Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Problemli kreditlər 700 milyon manatı keçdi: Böhran təhlükəsi varmı?

Problemli kreditlər 700 milyon manatı keçdi: Böhran təhlükəsi varmı?

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda problemli kreditlərin həcmi yenidən diqqət mərkəzinə düşüb. Mərkəzi Bankın məlumatına görə, bu ilin iyun ayının sonunda vaxtı keçmiş kreditlərin məbləği 719,3 milyon manata çataraq 2022-ci ilin yanvarından bəri ilk dəfə 700 milyon manat həddini ötüb. Eyni zamanda, 30 gündən artıq gecikdirilən kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi də 2%-i keçib ki, bu da 2023-cü ilin sentyabrından bəri qeydə alınan ən yüksək göstəricidir. Bəs problemli kreditlərin artmasının əsas səbəbləri nələrdir? Mövcud dinamika müvəqqəti xarakter daşıyır, yoxsa daha uzunmüddətli tendensiyanın başlanğıcıdır?

“Bu dinamika diqqətlə izlənilməlidir”

Maliyyə məsələləri üzrə mütəxəssis Elmin Nemətlinin sözlərinə görə, vaxtı keçmiş kreditlərin məbləğinin artması bank sisteminin böhran mərhələsinə daxil olması demək deyil: “Bununla belə, dinamika həm bank sektorunun dayanıqlığı, həm də borcalanların ödəmə qabiliyyəti baxımından diqqətlə izlənilməlidir. Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 2026-cı ilin ilk altı ayında iqtisadiyyata verilmiş kreditlərin ümumi həcmi banklar və qeyri-bank kredit təşkilatları üzrə 33,9 milyard manata çatıb. Kredit portfeli böyüdükcə müəyyən hissəsinin gecikməyə düşməsi təbii proses hesab olunsa da, əsas məsələ problemli kreditlərin daha sürətlə artmasıdır. Əgər 2025-ci ilin sonunda kredit portfeli 31,9 milyard manat, vaxtı keçmiş kreditlərin həcmi 525 milyon manat idisə, 2026-cı ilin ilk yarısında bu göstəricilər müvafiq olaraq 33,9 milyard manat və 719,3 milyon manata yüksəlib. Nəticədə problemli kreditlərin portfeldə payı 2 faizdən yuxarı qalxıb. Təkcə altı ayda vaxtı keçmiş kreditlərin həcmi 195 milyon manat və ya 37 faiz artıb”.

“Gecikmələrin kreditləşməni üstələməsi risk siqnalıdır”

E.Nemətli bildirib ki, problemli kreditlərin artmasının əsas səbəblərindən biri kredit portfelinin sürətlə genişlənməsidir: “Gecikmələrin kreditləşməni üstələməsi risk siqnalıdır. Xüsusilə problemli kreditlərin payının 2 faizi keçməsi kredit portfelinin keyfiyyətində zəifləmə meylini göstərir. Digər mühüm amil əhalinin borclanma səviyyəsinin yüksəlməsidir. Son illərdə istehlak kreditlərinin payı artıb və bu kreditlər cari xərclərin maliyyələşdirilməsinə yönəldiyi üçün biznes kreditləri ilə müqayisədə daha risklidir. Ailə gəlirləri sabit qaldığı halda kredit öhdəliklərinin artması borc yükünü ağırlaşdırır və gecikmə ehtimalını yüksəldir. Risklərin artmasına kredit portfelinin strukturu da təsir edir. Girovsuz istehlak kreditlərində gecikmə ehtimalı daha yüksəkdir. Eyni zamanda rəqəmsal bankçılığın inkişafı kreditə çıxışı asanlaşdırsa da, bəzi hallarda borclanma qərarlarının kifayət qədər qiymətləndirilmədən qəbul edilməsinə səbəb olur”.

"Artım davam edərsə... "

Mütəxəssisin fikrincə, pandemiyadan sonra kredit portfelinin sürətlə böyüməsi onun keyfiyyətinin qorunmasını çətinləşdirib: “Beynəlxalq təcrübə də göstərir ki, kredit artımının yüksək olduğu dövrlərdə risklərin düzgün qiymətləndirilməsi maliyyə sabitliyinin əsas şərtlərindən biridir. Problemli kreditlərin artımını yalnız istehlak kreditləri ilə əlaqələndirmək düzgün olmaz. Kiçik və orta sahibkarlıq subyektləri də tələbin dəyişməsi, logistika və istehsal xərclərinin artması səbəbindən öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkə bilirlər. Buna görə də vəziyyət həm əhalinin, həm də real sektorun maliyyə durumu fonunda qiymətləndirilməlidir. Hazırda problemli kreditlərin ümumi portfeldə payının 2 faizi keçməsi böhran göstəricisi deyil və beynəlxalq praktikada 2–3 faiz idarəolunan risk hesab olunur. Lakin artım tendensiyası davam edərsə, bankların risk xərcləri arta və kredit siyasəti daha ehtiyatlı ola bilər. Beynəlxalq təcrübə göstərir ki, erkən xəbərdarlıq sistemləri, süni intellekt əsaslı risk modelləri və çevik restrukturizasiya mexanizmləri problemli kreditlərin yaranmasının qarşısını almaqda daha effektivdir. Azərbaycan bankları üçün də əsas prioritet kredit portfelinin həcmini deyil, keyfiyyətini artırmaq olmalıdır”.

“Bankların maliyyə dayanıqlığına təsiri məhdud qalır”

Kredit mütəxəssisi İsmayıl Məmmədovun sözlərinə görə, 2026-cı ilin ilk yarısının yekununda problemli kreditlərin həcminin 719,3 milyon manata, ümumi kredit portfelində payının isə 2 faizdən yuxarı qalxması bəzi hallarda bank sektorunda risklərin artması kimi qiymətləndirilsə də, bu göstərici hazırkı mərhələdə kredit böhranı anlamına gəlmir: “Mövcud dinamika daha çox son illərdə kredit portfelinin sürətlə genişlənməsinin təbii nəticəsidir. Azərbaycan Mərkəzi Bankının tətbiq etdiyi prudensial tələblər nəticəsində bank sektorunun kapital adekvatlığı beynəlxalq minimum tələblərdən yüksəkdir. Bu isə bankların mümkün kredit itkilərini qarşılamaq üçün kifayət qədər maliyyə ehtiyatına malik olduğunu göstərir. Eyni zamanda problemli kreditlərin əhəmiyyətli hissəsi üzrə əvvəlcədən ehtiyatlar formalaşdırıldığından onların bankların maliyyə dayanıqlığına təsiri məhdud qalır”.

"Bank sektoru risklərə qarşı dayanıqlıdır"

Ekspert qeyd edir ki, Mərkəzi Bankın mütəmadi keçirdiyi stres-testlərin nəticələri də bank sektorunun dayanıqlığını təsdiqləyir: “Hətta iqtisadiyyatda daha mənfi ssenarilər baş verdiyi halda belə, bank sisteminin kapital göstəricilərinin təhlükəsiz səviyyədə qalacağı proqnozlaşdırılır. Bununla yanaşı, 2021–2023-cü illərdə kredit portfelinin sürətlə böyüməsi fonunda müəyyən həcmdə problemli kreditlərin yaranması statistik baxımdan gözlənilən haldır. Makroiqtisadi baxımdan mövcud göstəricilər idarəolunan hesab olunur. Problemli kreditlərin həcmi ölkənin ÜDM-i ilə müqayisədə aşağı səviyyədədir və beynəlxalq təcrübədə daha yüksək göstəricilərə malik ölkələrdə belə bank sistemləri sabit fəaliyyət göstərir”.

"Rəqəmsal nəzarət problemli kredit riskini azaldır"

İ.Məmmədov bildirib ki, banklar hazırda risklərin idarə olunmasında rəqəmsal texnologiyalardan və süni intellekt əsaslı erkən xəbərdarlıq sistemlərindən istifadə edirlər: “Bu sistemlər müştərilərin ödəniş davranışını əvvəlcədən təhlil edərək mümkün gecikmələri erkən mərhələdə müəyyənləşdirməyə və qabaqlayıcı tədbirlərin görülməsinə imkan yaradır. Qarşıdakı dövrdə əsas diqqət problemli kreditlərin mövcud səviyyəsindən daha çox, onların artım tempinin məhdudlaşdırılmasına yönəldilməlidir. Bunun üçün risklərin düzgün qiymətləndirilməsi, məsuliyyətli kreditləşmə prinsiplərinin qorunması və əhalinin dayanıqlı gəlirlərinin artırılmasına xidmət edən iqtisadi proqramların davam etdirilməsi vacibdir”.

Mənbə: "Kaspi" qəzeti

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Avqust 2026 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see601

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see428

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see424

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see393

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see376

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see372

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see334

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see273

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see258

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see256

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see237

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see237

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see219

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see217

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see216

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see213

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see212

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see210

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see198

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri