Icma.az
close
up
RU
Professor: Albanların etnik mənşəyi ilə bağlı müxtəlif yanaşmalar mövcuddur

Professor: Albanların etnik mənşəyi ilə bağlı müxtəlif yanaşmalar mövcuddur

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 21 sentyabr, AZƏRTAC

Albanların etnik mənşəyi ilə bağlı müxtəlif yanaşmalar mövcuddur və bu məsələnin mənbələr əsasında araşdırılmasına ehtiyac var.

AZƏRTAC xəbər verir ki, bunu tarix elmləri doktoru Həsən Həsənov “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.

Həsən Həsənov qeyd edib ki, onun diqqət çəkdiyi məqamlardan biri “Alban” adının türk xalqları arasında daşıyıcılarının mövcudluğudur: “Türk xalqları yeganə xalqdır ki, onun tərkibində qədim dövrdən bu günə qədər alban adlı tayfalar vardır. İndi Çində, uyğurların yaşadığı ərazilərin yaxınlığında alban adlı türkəsilli qruplar yaşayır. Qazaxıstanda da alban adlı tayfalar var. Bu, bizim üçün araşdırılmalı aparıcı amillərdən biridir”.

Həsən Həsənov çıxışında sovet tarixşünaslığında Azərbaycan tarixinin müəyyən dövrləşdirilməsi ilə bağlı yanaşmalara da toxunub. 1924-cü ildə Moskvada fəaliyyət göstərən tarixçi və şərqşünas Vasili Bartoldun Azərbaycan tarixi ilə bağlı mühazirəsində XII əsrə qədər müasir Azərbaycan ərazisində türk mənşəli əhalinin olmadığı, əhalinin farsdilli olduğu fikri irəli sürülüb. 1925-ci ildə Moskvadan Azərbaycana göndərilən Sısoyev adlı alim də Atropenanın Makedoniyalı İsgəndərin imperiyasının dağılmasından sonra yarandığını, Atropatın, torpağın və əhalinin fars mənşəli olduğunu qeyd edib. Bu cür yanaşmalar sonrakı dövrlərdə Azərbaycanın tarixi və etnik mənşəyi ilə bağlı müxtəlif iddiaların irəli sürülməsinə əsas verib.

Professor xüsusilə Atropatena ilə bağlı tarixşünaslıqda qəbul edilən yanaşmaların qədim mənbələr əsasında yenidən araşdırılmasının vacibliyini vurğulayıb: “Halbuki Atropatena yarananda, mənim tədqiqatıma görə, eramızdan əvvəl 612-ci ildə nə “fars” sözü var idi, nə fars dövləti, nə də “erməni” sözü və erməni dövləti var idi. Sonrakı dövrlərdə bu ərazi müəyyən müddət Fars imperiyasının tərkibində olub. Amma bu hadisələr sonradan baş verib”.

Müxbir - Nərmin Muradzadə

Videooperator - Mir Rəsul Cəfərov

Fotoqraf - Tofiq Babayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Sentyabr 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri