Icma.az
close
up
RU
İslam həmrəyliyi Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biri olaraq qalı

İslam həmrəyliyi Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biri olaraq qalı

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


İslam həmrəyliyi Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biri olaraq qalır. Müsəlman ölkələri ilə həmrəylik kontekstində ikitərəfli və çoxtərəfli əlaqələr getdikcə daha da genişlənir. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed əl-Nahyanın Azərbaycana növbəti səfərinə də ilk növbədə həmrəylik kontekstindən yanaşmalıyıq. BƏƏ liderinin budəfəki səfərinin ünvanı siyasi paytaxtımız deyil, mədəniyyət paytaxtımız oldu. Füzuli Beynəlxalq Hava Limanında eniş edən Şeyx Məhəmməd bin Zayed əl-Nahyan, oradan Prezident İlham Əliyev ilə birlikdə Şuşaya yollandı. Prezidentlər Daşaltıya çatarkən yolda ayaq saxladılar. Şuşa və Daşaltı Azərbaycan xüsusi təyinatlılarının qəhrəmanlıq ünvanıdır. Dövlətimizin başçısı böyük qürur hissilə ali qonağa 44 günlük müharibə zamanı hərbçilərimizin Daşaltıda necə misilsiz igidlik göstərmələrindən və Şuşanı azad etmələrindən danışdı. Prezidentlər Daşaltı qayalarının fonunda şəkil çəkdirdilər.
Cənab Şeyx Məhəmməd bin Zayed əl-Nahyanın Qarabağın incisi sayılan Şuşaya səfər etməsi sıradan bir işgüzar səfər deyil. Ərəb dünyasının ən nüfuzlu liderlərindən birinin bu səfəri birbaşa Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə açıq dəstək nümunəsidir. Beləliklə, Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyi Şuşaya səfər etməklə Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsindəki Qələbəsinin nəticələrini bir daha təsdiqlədiyini nümayiş etdirdi. Başqa sözlə desək, bu səfər həmçinin Qarabağda suverenliyimizin tanınmasına və möhkəmləndirilməsinə xidmət edir. Ona görə də BƏƏ rəhbərinin Şuşaya gəlişi ölkəmiz üçün həm beynəlxalq, həm də regional planda böyük əhəmiyyət daşıyır. BƏƏ liderinin Şuşaya gəlməsi Prezident İlham Əliyevin uğurlu diplomatiyasının göstəricisidir.
BƏƏ-nin Azərbaycanla əlaqələrə nə dərəcədə böyük önəm verdiyini həm də bölgəsəl liderlik aspektindən qiymətləndirmək lazımdır. Hər iki dövlət öz bölgəsinin lideri sayılır. Belə ki, Cənubi Qafqazda Azərbaycanın, Yaxın Şərqdə isə BƏƏ-nin strateji mövqeyə sahib olması bu iki dövlətin istər enerji və nəqliyyat sahələrində, istərsə də regional təhlükəsizlik istiqamətində bir-birilə sıx əməkdaşlığa marağını daha da artırır. BƏƏ də, Azərbaycan da getdikcə qlobal siyasətdə daha fəal oyunçulara çevrilirlər. Bu iki ölkənin bir-birinə qarşılıqlı dəstəyi də ardıcıl, davamlı xarakter almağa başlayır. BƏƏ-nin COP29 qlobal iqlim sammitnin Azərbaycanda keçirilməsinə fəal dəstək verməsi buna əyani misaldır.
Ölkələrimiz arasında iqtisadi əlaqələr də sürətlə genişlənməkdədir. BƏƏ hal-hazırda Azərbaycan iqtisadiyyatına ən çox sərmayə qoyan ərəb ölkəsi hesab olunur. Bu ölkənin nüfuzlu "Masdar" şirkəti Azərbaycanın bərpa olunan enerji bazarında irimiqyaslı layihələrə milyardlarla dollarlıq investisiyalar yatırır. BƏƏ Prezidentinin Şuşa səfərindən sonra isə sözügedən investisiya qoyuluşlarının əhatə dairəsinin daha da genişlənəcəyi şəksizdir. Belə ki, BƏƏ Prezidentinin Şuşaya səfəri çərçivəsində imzalanan iqtisadi yönümlü sənədlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına böyük investisiya yatırımları üçün əlverişli zəmin yaradır. Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri bu bölgənin turizm, kənd təsərrüfatı, nəqliyyat, yaşıl enerji sektorlarına sərmayə qoymaqla böyük həcmdə gəlir qazana bilərlər. Azərbaycan və BƏƏ arasındakı dostluq və qardaşlıq münasibətləri hər iki ölkənin qarşılıqlı faydalı iqtisadi əməkdaşlığı üçün geniş imkanlar açır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 17 Sentyabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see207

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see199

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see183

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see153

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see150

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see136

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri