prezidentin Qarabağda qaladığı 5 tonqal Dualarımız çin olub

Prezidentin Qarabağda qaladığı 5 tonqal Dualarımız çin olub

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milyonlarla insan ən müqəddəs arzularının gerçəkləşməsini və daha xoşbəxt həyata ümidlərini məhz Novruzun gəlişi ilə bağlayır.

Minillər ərzində insanların ümidlərini, arzu və istəklərini qanadlandıran Novruz artıq xalqın şüurunda, adət-ənənəsində kök salmış bayram ritualları sistemini yaradıb. Bu xalqı birliyə, səmimiyyətə, mehribanlığa səsləyən dəyərlər sistemidir. Bu dəyərlərin ən qədim zamanlarda intişar edib bəşəriyyətə yayıldığı məkan isə qoca Şərqdir. Su, Od, Yel və Torpaq çərşənbələrinin fəlsəfəsi min illər ərzində bütün Şərq xalqlarının yaşam fəlsəfəsinə çevrilib. Yaranışı İslamdan əvvəlki tarixi dövrlərə təsadüf edən Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Novruz təkcə türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Novruz bayramı ilə bağlı yaranmış adət-ənənələr bir çox xalqların bayram ritualları hesab olunur. “Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər xalqımızın tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə əks etdirir. Novruzda bayram masasının üzərində mərkəzində səməni olan xonçanın qoyulması bolluq və bərəkət rəmzi hesab olunur. Səməninin ətrafına milli şirniyyatlar: paxlava – yer kürəsinin 4 istiqamətini, qoğal – günəşi, şəkərbura – ayı, rənglənmiş yumurta – həyatı simvolizə edir. Novruz kütləvi bayram şənlikləri ilə qeyd olunur. Aşıqların, xanəndələrin, müğənnilərin iştirakı ilə keçirilən kütləvi konsertlər minlərlə insanı bir araya gətirir. Bu şənliklərdə kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda xalq tamaşaları göstərilir. Kənd yerlərində at yarışları – çovqan oyunu keçirilir. Bakıda isə əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında keçirilir.

Təsadüfi deyil ki, 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr – 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında isə İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan Novruz bayramı nominasiyasına qoşulub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində 28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Pakistan, Hindistan, İran) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına daxil edilib.

Bu günlərdə dünya boyunca milyonlarla insan Novruz tonqalları ətrafına toplanır və bayram əhval-ruhiyyəsinə bürünür. Artıq beşinci dəfədir ki, Novruz doğma Qarabağımıza ayaq açıb. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə ildə Talış kəndində, 2024-cü ildə Xankəndi şəhərində, 2025-ci ildə isə Ağdərədə bayram tonqallarını Azərbaycan Respublikasının Prezidenti, Qarabağın fatehi İlham Əliyev öz əlləri ilə qalayıb. Qəhrəman ordumuzun şücaəti və müqəddəs şəhidlərimizin həyatı bahasına işğaldan azad olunmuş torpaqlarımız Bahar nəfəsi ilə canlanır, Novruz təravəti ilə yenilənir. Azad olunmuş torpaqlarımızda salınan gözəl kəndlər və şəhərlər 30 il bu torpaqların həsrəti ilə yaşamış soydaşlarımızı qarşılayır və öz bağrına basır. Bu, böyük xoşbəxtlikdir. Bu, öz doğma torpaqlarına qayıdan minlərlə insana Novruz ərməğanıdır. Azərbaycan xalqının Novruz duaları çin olub. Ölkəmiz azad, millətimiz qalib, xalqımız isə xoşbəxt olub. Qapımızı döyən Novruzdan bu azadlığın, bu qalibiyyətin və bu xoşbəxtliyin əbədi olmasını arzulayıram!

Cavanşir Feyziyev
Millət vəkili

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:283
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Mart 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri