Icma.az
close
up
RU
® “Prime Cotton” şirkəti akademik Zərifə Əliyevanın doğum günü münasibətilə Bərdədə qanvermə aksiyası təşkil edib

® “Prime Cotton” şirkəti akademik Zərifə Əliyevanın doğum günü münasibətilə Bərdədə qanvermə aksiyası təşkil edib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Aprelin 28-də “Prime Cotton” şirkəti Azərbaycanın görkəmli oftalmoloq-alimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünü yad edərək Bərdə filialında qanvermə aksiyası həyata keçirmişdir.

Tədbirdə “Prime Cotton” şirkətinin Bərdə, Tərtər, Ağcabədi filiallarının əməkdaşları və fermerləri könüllü şəkildə iştirak etməklə yanaşı, Bərdə Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının (YAP) Bərdə rayon təşkilatının, akademik Zərifə Əliyeva adına Bərdə rayon Liseyinin, eləcə də Bərdə Suvarma Sistemləri İdarəsinin rəhbərliyi və işçi heyəti də aksiyaya qatılaraq bu nəcib təşəbbüsə dəstək veribər.

Xeyriyyə tədbirinin əsas məqsədi talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən insanlar başda olmaqla ümumilikdə qana ehtiyacı olan bütün şəxslərə dəstək olmaq, həmçinin cəmiyyətə könüllü donor mədəniyyətini aşılayaraq, humanizm prinsiplərinin daha da geniş yayılmasına töhfə vermək olub.

“Prime Cotton” şirkətinin CEO-su Rövşən Mahmudov tədbirlə bağlı fikirlərini belə ifadə edib: "Akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edərək təşkil etdiyimiz bu qanvermə aksiyası, həm insan həyatına verilən yüksək dəyərin, həm də sosial məsuliyyət anlayışımızın bariz nümunəsidir. Biz inanırıq ki, hər bir yaxşılıq cəmiyyətimizdə müsbət dəyişikliklərin əsasını qoyur. “Prime Cotton” olaraq gələcəkdə də bu kimi xeyirxah təşəbbüslərə dəstəyimizi davam etdirəcəyik".

Aksiya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Qan Bankı PHŞ-nin tibb heyətinin iştirakı ilə təşkil edilib, qanvermə prosesi bütün sanitariya-gigiyena tələblərinə uyğun şəkildə həyata keçirilib.

“Prime Cotton” şirkəti üçün sosial məsuliyyət yalnız korporativ fəaliyyətin ayrılmaz tərkib hissəsi deyil, həm də ümumbəşəri dəyərlərə xidmət edən əsas prinsiplərdən biridir. Bu səbəbdən şirkətimiz gələcəkdə də sağlam cəmiyyətin qurulmasına yönəlmiş təşəbbüsləri davam etdirməkdə israrlıdır.

Qeyd edək ki, qanvermə aksiyaları insanların həyatını xilas etmək, onların sağlamlığını qorumaq üçün əvəzsiz imkan yaradır. Bu cür tədbirlər həmrəylik ruhunun gücləndirilməsinə və insan həyatına verilən dəyərin təbliğinə xidmət edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see308

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see240

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see170

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see158

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see153

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri