Prezidentin vəzifə verdiyi Orxan Məmmədov kimdir? 37 yaşlı icra başçısı
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Xəbər verdiyimiz kimi, Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin olunub.
Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Lent.az yeni icra başçısının qısa bioqrafiyasını təqdim edir:
Orxan Məmmədov harada anadan olub?
Orxan Məmmədov 1989-cu ildə Bakı şəhərində anadan olub.
Orxan Məmmədov harada təhsil alıb?
Orxan Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetində və Bakı Dövlət Universitetində hüquqşünaslıq üzrə ali təhsil alıb.
Həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistratura pilləsində təhsilini davam etdirib.
Orxan Məmmədov sonuncu təyinata qədər haralarda çalışıb?
Orxan Məmmədov bu təyinata qədər Yasamal Rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb. Orxan Məmmədov, 2025-ci ilin mart ayına qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısı Aparatının hüquq şöbəsinin müdiri vəzifəsində işləyib.
4 mart 2025-ci il tarixində Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.
22 oktyabr 2026-cı ildə isə Prezident İlham Əliyevin Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 22 Oktyabr 2026 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















