Icma.az
close
up
RU
Problemli kreditlər azala bilər: BOKTlərlə bağlı dəyişikliklər nə verəcək?

Problemli kreditlər azala bilər: BOKTlərlə bağlı dəyişikliklər nə verəcək?

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bank olmayan kredit təşkilatları (BOKT) ilə bağlı yeni qaydalar qüvvəyə minib. Bu qaydalara əsasən, BOKT-lərin nizamnamə kapitalı tələbi üç dəfədən çox artırılıb. BOKT-ların verdiyi gündəlik kreditlərə dair tələblər də dəyişib. Dəyişikliyə görə, kreditlərin milli valyutada maksimum məbləği 500 manat, qaytarılma müddəti maksimum 45 gün olmaqla nəzərdə tutulub. Kreditlər üzrə gündəlik faiz dərəcəsi isə maksimum 0.3 faiz müəyyənləşdirilib. Başqa sözlə, qeyri-bank təşkilatları əvvəllər kreditlərə gündəlik yüksək faiz hesablaya bilirdilərsə, indi bu məbləğ 0.3 faizlə limitləndirilib.

Rəsmi statistikaya görə, hazırda ölkəmizdə 50-dən çox BOKT mövcuddur. Onların nizamnamə kapitalının həcmi təxminən 230 milyon manat təşkil edir. Cəmi kapital portfeli isə 460 milyon manatdan çoxdur və kredit qoyuluşu 688 milyon manata bərabərdir.

Bəs görəsən, BOKT-lərlə bağlı dəyişikliklər nəyə hesablanıb? Bu addım bazarın strukturunda nələri dəyişəcək və qeyri-bank təşkilatlarının fəaliyyətinə necə təsir göstərəcək?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Maliyyə-kredit sisteminə nizam-intizam gələcək"

Sabiq millət vəkili Rüfət Quliyevin sözlərinə görə, yeni qaydalar maliyyə-kredit sistemində nizam-intizamı daha da gücləndirəcək: "Eyni zamanda, yeni qaydalar müəyyən qanuni yol xəritəsidir. Çünki insanlarda bəzən banklara və qeyri-bank təşkilatlarına qarşı nifrət yaranır ki, yüksək faizlə kredit verirlər. Amma bu, bazar iqtisadiyyatının bir alətidir. Onsuz inkişaf mümkün deyil. Limit məsələsinin tətbiq olunması onunla bağlıdır ki, sosial məsələlərdə problemlər yaranmasın. Tənzimləyici qurum çalışır ki, bu sahədə özbaşınalıqlar yığışdırılsın. Artıq həm BOKT-lər, həm də şikayətçi tərəflər bilməlidirlər ki, bu istiqamətdə konkret hədəflər var. Hər iki tərəfi dövlət nizamlayır".

Problemli kreditlər azala bilər

İqtisadçı-ekspert Fuad İbrahimov isə deyir ki, maliyyə bazarlarına mütləq nəzarət olunmalıdır: "Bu gün ölkəmizdə kifayət qədər BOKT fəaliyyət göstərir. Onların fəaliyyəti bankların fəaliyyətindən seçilir. Bu təşkilatların daha rahat, eyni zamanda da daha yüksək faiz dərəcələri ilə kredit vermək imkanları var. Bu qəbildən olan fəaliyyət növlərinə mütləq nəzarət olunmalıdır. Çünki iqtisadiyyat genişləndikcə kreditlərə tələbat artır. Bu sektorun tənzimlənməsi ancaq işin sağlamlaşdırılmasına gətirib çıxaracaq".

Həmsöhbətimiz qeyd edir ki, yeni tələblər istehlakçı hüquqlarının qorunmasına da xidmət edir: "Bu dəyişikliklər Mərkəzi Bankın "2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası"nda müəyyən edilmiş strateji hədəflər çərçivəsində qəbul olunub. Qaydalarda keyfiyyət xarakterli tələblər müəyyən edilib. Qaydalarda ilk dəfə qısamüddətli "gündəlik" kreditlər üzrə anlayış, məbləğ, müddət və gündəlik faiz dərəcəsi üzrə maksimal hədlər, habelə bu cür kreditlər üzrə daha sərt prudensial normativlər müəyyən edilib. Bu, çox önəmli məsələdir. Vətəndaşların mənafelərinin qorunması baxımından xüsusi əhəmiyyətə malikdir. Kreditlərə gündəlik faiz dərəcələri ilə bağlı limit tətbiq olunması həm də problemli kreditlərin qarşısının alınması istiqamətində müsbət nəticələr verə bilər".

BOKT-ların bazar payı artacaq

İqtisadçı-ekspert Rəşad Həsənov BOKT-lərlə bağlı qaydaların yeni dövrün tələblərinə uyğunlaşdırıldığı qənaətindədir. Onun fikrincə, bu qaydalar daha sağlam qeyri-bank təşkilatlarının formalaşmasına gətirib çıxaracaq: "Həm maliyyə, həm də risklərlə bağlı şərtlər əhəmiyyətli şəkildə dəyişib. Eyni zamanda, bu istiqamətdə dövlət siyasətinin çərçivələrində dəyişikliklər var. Əslində, qaydaların yenilənməsi xüsusilə də istehlakçı hüquqlarını qoruyan, bu istiqamətdə daha rəqabətli maliyyə institutlarının formalaşması üçün müəyyən çərçivələr yaradıb. Məsələn, nizamnamə kapitalının artırılması daha sağlam maliyyə dayanıqlığını təmin edəcək. Burada əsas məsələ şəffaflığın, hesabatlılığın müəyyən olunmasıdır. Son dövrlərdə tənzimləyici qurumun məqsədi ondan ibarətdir ki, maliyyə bazarlarının bütün seqmentlərində adekvat siyasəti həyata keçirə bilsin və şəffaflığa nəzarəti təmin etsin".

İqtisadçının proqnozlarına görə, yaxın gələcəkdə BOKT-ləri bazarın bir çox seqmentlərində müşahidə edə biləcəyik: "Təxminən 5-10 il ərzində bu qurumlar istehlak bazarı ilə yanaşı, həm biznes kreditləri, həm də güzəştli şərtlərlə kreditlərin təşkil edilməsi mexanizmləri bazarında payını artıracaqlar. Orta və uzunmüddətli gözləntim ondan ibarətdir ki, əgər yeni tənzimləmələr üzərindən növbəti dövrdə effektiv siyasət və həllər təklif olunarsa, bu, daha dayanıqlı, daha geniş bazar payına malik BOKT-lərin formalaşmasına səbəb ola bilər".

"Maliyyə bazarları şaxələnməyib"

Ekspert həmçinin deyir ki, kredit bazarında faizlər tələb və təklif əsasında rəqabətli mühitdə formalaşmalıdır: "Amma bazarda bir də gerçəklər mövcuddur. Gerçəklər ondan ibarətdir ki, Azərbaycanda maliyyə bazarları şaxələnməyib, bu istiqamətdə əlçatanlıq aşağıdır. Bunu həm Dünya Bankının sorğuları, həm də Azərbaycan Statistika Komitəsinin məlumatları təsdiqləyir. Statistika Komitəsinin sorğularına görə, sahibkarlıq subyektlərinin birinci ən ciddi problemi maliyyə əlçatanlığıdır. Belə bir şəraitdə şəffaf olmayan BOKT seqmenti mövcuddur və verdiyi kreditlərdə yüksək faizlərin tətbiqi imkanı genişdir. Çünki BOKT-lərə münasibətdə tənzimləyici qurum xüsusi tənzimləmələr tətbiq etmirdi. Digər sahədə krediti qaytarma qabiliyyəti olmayan müştərilər BOKT sahəsinə meyillənə bilirdilər. Necə ki bu kateqoriyada olanlar lombardlara meyillənirdilər, eyni qaydada da BOKT-lərə üz tuturdular. Burada da mövcud vəziyyətdən sui-istifadə halları yaranırdı. Faizlərlə bağlı müvafiq həddin gətirilməsi bu istiqamətdə mövcud olan riskləri idarə etmək məqsədi daşıyır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Dekabr 2024 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri