Icma.az
close
up
RU
Haqq yolunda prinsipial mövqe

Haqq yolunda prinsipial mövqe

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünyada və regionda baş verən proseslər göstərir ki, yalnız milli maraqları qoruyan liderlər öz ölkəsinin təhlükəsizliyini və onun inkişafını yüksək səviyyədə təmin edə bilirlər. Ötən 21 ilin sosial-iqtisadi, hərbi-siyasi, elmi-mədəni yüksəlişini göz önünə gətirəndə, Azərbaycan Respublikasının dünya dövlətləri sırasında güclü mövqeyi ilə seçildiyi diqqət çəkir. Sarsılmaz xalq-iqtidar birliyi Azərbaycanın misilsiz inkişafını səciyyələndirən bir amildir.

Prezident İlham Əliyevin ötən il dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verərək 25 dekabrda tarixində AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı fikirlərini bölüşməsi müstəsna əhəmiyyət kəsb edir. Qəzadan sonra Azərbaycan Prezidenti dərhal hadisəyə reaksiya göstərərək ciddi tədbirlər gördü və dövlətin mövqeyini açıq şəkildə ifadə etdi. Cənab İlham Əliyev qeyd edib: “Əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir. Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik”.
Həmçinin, dövlətimizin başçısı Rusiyaya konkret 3 şərtin olduğunu və bunun artıq Kremlə çatdırıldığını qeyd etdi: “Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik. Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir”.
Bəli, Azərbaycanın dünyada öz sözünü deyən və milli maraqlarını layiqincə qoruyan İlham Əliyev kimi bir Lideri var. Dünyanın güc mərkəzləri arasında sərt və mürəkkəb mübarizənin getdiyi bir dövrdə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət kursu dövlətimizin mövqeyini getdikcə daha da gücləndirir. Son zamanlar yaşadığımız region ətrafında baş verən hadisələr bir daha göstərir ki, Azərbaycanın həyata keçirdiyi müstəqil daxili və xarici siyasət strategiyası xalqımızın milli maraqlarının reallaşdırılması və dövlətçiliyimizin inkişafını təmin edən ən optimal yoldur.

Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Yanvar 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see765

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see504

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see298

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see286

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see273

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see268

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see267

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see265

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see248

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see237

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see225

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see223

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see222

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see220

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see216

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see216

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see215

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see206

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see198

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri