Icma.az
close
up
RU
Professor “Fəxri ağsaqqal” nişanı ilə təltif olundu Fotolar

Professor “Fəxri ağsaqqal” nişanı ilə təltif olundu Fotolar

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Qərbi Azərbaycan İcmasının Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Eynəddin Məmmədov ölkəmizin elmi-pedaqoji və ictimai-siyasi həyatındakı xidmətlərinə, müdrik ağsaqqal, nüfuzlu alim olaraq səmərəli fəaliyyəti ilə vətənimizin tərəqqisinə verdiyi töhfələrə görə “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edilib.

Gununsesi.info xəbər verir ki, 85 illik yubileyi münasibətilə keçirilən tədbirdə döş nişanını Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev yubilyara təqdim edib.

Eynəddin Hüseyn oğlu Məmmədov 1939-cu il sentyabr ayının 13-də İrəvan şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirdikdən sonra müəllim kimi fəaliyyətə başlayıb.

O, uzun illər pedaqoji və elmi fəaliyyətlə məşğul olub, Gəncə Tarix-ölkəşünaslıq muzeyində baş elmi işçi, indiki Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) buraxılan qəzetin məsul katibi, baş redaktoru, həmin təhsil ocağında Azərbaycan dili və ədəbiyyatı müəllimi, Dillər kafedrasının müdiri və bir sıra digər məsul vəzifələrdə çalışıb.

E.Məmmədov çoxsaylı elmi, publisistik, metodiki məqalənin, portret-oçerkin, tədris proqramının, onlarla dərs vəsaitinin, monoqrafiya və kitabların müəllifi, ADAU Dillər kafedrasının professorudur.

Professor Eynəddin Məmmədov 2018-ci ildə nəşr edilmiş “İrəvandan başlanan yol” adlı kitabında 36 il İrəvanın və quberniyanın Şeyxülislamı olmuş ulu babası Şeyx Məhəmmədbağır Qazızadənin şəcərəsini yazaraq bu qədim Azərbaycan torpağının tarixini yeni faktlar və sənədlərlə zənginləşdirmişdir. Onun İrəvan şəhərinin əzəli sakinlərinin etnik təmizləməyə məruz qalmasından bəhs edən məqaləsi “İrs” jurnalının son sayında dərc olunub.

Elmi-pedaqoji və publisistik fəaliyyətlə yanaşı Eynəddin Məmmədov Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədr müavini kimi ictimai fəaliyyətlə də yaxından məşğul olur.

Qeyd edək ki, E.Məmmədov Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına və bir sıra digər ali təltiflərə də layiq görülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 Dekabr 2024 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri