Icma.az
close
up
RU
Prioritet istiqamətlərdən biri

Prioritet istiqamətlərdən biri

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

“Azərbaycanın xarici siyasətində dost qonşu ölkələrlə münasibətlərin yüksək səviyyədə qurulması və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Şimal qonşumuz olan Rusiya ilə münasibətlər də ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya Prezidentlərinin imzaladıqları Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə ölkələrimiz arasında münasibətlərin tənzimlənməsi baxımından xüsusi önəm kəsb edən bir sənəddir.” Bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, ölkə Prezidenti İlham Əliyevin dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdiyi müsahibəsində qeyd olunduğu kimi, bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaş ölkədir və buna Azərbaycanın da, Rusiyanın da heç bir şübhəsi yoxdur. “Cənab Prezident Azərbaycan-Rusiya münasibətlərinin səmimiliyini vurğulayaraq bildirdi ki, ölkələrimiz çətin vaxtlarda həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdiriblər, həm də özlərini dostcasına aparıblar.”
K.Qafarov Prezident İlham Əliyevin Azərbaycanın xarici siyasətinin unikal xüsusiyyətləri barədə səsləndirdiyi fikirlərin əhəmiyyətini də qeyd edib: “Məlumdur ki, bu gün Azərbaycan həm Qərbin, həm də Şərqin aparıcı dövlətləri tərəfindən müstəqil xarici siyasət yürüdən, tamamilə müstəqil aktor kimi qəbul edilir. Buna zəmin yaradan əsas amil Prezident İlham Əliyev tərəfindən həyata keçirilən xarici siyasətin özünəməxsus xüsusiyyətləridir. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan eyni zamanda həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Bu unikal status ölkəmizin qarşısında geniş imkanlar açır. Rusiya ilə NATO ölkələri arasında münasibətlərin normallaşdırılması baxımından hansısa mərhələdə Azərbaycanın səyləri tələb oluna bilər. Nəzərə almaq lazımdır ki, dünyada Azərbaycan qədər etibar qazanmış ölkələr çox azdır. Təsadüfi deyil ki, məhz Bakıda Rusiya Ordusunun Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində bir sıra görüşlər keçirilib, eləcə də Birləşmiş Ştatların və Rusiyanın hərbi rəhbərliyi də Bakıda görüşüblər. Bütün bunlar göstərir ki, əgər belə bir ehtiyac olarsa, Azərbaycan gərginliyin aradan qaldırılmasına öz töhfəsini verə bilər.”
K.Qafarov Prezident İlham Əliyevin müsahibəsində Ermənistanın silahlandırılmasına qarşı ifadə olunmuş fikirlərin aktuallığını da diqqət mərkəzinə çəkib: “Azərbaycan bütün Cənubi Qafqazda sülhün və əmin-amanlığın davamlılığını təmin etmək üçün əlindən gələni edir. Lakin bəzi Qərb dairələrinin mövqeyi ölkəmizin bu səylərinə ciddi əngəllər törədir. O cümlədən, Fransa bu gün bizim regionumuzda vəziyyətin gərginləşdirilməsinə çalışan ölkələrdən biri kimi çıxış edir. Prezident İlham Əliyev öz müsahibəsində növbəti dəfə Makron hökumətini kəskin tənqidə məruz qoyaraq bildirdi ki, Fransanın Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Ermənistanla sərhədimizin uzunluğunun min kilometrdən çox olduğunu, bir çox yaşayış məntəqələrinin sərhədə yaxın yerləşdiyini və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlərin qayıtdıqlarını nəzərə aldıqda, Azərbaycanın bu prosesi yalnız kənardan müşahidə edəcəyini gözləmək olmaz və ölkəmiz özünün təhlükəsizliyini təmin etmək üçün hər şeyi edəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Dekabr 2024 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see673

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see364

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see223

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see202

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see189

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see186

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see184

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see180

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see178

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see176

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see175

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see174

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see172

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see170

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see166

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see163

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri