Icma.az
close
up
RU
“Problemləri sadalamaq yox, həll etmək lazımdır” Deputata tutarlı CAVAB KONKRET

“Problemləri sadalamaq yox, həll etmək lazımdır” Deputata tutarlı CAVAB KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Son günlər bəzi deputatların səsləndirdiyi fikirlər cəmiyyətdə haqlı olaraq ciddi suallar doğurur.

KONKRET.az xəbər verir ki, deputat Aqil Abbas tələbələrin yay tətilində Qarabağa gedərək tikinti işlərində könüllü çalışmasını təklif edir. Hətta tələbələrin iki ay “avara gəzməkdənsə” faydalı işlə məşğul olmasının daha doğru olacağını bildirir. İlk baxışdan vətənpərvərlik ruhunda səslənən bu təklifin mahiyyətinə nəzər saldıqda isə ortaya tamamilə fərqli suallar çıxır.

Maraqlıdır, niyə hər dəfə fədakarlıq, pulsuz əmək və çətinliklər sadə vətəndaşların, xüsusilə də gənclərin payına düşür? Niyə yüksək vəzifələr, imtiyazlar və təminatlı həyat isə məmur övladlarının və yüksək çinli şəxslərin ailə üzvlərinin payına düşür? Əgər Qarabağın quruculuğu ümummilli məsuliyyətdirsə, bu məsuliyyət cəmiyyətin bütün təbəqələri arasında bərabər bölüşdürülməlidir. Yalnız sadə insanların övladlarına “gedin, pulsuz işləyin” deməklə sosial ədalət təmin olunmur.

Digər tərəfdən, deputat Ceyhun Məmmədov cəmiyyətdə ailə institutlarının zəiflədiyini, mənəvi dəyərlərin aşındığını, insanlar arasında hörmət və münasibətlərin əvvəlki səviyyədə olmadığını qeyd edir. Bu fikirlərlə razılaşanlar da tapılar, razılaşmayanlar da. Lakin burada əsas sual başqadır.

Əgər doğrudan da cəmiyyət bu vəziyyətə gəlib çıxıbsa, bunun məsuliyyəti kimlərin üzərindədir? Dövlət idarəçiliyində, qanunvericilik sistemində, təhsil siyasətində, sosial və iqtisadi proseslərin tənzimlənməsində illərdir söz sahibi olan şəxslər bu sualdan kənarda qala bilərlərmi?

Bu gün insanların sosial problemlər içərisində yaşaması, gənclərin gələcəyə inamının azalması, ailələrin iqtisadi çətinliklərlə üzləşməsi, cəmiyyətdə aqressiyanın və narazılığın artması təsadüfən yaranmayıb. Bunlar illərlə formalaşan siyasi, sosial və iqtisadi proseslərin nəticəsidir.

Ona görə də deputatların cəmiyyəti tənqid etməzdən əvvəl güzgüyə baxmaları daha doğru olardı. Çünki bu gün cəmiyyətin problemlərindən danışanların əksəriyyəti həmin problemlərin yaranmasına səbəb olan və ya onların həllində məsuliyyət daşıyan strukturların nümayəndələridir.

Cəmiyyət öz-özünə bu hala düşməyib. Bu gün vətəndaşın yaşadığı problemlər, ailələrin üzləşdiyi çətinliklər, gənclərin narazılığı və mənəvi aşınma haqqında danışılırsa, ilk növbədə həmin vəziyyətin yaranmasında payı olanlar məsuliyyətlərini etiraf etməli, sonra isə çıxış yolu təklif etməlidirlər.

Əks halda, xalqın qarşısında problemləri sadalamaq yox, onların həlli üçün real addımlar atmaq daha faydalı olardı.

Kamal Əsgərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 İyun 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri