Icma.az
close
up
RU
Prinsipial mövqe, qətiyyətli dəstək: Azərbaycan Şimali Kiprə bir daha dəstək verdi

Prinsipial mövqe, qətiyyətli dəstək: Azərbaycan Şimali Kiprə bir daha dəstək verdi

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan Avropa İttifaqı (Aİ) ilə imzaladıqları və 12 milyard avro həcmində investisiya vədi aldıqları saziş çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətini tanımayacaqlarını bəyan ediblər. Məlumata görə, həmin ölkələr BMT Təhlükəsizlik Şurasının 541 və 550 saylı qətnamələrinə bağlılıqlarını vurğulayaraq, bütün adada yalnız Cənubi Kipr administrasiyasını "tək qanuni hökumət" olaraq tanıyacaqlarını öhdələrinə götürüblər. Bu addımlar Aİ-nin Kipr siyasətində regional müttəfiqlər qazanmaq istiqamətində atdığı strateji bir gediş kimi şərh edilir. Sənəddə, həmçinin Kiprin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunmasının vacibliyinə vurğu edilib.

Əbəs deyil ki, bu hadisə son günlər bütün türk dünyasında qızğın müzakirələrə səbəb olub. Bunun da özünəməxsus haqlı səbəbləri var. Çünki Türk Dövlətləri Təşkilatı (TDT) bu günə qədər yüksək səviyyəli görüşlərdən tutmuş beynəlxalq təşkilatın yaradılmasına qədər uzun yol keçib. Bu baxımdan, təşkilatın yarandığı gündən bu günə qədər olan fəaliyyətinə diqqət yetirməkdə fayda var.

Türk Dövlətləri Təşkilatının yaranması

Türk Dövlətləri Təşkilatı (TDT) türkdilli ölkələr arasında əməkdaşlığı gücləndirmək məqsədi ilə yaradılan beynəlxalq təşkilatdır. Əsas məqsədi üzv ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığı inkişaf etdirməkdir. Təşkilat 2009-cu ilin 3 oktyabrında Naxçıvanda imzalanan Naxçıvan Sazişi ilə təsis edilib. TDT-nin üzv dövlətləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan (2019-cu ildə tam üzv olub), müşahidəçi dövlətləri Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətidir (2022-ci ildən müşahidəçi statusu alıb). Türk Dövlətləri Təşkilatının əsas məqsədləri türk dünyasında birlik və həmrəyliyi gücləndirmək, ortaq mədəni irsi qorumaq və təşviq etmək, ticarət və iqtisadi əməkdaşlığı artırmaq, təhsil, nəqliyyat, enerji və turizm sahələrində layihələr həyata keçirməkdən ibarətdir.

Azərbaycanın Türk Dövlətləri Təşkilatında rolu

Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı rolu olduqca əhəmiyyətlidir və bir çox baxımdan aparıcı mövqedə çıxış edir. Təşkilatın əsasının qoyulduğu Naxçıvan Sazişi də məhz Azərbaycanda - Naxçıvanda imzalanıb. Bu da Azərbaycanın təşkilatın yaradılmasında mühüm rol oynadığını göstərir. Prezident İlham Əliyev türk birliyinə dəstək verən liderdir və mütəmadi olaraq türk dünyasının həmrəyliyini müdafiə məzmunlu çağırışlar edir. Dövlət başçısı 2024-cü il fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində də bu mövzuya diqqət çəkərək bildirib ki, bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir:

"Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır".

Azərbaycan, həmçinin Türk Dövlətləri Təşkilatının Şərq-Qərb nəqliyyat dəhlizi (Zəngəzur dəhlizi daxil olmaqla) layihələrində mühüm tranzit ölkədir. Azərbaycan enerji ehtiyatlarına malik olduğuna görə regionda enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlıq baxımından vacib tərəfdaşdır. TANAP və TAP kimi enerji layihələri türk dünyası üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan türk mədəni irsinin qorunması, ortaq tarix və ədəbiyyatın öyrənilməsi sahəsində də fəaliyyətini əsirgəmir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun mənzil qərargahının Bakıda yerləşməsi də bunun göstəricisidir.

Şimali Kipr Türk Cümhuriyyətinin TDT-yə müşahidəçi üzv qəbul olunması

ŞKTC-nin müşahidəçi statusu, əslində, türk dünyasının həmrəylik və Şimali Kipri yalnız buraxmadığının mesajıdır. Bu baxımdan, sözügedən ölkələrin Şimali Kipri tanımamaq üçün Avropa İttifaqı ilə müqavilə imzalaması bu konsepsiyaya, TDT-nin ruhuna və prinsipinə tamamilə ziddir və təşkilatın nüfuzuna, gələcək perspektivlərinə kölgə salır. Təşkilatın real gücə çevrilməsi üçün üzv dövlətlərin geosiyasi və iqtisadi təzyiqlərə baxmayaraq, ortaq dəyərlərə sadiq qalmaları vacibdir.

Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinə dəstəyi

Azərbaycan bütün beynəlxalq təzyiqlərə baxmayaraq, Şimali Kipr Türk Cümhuriyyətinə qətiyyətli və açıq dəstək göstərir. Azərbaycanın ŞKTC-ə dəstəyi bu günün məsələsi deyil, uzun illərə dayanır. Hələ 2004-cü ildə BMT-nin baş katibi Kofi Annanın təşəbbüsü ilə Kipr məsələsinin birdəfəlik həll olunması üçün addım atılıb. "Annan planı" adı almış layihəyə əsasən, adanın həm yunan, həm də türk hissəsində referendum keçirilib. Həmin referendumun sualı belə olub ki, yunanlar və türklər vahid dövlətdə, birlikdə yaşamağa razıdırlar? Referendumdan əvvəl Avropada düşüncə belə olub ki, Kiprin bütövləşməsini istəyən yunanlar qoyulmuş suala "hə", onlarla birlikdə yaşamaq istəməyən türklər isə "yox" cavabı verəcəklər. Əksinə olarsa - türklər "hə", yunanlar "yox" deyərsə, o zaman Şimali Kipr Türk Cümhuriyyətinin müstəqillliyi tanınacaq. Yunan əhali türklərlə birlikdə yaşamaq variantına "yox", türklər isə yunanlarla vahid dövlətdə yaşamağa razı olduqlarını bildiriblər. Ancaq Avropa vədinə naxələflik edərək nəinki ŞKTC-ni tanımayıb, hətta Cənubi Kipr Avropa İttifaqına üzv qəbul edilib. Azərbaycanın Şimali Kiprlə münasibətləri də o zamandan etibarən inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyev aprelin 10-da ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda da bu məsələni əbəs yerə xatırlatmayıb:

"Baxın, nə baş verdi? Yunan Kipri Avropa İttifaqına üzv qəbul olundu. Bu ədalətlidirmi? Yəni bu, ikili standartın bariz nümunəsi idi və siyasətçilər bu haqda danışmaq istəmirlər. Yəni onlar başlarını ağrıtmaq istəmirlər və bu haqda danışsalar, onlara başağrıdan başqa da problemlər yarana bilər. Ona görə də Şimali Kiprdəki qardaşlarımızı əmin etmək istəyirəm, biz hər zaman sizinlə olacağıq ki, ölkəniz müstəqil dövlət kimi təsis edilsin və beynəlxalq ictimaiyyət tərəfindən tanınsın".

Bununla yanaşı, 2005-ci ildə Azərbaycan dövləti Şimali Kiprin paytaxtı Lefkoşaya birbaşa təyyarə reysi açmaq qərarı verdiyində, bu, ora Türkiyədən başqa bir dövlətin etdiyi ilk birbaşa uçuş idi. Azərbaycan heyəti Şimali Kipr Türk Cümhuriyyətinə gələndən sonra ölkənin qurucusu və ilk prezidenti mərhum Rauf Denktaş və həmin vaxt prezident olan Mehmet Əli Tələt ilə görüşmüş, Şimali Kipr lideri heyətə "Bu, Kirp türklərinə qarşı tətbiq edilən haqsız embarqonun bitirilməsi üçün bir addımdır" demişdi.

2022-ci ildə isə ŞKTC TDT-də müşahidəçi statusu aldı. Bu statusun verilməsində də Azərbaycan açıq şəkildə dəstəkləyici rol oynadı. Bu addım beynəlxalq səviyyədə cəsarətli və prinsipial qərar olaraq Şimali Kiprə növbəti dəstəyin nümunəsi idi. Bu, həm Azərbaycanın TDT-də etibarlı və prinsipial tərəfdaş olmasını, həm də türk birliyinə sadiqliyini sübut edir.

Bu istiqamətdə Prezident İlham Əliyevin 2023-cü ilin 14 oktyabrında Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarı qəbul etdiyini xatırlatmaq yerinə düşər. Görüşdə türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrinin genişləndirilməsindən və xalqlarımız arasında humanitar, mədəniyyət, təhsil, idman sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olmasından məmnunluq ifadə edilib. Ersin Tatar isə öz növbəsində Bakıda təşkil olunan Şimali Kiprin Mədəniyyət Günləri çərçivəsində keçirilən tədbirlərdən məmnunluq ifadə edərək, yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

2024-cü ilin 6 iyulunda isə Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Ersin Tatar iştirak edib və "Ən böyük gücümüz türk dünyasının birlik, bərabərlik və dayanışmasıdır" deyib.

Bu ilin 11 aprelində İlham Əliyevin Antalyada Şimali Kiprin Prezidenti Ersin Tatarla görüşü olub. Prezident İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasını qeyd edib. Ersin Tatar da dövlətimizin başçısına Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi həmrəyliyə və dəstəyə, həmçinin bir neçə gün əvvəl ADA Universitetində keçirilən beynəlxalq forumda dediyi sözlərə görə minnətdarlığını ifadə edib.

Bütün bu bunlar həm Azərbaycanın TDT-də etibarlı və prinsipial tərəfdaş olmasını, həm də türk birliyinə sadiqliyini sübut edir.

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Aprel 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri