Icma.az
close
up
RU
Prezidentin Slovakiyaya səfəri Azərbaycanın strateji tərəfdaş kimi mövqeyini daha da gücləndirib ŞƏRH

Prezidentin Slovakiyaya səfəri Azərbaycanın strateji tərəfdaş kimi mövqeyini daha da gücləndirib ŞƏRH

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 16 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri Azərbaycanın çoxşaxəli, balanslı və praqmatik xarici siyasət kursunun ardıcıl və məntiqi davamı kimi dəyərləndirilməlidir. Bu səfər təkcə ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, eyni zamanda, Azərbaycanın Avropa siyasi və iqtisadi məkanında artan strateji əhəmiyyətinin, enerji təhlükəsizliyində oynadığı mühüm rolun və regional proseslərdə etibarlı tərəfdaş statusunun növbəti təsdiqi kimi xüsusi önəm kəsb edir. İlk növbədə, onu qeyd etmək lazımdır ki, Azərbaycan–Slovakiya münasibətləri son illər ərzində keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, siyasi dialoq intensivləşib və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modeli formalaşmağa başlayıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.

O bildirib ki, Prezident İlham Əliyevin rəsmi səfəri çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər, imzalanan sənədlər və aparılan müzakirələr tərəflərin münasibətləri yalnız diplomatik əlaqələr müstəvisində deyil, eləcə də iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik maraqları əsasında dərinləşdirmək niyyətinin aydın ifadəsi olaraq qeyd edilə bilər: “Həmçinin Slovakiya ilə münasibətlərin inkişafı ölkəmiz üçün Avropa İttifaqı daxilində balanslı və çoxtərəfli siyasətin gücləndirilməsi nöqteyi-nəzərindən xüsusi əhəmiyyətə malikdir. Mərkəzi Avropada yerləşən Slovakiya həm enerji təhlükəsizliyi, həm də sənaye və nəqliyyat sahələrində Azərbaycanla üst-üstə düşən maraqlara malikdir və ölkəmizin Avropa siyasətində mühüm tərəfdaşlardan biri hesab olunur. Məhz bu baxımdan, Prezident İlham Əliyevin səfəri Azərbaycanın Avropa ilə münasibətlərində milli maraqlara əsaslanan, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq modelinin təşviqinə xidmət edən mühüm diplomatik addımdır. Heç şübhəsiz ki, Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi öz mövqeyini möhkəmləndirən mühüm aktordur. Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən strateji layihələr, Azərbaycan təbii qazının Avropa bazarlarına fasiləsiz çıxışı, eləcə də enerji mənbələrinin və marşrutlarının diversifikasiyası Slovakiya üçün də uzunmüddətli strateji əhəmiyyət daşıyır. Ona görə də Prezident İlham Əliyevin Slovakiyaya səfəri Avropanın enerji xəritəsində Azərbaycanın rolunun daha da güclənməsinə, həmçinin ölkəmizin milli iqtisadi və geosiyasi maraqlarının təmin edilməsinə yönəlmiş məqsədyönlü addım kimi qiymətləndirilməlidir”.

Politoloq qeyd edib ki, postmünaqişə dövründə Cənubi Qafqazda sülhün, sabitliyin və dayanıqlı əməkdaşlığın təşviqi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olaraq qalır. Slovakiya ilə aparılan müzakirələrdə suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət məsələlərinin vurğulanması Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Beləliklə də, Prezident İlham Əliyevin Slovakiya Respublikasına rəsmi səfəri Azərbaycanın milli maraqlara əsaslanan praqmatik və uzaqgörən xarici siyasət strategiyasının uğurla icra olunduğunu nümayiş etdirən növbəti mühüm diplomatik hadisədir. Bu səfər Azərbaycan–Slovakiya münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəltməklə yanaşı, Azərbaycanın Avropa siyasi və iqtisadi məkanında etibarlı, prinsipial və strateji tərəfdaş kimi mövqelərini daha da gücləndirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see633

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see267

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see242

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see223

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see214

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see179

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see172

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see160

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see159

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see148

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see139

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri