Icma.az
close
up
RU
Professor: Azərbaycanla bağlı reallığı Rusiyada da yaxşı dərk edirlər

Professor: Azərbaycanla bağlı reallığı Rusiyada da yaxşı dərk edirlər

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


“Rusiya ilə Azərbaycan arasındakı gərginlik tədricən zəifləyir və bu, müsbət haldır. Məncə, Rusiya rəhbərləri də anlayırlar ki, peşəkar, hazırlıqlı, uzaqgörən siyasətçi kimi Azərbaycan prezidenti İlham Əliyevlə təkcə Cənubi Qafqazda deyil, türk dünyasında, islam dövlətləri daxilində, eləcə də Yaxın və Orta Şərqdə hesablaşırlar. Hesab edirəm ki, bu reallığı Rusiya lideri Vladimir Putin də görür”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında professor Cümşüd Nuriyev Azərbaycan-Rusiya münasibətlərindəki gərginliyi şərh edərkən deyib.
“Gərginliyin pik həddində Rusiya gördü ki, Azərbaycan xalqı yumruq kimi prezidentinin arxasında dayanıb, onu müdafiə edir, dəstəkləyir. Gərginlik zamanı da Azərbaycan haqlı tərəf idi, Rusiyaya qarşı çıxmasının ciddi əsası var idi. Bəli, prezident Əliyev də öz hakimiyyətini təhlükə altına ataraq milli maraqlarımızı qorudu”,- deyə professor əlavə edib.
C. Nuriyevin sözlərinə görə, Rusiyanın böyük ölkə olması o demək deyil ki, qonşuları ilə istədiyi kimi davrana bilər: “Əvvəla, nəzərə almaq lazımdır ki, Rusiyanın 150 milyona qədər əhalisi var və bunun bəlli hissəsi türk və müsəlmanlardır. Onlar Azərbaycana qarşı ədalətsiz yanaşmanı dəstəkləmirlər. Şimali Qafqazda çeçen lideri istisna olmaqla, digər xalqlar və qurumlar Azərbaycana hörmətlə yanaşırlar. Elə Azərbaycan da qonşularına hörmətlə yanaşır, ticarət, iqtisadi münasibətlərin inkişafında maraqlı olduğunu dəfələrlə sübut edib. Əlbəttə, qarşılıqlı şəkildə ölkələrin bir-birinə hörmətlə yanaşması vacib məsələdir. Gəlin görək, Azərbaycan Rusiyadan nə istəyir, hansı tələblər irəli sürür? Biz, sadəcə, deyirik ki, qonşular bir-birinə hörmət etməlidir, bir-birinin daxili işlərinə qarışmamalıdır. Bu da ədalətli tələbdir. Yəni Azərbaycan olaraq bizim Rusiya ilə problemimiz yoxdur, əgər Rusiyanın bizimlə problemi varsa, bu, onların işidir”.
Müsahibimiz əlavə edib ki, münasibətlərdəki gərginliyin səngiməsi yaxşı haldır: “Azərbaycan bir dövr Rusiya ilə eyni çətirin altında yaşayıb. Bu mənada bir-birimizə hörmətlə yanaşmalıyıq. Gərginliyin səngiməsi isə müsbət haldır və düşünürəm ki, zamanla münasibətlər daha yaxşı olacaq”.
Y. QACAR
Reyting.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://reyting.az
archiveBu xəbər 09 İyul 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri