Icma.az
close
up
RU
“Cəbhədə balans dəyişməzdir: Putinin qələbə bəyanatları reallıqla üst üstə düşmür“ ISW

“Cəbhədə balans dəyişməzdir: Putinin qələbə bəyanatları reallıqla üst üstə düşmür“ ISW

Icma.az bildirir, Moderator.az portalına istinadən.

"Hər iki tərəf lokal irəliləyiş əldə etsə də, cəbhənin ümumi mənzərəsinə təsir etmir..."

Kremlin nəzarətində olan media və təbliğatçılar ardıcıl şəkildə Ukrayna müdafiəsinin "dağılmasından", "qaçan əsgərlərdən" və "Kiyevə yolun açıldığından" danışsa da, həm müstəqil analitika, həm də bəzi rusiyalı Z-blogerlər bu narrativin uydurma olduğunu təsdiqləyir.

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri yazıb.

Analitiklər Rusiya rəhbərliyinin Ukrayna cəbhəsində "böyük uğurlar" əldə edildiyi barədə açıqlamalarını təkzib edib. ISW vəziyyəti belə təsvir edir: cəb­hə xətti çökmür, döyüşlər mövqe xarakteri daşıyır və Rusiya ordusu təşəbbüsü saxlamasına baxmayaraq, nə sürətli irəliləyiş, nə də qələbə yaxın görünmür.

Analitiklərin məlumatına görə, Rusiya ordusu ağır itkilər verir, Ukrayna yalnız müdafiə olunmur, bəzi sahələrdə əkshücumlar həyata keçirir, Putinin iddia etdiyi "böyük mühasirələr" isə şişirdilmiş və faktlara əsaslanmayan bəyanatlardır.

ISW-nin hesablamalarına görə, Kupyansk və Volçansk istiqamətində səsləndirilən "uğurlar" da real vəziyyətlə üst-üstə düşmür. Analitiklər bildirir ki, Ukrayna qoşunlarının müəyyən mövqelərdən geri çəkilməsi müdafiə xəttinin itirilməsi deyil, strateji manevrdir.

Moskva bunu dolayı şəkildə etiraf edib: Rusiya rəsmiləri artıq bəyan edir ki, Ukrayna ordusu hələ də möhkəm müdafiə saxlayır. Buna baxmayaraq, Putin son çıxışında vurğulayıb ki, "müzakirələr yalnız Kiyev qoşunları işğal olunmuş ərazilərdən çəkildikdən sonra mümkün olacaq", yəni Moskva müharibəni dayandırmaq niyyətində deyil.

Cəbhədə həm rusların, həm də ukraynalıların irəliləyişi

ISW-nin son hesabatı göstərir ki, cəbhədə ümumi sabitlik fonunda lokal irəliləyişlər hər iki tərəfdə qeydə alınır.

Ukrayna ordusu Novopavlovsk istiqamətində, Filia kəndinin şimalında irəliləyib. Bu barədə geolokasiya görüntüləri dərc olunub. Eyni zamanda Ukraynanın "DeepState" analitik platforması bildirir ki, İvanovka kəndi və ətraf ərazilər təmizlənib, 53 Rusiya hərbçisi məhv edilib, 19-u əsir alınıb.

Bununla yanaşı, Rusiya ordusu Kupyansk və Donetsk vilayətində Con­stan­tınovka-Drujkovka xətti boyunca bəzi taktiki irəliləyişlər əldə edib. Həmçinin Petropavlovka istiqamətində mexanikləşdirilmiş hücum vasitəsilə mövqelərin dəyişməsi qeydə alınıb.

Ukrayna hərbçilərinin sözlərinə görə, Pokrovsk istiqamətində vəziyyət çətindir: duman pilotsuz kəşfiyyat vasitələrinin işini məhdudlaşdırır, bu isə Rusiya qoşunlarına əlavə qüvvə yığmağa imkan yaradır. Buna baxmayaraq, Ukrayna rəsmiləri bildirir ki, şəhərin mühasirəsi real təhlükə deyil.

ISW-nin ümumi qiymətləndirməsi belədir: "Cəbhə xətti sabitdir, Rusiya qələbədən uzaqdır, Ukrayna isə hələ də müqavimət göstərmək və lokal üstünlüklər əldə etmək gücündədir". Beləliklə, Kremlin cəbhə ilə bağlı triumfal açıqlamaları hazırkı hərbi vəziyyəti əks etdirmir - müharibə hələ də uzunmüddətli mövqe qarşıdurması mərhələsindədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Noyabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri