Icma.az
close
up
RU
Professor: Dünyanı iqtisadi zəlzələ gözləyir

Professor: Dünyanı iqtisadi zəlzələ gözləyir

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


“Gömrük və ya ticarət müharibələri yeni proses deyil. Xatırladım ki, Almaniya Birinci və İkinci Dünya müharibələrini başlatmazdan əvvəl də bu proses həyata keçirilib. Almaniya-Polşa, Almaniya-Fransa və digər istiqamətlərdə gömrük rüsumlarının sərtləşməsi müşahidə edilib. Eyni zamanda, həmin ərəfədə ABŞ qiymətləri qaldırıb və proses bir qədər də gərginləşib. Hesab edirəm ki, indi müşahidə etdiyimiz “Ticarət müharibəsi” bu baxımdan yeni deyil”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında professor Cümşüd Nuriyev ABŞ prezidenti Donald Trampın başlatdığı və dünyada ciddi narahatlığa səbəb olan tarif siyasətindən danışarkən bildirib.
C. Nuriyev deyib ki, indi əsasən ABŞ və Çin üz-üzə gəlir: “ABŞ dolların gücünü qorumaq üçün ciddi proqram hazılayıb və bunu prezident Tramp vasitəsilə həyata keçirməyə çalışırlar. Şübhəsiz ki, əsas hədəf Çindir”.
Professor qeyd edib ki, dünyanın ən güclü iki iqtisadiyyatının üz-üzə durması xoş nəticələr vəd etmir: “Hətta mən deyərdim ki, dünyanı “iqtisadi zəlzələ” gözləyir. Digər tərəfdən, ABŞ çox ustalıqla addımlar atır. Məsələn, hamıya rüsum tətbiq edir, amma Çinin əsas müttəfiqi olan Rusiya kənarda saxlanılır. Sözsüz ki, hədəf Çini zəiflətmək, dağıtmaqdır. Belə bir vəziyyətdə Çin hesab edəcək ki, Rusiya ABŞ-la hansısa danışıqlar aparıb, onun yanındadır”.
Müsahibimiz bildirib ki, dövlətləri iqtisadi baxımdan çökdürmək siyasəti yeni deyil, vaxtında Osmanlını da belə çökdürüblər.
Nuriyevin fikrincə, görünən odur ki, Yeni Dünya Düzənini Amerika təkcə çəkmək istəyir. “İstəyirlər ki, bu prosesdə ABŞ-nın rolu güclü olsun, son nəticədə təkqütblü dünya formalaşsın. Ancaq bu, çox təhlükəli oyundur və ABŞ-nın özünün də çöküşünə səbəb ola bilər. İndi dünya qarşıb. Məsələn, 200 il dənizlərdə İngiltərə ağalıq edib, sonra ABŞ bu rolu ondan alıb. İndi İngiltərə bu rolunu qaytarmaq üçün ABŞ-nın zəifləməsini istəyə bilər. Yəni bu baxımdan, vəziyyət çox gərgindir, proseslər sürətlə gedir”,- deyə professor əlavə edib.
Y. QACAR
Reyting.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://reyting.az
archiveBu xəbər 21 Aprel 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri