Icma.az
close
up
RU
Problemli kreditlərin artmasının səbəbkarı banklar, yoxsa vətəndaşlardır?

Problemli kreditlərin artmasının səbəbkarı banklar, yoxsa vətəndaşlardır?

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2024-cü il dekabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,1 faiz artaraq, milli valyuta ekvivalentində 29066,8 milyon manat təşkil edib.
Ümumi kredit portfelinin 24277,5 milyon manatı və ya 83,5 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 94,1 faizi banklar, 5,9 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 496,6 milyon manat olub və ümumi kredit portfelinin 1,7 faizini təşkil edib. Bu isə əvvəlki illə müqayisədə 12,8 faiz artım deməkdir.
Bəs, problemli kreditlərin artmasının səbəbi nədir?
Suala iqtisadçı ekspert Natiq Cəfərli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, problemli kreditlərin həcmi hələki təhlükəli səviyyədə deyil:
“Yəni ümumi kredit portfelinin 1,7 faizi təhlükəli hədd sayılmır. Çünki beynəlxalq praktikaya görə problemli kreditlər ümumi kredit portfelinin 3 faizini keçdikdən sonra təhlükəli sayılır. Hələlik, vəziyyət bu səviyyədə deyil. Amma problemli kreditin artması tendesiyası təhlükəlidir. Çünki problem getdikcə böyüyür”.
Müsahibimiz onu qeyd edib ki, problemli kreditlərin həcminin artmasının səbəbi vətəndaşların eyni vaxtda bir neçə bankdan kredit götürmələridir:
“Nəzərə alaq ki, kredit faizləri çox yüksəkdir. Əsasən də, istehlak kreditləri. Ona görə də vətəndaşlar çatdırıb vaxtında kreditlərini ödəyə bilmirlər. Üstəlik, bir çox hallarda vətəndaşların aylıq kredit ödənişlərinin həcmi, onların aylıq qazanclarından çox olur. Beləcə, problemli kreditlərin həcmi aybaay artır”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Fevral 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see148

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see140

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see139

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see137

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri