Icma.az
close
up
RU
Problemli kreditlərdə artım: səbəb nədir?

Problemli kreditlərdə artım: səbəb nədir?

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Bu il martın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 480,1 milyon manat təşkil edib. Bu isə fevralın 1-i ilə müqayisədə 1,05 % çoxdur. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 6,9 %, son 1 ildə isə 2,3 % artıb. Fevralın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,6 % təşkil edib. Bu nisbət yanvarın sonuna da 1,6 %, dekabrın sonuna 1,5 %, ötən il fevralın sonuna isə 1,9 % olub.
Problem nədən qaynaqlanır? “Xalq Cəbhəsi” məsələni araşdırmağa çalışıb.

“24 milyard manata yaxın kredit portfeli”

İqtisadçı Eldəniz Əmirov qeyd edib ki, Azərbaycanda olan problemli kreditlərin həcminə baxmaq üçün ilk növbədə biz, kredit portfeli ilə problemli kreditin həcmi və onlar arasında olan mütənasibliyə nəzərən prosesin qorxulu olub-olmamasını deyə bilərik: “Təsəvvür edin ki, 2020-ci ilin yanvarında problemli kreditlərin həcmi 1,5 milyard manata yaxın idi. Amma sonrakı dönəmlərdə davamlı işlərin aparılmasının nəticəsində problemli kreditlərin həcmi azaldı. 2023-cü ilin sonunda ölkədə 24 milyard manata yaxın kredit portfelimiz olub, lakin həmin vaxt problemli kreditlərin həcmi 437 milyon manat olub. Yəni bu, ümumi kredit portfelinin cəmi 1,8 faizini təşkil edirdi. Halbuki, 2020-ci ildə həddindən artıq böyük bir nisbət var idi. Yəni, kiçik bir həcmə rəğmən 1,5 milyardlıq problemli kredit vardı. 3 dəfədən də çox azalma baş vermişdi”.

Mənfi tendensiyta

İqtisadçının sözlərinə görə, 2025-ci ilin fevralın 1-də isə ölkədə problemli kreditlərin həcmi 475 milyon olub: “Amma 2023-cü ildə olan həcm 437 milyon manat olub. Yəni arada olan təxminən 1 il 3 aylıq dövr ərzində problemli kredit təxminən 40 milyon manat artıb. Ancaq, gəlin baxaq görək bu müddət ərzində kredit portfeli nə qədər artıb? Kredit portfeli 2023-cü ilin sonundan 2025-ci il 1 sentyabra qədər olan arada daha böyük həcmdə artıb. Belə ki, 23,9 milyard manatdan 27,6 milyard manata çatıb. Yəni təxminən 2,5 milyard manatlıq artım olub. Deməli, kredit portfelinin həcmi 2,5 milyard artığı halda, problemli kredit təxminən 40 milyon artıb”.

“Şərtlər yenidən baxılması məqsədəuyğundur”

E.Əmirov əlavə edib ki, təbii ki, çox kredit veriləndə problemli kreditin həcmində də artım olacaq: “Ümumiyyətlə isə problemli kreditlərlə bağlı olan məsələdə hər zaman qeyd etmişəm və bu gün də qeyd edirəm ki, məhz Azərbaycanda kredit arzusunda olanlara kreditlərin banklar tərəfindən təşkil edilməsi istiqamətində ən böyük qənaətbəxşedici olmayan məsələ istehlak kreditlərinin atım dinamikasının digər kredit növlərinin artım dinamikasını üstələməsidir. Buna görə də istehlak kreditlərinin verilməsi şərtlərinə yenidən baxılmasını məqsədəuyğun hesab edirəm”.

Problemli kreditlərin ümumi kredit portfelində payı

İqtisadçı ekspert Xalid Kərimli deyib ki, məsələ ondan ibarətdir ki, bankların kredit portfeli də artıb: “Yəni bankların keçən illə müqayidəsə kredit porfelinə baxanda 18 faizdən çox artım olduğunu görürük. Kredit portfeli bu qədər artıbsa, problemli kreditlərin artması da normaldır. Çünki banklar daha çox kredit verirlər, daha böyük həcmli kredit verirlər. Bu baxımdan qeyd olunan rəqəmlər elə də təhlükəli deyil. Əksinə, daha yaxşıdır. Ümumiyyətlə, banklar kredit verəndə çalışırlar elə kredit versinlər ki, bu, gələcəkdə problemli kreditə çevrilməsin. Bunun üçün də kredit götürən şəxslərdən öhdəliklər haqqında məlumatlar istəyirlər. Həmçinin banklar hamıya da istədikləri qədər kredit vermirlər. Banklar bu işi daha yaxşı görmək üçün onların özlərinin ciddi komandası, əməkdaşları, modelləri var. Onlar müştəriləri analiz edir, kredit tarixçəsinə baxırlar. Problemli kredit bankın riskidir. Bank onsuz da bu işi ən yaxşı şəkildə görməyə çalışır. Amma bütün bunlar gələcəklə bağlıdır. Məsələn, bir şəxsin indi gəliri yaxşıdır kredit götürüb, üstündən 3 ay keçəndən sonra həmin şəxsi işdən çıxarırlar və ya onun başına bir iş gəlir və həmin krediti ödəyə bilmir. Yəni bunu heç kim öncədən proqnozlaşdıra bilmir. Ona görə də bu cür risklər ortaya çıxa bilir”.
X.Kərimlinin bildirdiyinə görə, əsas nüans problemli kreditlərin ümumi kredit portfelində xüsusi çəkisidir: “Bu da Azərbaycanda kifayət qədər yaxşı vəziyyətdədir. Artımlar sırf mütləq rəqəmlərlə olan artımdır. Kredit portfelinə baxsaq, əksinə, problemli kreditlərin ümumi kredit portfelində payı aşağı düşüb, artmayıb”.

“Tənzimləyici qaydalar tətbiq olunandan sonra...”

İqtisadçı ekspert Emin Qəribli diqqətə çatdırıb ki, problemli kreditlərin sayının artmasının səbəbi odur ki, ümumiyyətlə, dövriyyə də, eləcə də kreditlərin sayı da kifayət qədər artıb: “Təbii ki, belə olanda problemli kreditlər də artır. Ancaq bir şey də var ki, bunun qarşısını almaq üçün Mərkəzi Bank tarifində müvafiq qaydalar da dəyişildi. İnanıram ki, bu tənzimləyici qaydalar tətbiq olunandan sonra vəziyyət düzələr. Bu artımın qarşısını almaq üçün əlavə tədbirlər də görülər. Görürük ki, dünyada baş verən problemlər, böhranlar təsirini göstərir. Əslində bankların kreditləri də artıb. Keçən il bu qaydalar bir az dəyişdi. Kredit vermədə problemlər yarandı, təklif də azaldı. Təklif azaldığına görə faizlər artıb”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 09 Aprel 2025 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Saleh Məmmədovun Almaniyada tikdiyi binanın görüntüsü yayıldı FOTO

26 İyul 2026 23:06see920

Xəzərdə müharibə aktivləşərsə,....

27 İyul 2026 12:05see359

“Barselona” Ferran Torresi yalnız bir şərtlə satmağa razı olacaq

27 İyul 2026 00:11see270

Azərbaycan və Türkiyənin milli maraqları əleyhinə fəaliyyət göstərənlər FOTO

26 İyul 2026 22:05see255

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

28 İyul 2026 07:01see237

Süni intellekt və beynəlxalq hüquq: yeni hüquqi dövrün başlanğıcı

27 İyul 2026 09:52see217

Nazirlik əlilliyi olan şəxslərlə bağlı məlumat yaydı

27 İyul 2026 17:21see216

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

28 İyul 2026 06:57see207

Erlinq Holand özü haqda yayılan memlərə münasibət bildirib VİDEO

27 İyul 2026 05:16see206

Qaret Beyl karyerasını bitirdikdən sonra müflis olmaqdan qorxub

27 İyul 2026 00:26see205

“Bursaspor” azarkeşləri “Şaxtyor”un spikerinə çətin anlar yaşadıb FOTO/VİDEO

27 İyul 2026 04:28see202

İyulun sonunda həyatlarını dəyişdirəcək dörd BÜRC

28 İyul 2026 00:01see199

“Mayo” 75 ildən sonra İrlandiya çempionu oldu VİDEO

27 İyul 2026 02:59see198

Dünya Kuboku brendlər üçün böyük reklam fürsətinə çevrildi

27 İyul 2026 16:49see193

Azərbaycanlılar ən çox bunları axtarır “Google” statistikası təəccübləndirir

28 İyul 2026 02:05see193

Azərbaycan bu ölkələrlə ikitərəfli anlaşma memorandumları imzalayıb

28 İyul 2026 01:23see190

Zidan baş məşqçi təyin olunsa, Mbappenin kapitanlıq sarğısı əlindən alınacaq?

27 İyul 2026 23:59see185

Cinsi əlaqədən sonra qanaxma nə zaman normal sayılmır?

27 İyul 2026 23:22see180

ABŞ ordusu Hörmüzdə daha 17 ticarət gəmisinin marşrutunu dəyişib

28 İyul 2026 04:32see175

Gecə yarısı oyanmaq normaldırmı?

27 İyul 2026 23:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri