Icma.az
close
up
RU
Prezidentin Vətənimizin bu günü və sabahı naminə həyata keçirdiyi tədbirlər xalqımızın tam dəstəyini qazanıb deputat AZƏRTAC

Prezidentin Vətənimizin bu günü və sabahı naminə həyata keçirdiyi tədbirlər xalqımızın tam dəstəyini qazanıb deputat AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 23 dekabr, AZƏRTAC

Qlobal güclər zaman-zaman Azərbaycanda da xaos yaratmaq, xalq-dövlət münasibətlərinə xələl gətirmək istəyiblər, daxili radikal qüvvələrdən yararlanmağa cəhd ediblər. Onlar xüsusən Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda qələbəsinə mane olmaq, 44 günlük Vətən müharibəsindən sonra Zəfərimizə kölgə salmaq üçün əllərindən gələni, necə deyərlər, əsirgəmədilər. Amma məqsədlərinə çata bilmədilər. Çünki Azərbaycanı idarə edən siyasi lider ölkəmizə qarşı qurulan çirkin plan və oyunları pozmaq qabiliyyətinə malikdir. Prezident İlham Əliyevin Qarabağ Zəfərindən sonra yürütdüyü daxili və xarici siyasət sayəsində ölkəmizlə bağlı çirkin kampaniyalar, siyasətlər arxa plana keçdi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O bildirib ki, ömrünü Azərbaycan xalqının rifahının yüksəlməsinə, dövlət və ölkəmizin dirçəlməsinə, müstəqilliyimizin möhkəmlənməsinə həsr edən Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illər çoxəsrlik dövlətçilik tariximizə qızıl hərflərlə yazılır: “Prezidentin Vətənimizin bu günü və sabahı naminə həyata keçirdiyi möhtəşəm layihələr, tədbirlər xalqımızın tam dəstəyini qazanıb. Müasir dünyanın çox mürəkkəb geostrateji bölgəsində yerləşən ölkəmizi layiqli şəkildə idarə edən Prezident siyasətdə, iqtisadiyyatda, hərb işində bir çox uğurlar əldə edib. Möhkəm siyasi iradəyə, siyasi biliyə, idarəçilik təcrübəsinə malik olan dövlətimizin başçısı həm də səmimi, təvazökar, insanların qayğılarına həssas münasibət bəsləyən, yüksək mənəvi keyfiyyətlərə malik bir insandır. “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” deyən Prezident İlham Əliyev vətəndaşların hər bir qayğısına həssaslıqla yanaşır. Dövlətimizin başçısının beynəlxalq aləmdə qətiyyətli siyasi lider, şəhid ailələri ilə görüşlərində isə kövrək ölkə rəhbəri təsiri bağışlaması onun dövlətə sadiqliyindən, xalqa məhəbbətindən xəbər verir. Prezident İlham Əliyev hakimiyyətdə olduğu 21 ildə xalqa verdiyi hər bir vədini şərəflə yerinə yetirib. Təkcə 44 günlük Vətən müharibəsində əldə edilən parlaq Qələbə Prezident İlham Əliyevin adının tariximizə qızıl hərflərlə yazılmasına kifayət edir. Hətta opponentləri də onun siyasi-diplomatik və sərkərdəlik məharətini etiraf edirlər. Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsini dəyişdirən İlham Əliyevin əzmlə davam etdirdiyi quruculuq və inkişaf strategiyası Azərbaycanı daha da gücləndirir, inkişaf etdirir. Onun həyata keçirdiyi iqtisadi islahatlar sayəsində Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dəyəri 2003-cü ildə 7,1 milyard manat olduğu halda, 2023-ci ildə 123 milyard manat təşkil edib. İyirmi bir ildə ölkə iqtisadiyyatı 3,4 dəfə, ÜDM nominal ifadədə 22 dəfə artıb. Qeyri-neft sektorunda ÜDM-in həcmi 2003-cü ildəki 4,4 milyard manatdan 70 milyard manata çatdırılıb. Dövlət büdcəsinin gəlirləri 2003-cü ildə 1 milyard 221 milyon manat idisə, 2023-cü ildə bu rəqəm 34 milyard manata yaxın olub. Azərbaycan çoxəsrlik tarixində heç vaxt bu qədər güclü olmayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində ərazi bütövlüyümüz təmin edilib”.

Azərbaycanın günü-gündən dünyada nüfuzunun artdığını qeyd edən Mehriban Vəliyeva bildirib ki, mötəbər tədbirlərin ölkəmizdə keçirilməsi, Bakının beynəlxalq təşkilatlara üzv qəbul edilməsi həm dövlətimizə olan etimaddan, həm də bilavasitə Prezidentə olan inamdan, böyük hörmətdən irəli gəlir: “Dünyanın ən mötəbər tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsinə razılığın verilməsi aparılan düzgün xarici siyasətin, diplomatiyamızın gücünün nəticəsidir. Bu sammit qlobal iqlim böhranının həlli istiqamətində qəbul olunan ciddi qərarlarla yanaşı, Bakının öz siyasətini, öz imkanlarını dünyaya təqdim etməsi baxımından da mühüm əhəmiyyət daşıyır. 2024-cü ildə Azərbaycanın əldə etdiyi digər vacib uğurlardan biri İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv qəbul edilməsidir. Dekabrın 19-ü Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı təşkilata üzv qəbul edilməsində Azərbaycanın namizədliyinə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeş tərəfindən dəstək göstərilməsi bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisidir. Azərbaycan digər ölkələrlə birlikdə təşkilatın daha da inkişafı, İslam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini əsirgəməyəcək. Ölkəmiz bütün bu etimadı məhz Prezidentin yürütdüyü uzaqgörən siyasətin nəticəsində əldə edib”.

Deputat hazırda Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda bayrağımızın əzəmətlə dalğalandığını vurğulayıb: “2022-ci il 16 noyabr tarixli Sərəncam ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən abadlıq-quruculuq işləri aparılır, otuz il yurd həsrəti ilə yaşamış keçmiş məcburi köçkün soydaşlarımız sevinc və fərəhlə dədə-baba yurdlarına qayıdırlar. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçirildi. Bu möhtəşəm nailiyyətlər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqı İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacaq. O, Heydər Əliyev məktəbinin ən uğurlu məzunu və Azərbaycanın müasir Öndəridir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2024 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see405

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see337

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see300

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see294

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see271

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see234

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see232

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see224

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see152

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see140

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see138

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see124

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri