Prezidentin təltif etdiyi deputat kimdir? DOSYE
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.az onun dosyesini təqdim edir:
Jalə Əliyeva 1966-cı il oktyabrın 5-də Bakı şəhərində anadan olub. Şairə Nurəngiz Günün yeganə övladıdır. 1 övladı var.
1983-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə daxil olub.
1988-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Universitetdə oxuduğu illərdə, dövrün ən ali təqaüdü olan Lenin təqaüdünə layiq görülüb. Eyni zamanda universitetin ictimai və elmi həyatında yaxından iştirak etmiş, universitet elmi şurasının üzvü, fakültə komsomol komitəsinin katibi olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin aspiranturasını bitirib.
1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirərək, ikinci ali təhsilə yiyələnib.
1988-ci ildən Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində dərs deyir. Hazırda BDU-nun Türk filologiyası kafedrasının professorudur. Şərqşünaslıq fakültəsi Elmi Şurasının üzvüdür.
1996-cı ildə "Füzulişünaslığın təşəkkülü və inkişaf meylləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alıb. 2006-cı ildə "Çağdaş Türk şeirinin poetikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 2007-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə filologiya elmləri doktoru elmi dərəcəsini alıb. Ali Attestasiya Komissiyasının qərarı ilə ona, 2012-ci ildə dosent, 2014-cü ildə professor elmi adları verilib.
AMEA-nın N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurasının və AMEA-nın N. Gəncəvi adına Ədəbiyyat Müzeyinin Elmi Şurasının üzvüdür. 100-ə yaxım elmi məqalənin, 4 elmi monoqrafiyanın, 1 dərs vəsaitinin və 1 metodik vəsaitin müəllifidir. Həmçinin, 3 elmi araşdırma kitabı və 2 monoqrafiyaya elmi redaktorluq, 1 dissertasiya müdafiəsinə elmi rəhbərlik və 8 dissertasiya müdafiəsinə rəsmi opponentlik edib.
Azərbaycan Yazıçılar Birliyinin və İLESAM-ın (Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) üzvüdür.
2005, 2010, 2015-ci illərdə Üçüncü, Dördüncü, Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini olub.
Hazırda Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədr müavini, sosial-siyasət komitəsinin üzvüdür. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, komitə sədr müavini və sədr vəzifələrinə seçilib. Hazırda MDB Parlamentlərarası Assambleyasının üzvüdür. Azərbaycan-İsveç parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri olub. 2024-cü il oktyabrın 8-də Azərbaycan - Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib. Eyni zamanda Azərbaycan-Türkiyə, Azərbaycan-İtaliya, Azərbaycan-Hindistan, Azərbaycan-Almaniya, Azərbaycan-Avstriya və Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının üzvüdür.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 05 Oktyabr 2026 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















