Icma.az
close
up
RU
Professor İbrahim Yıldırımın xatirəsi anıldı

Professor İbrahim Yıldırımın xatirəsi anıldı

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Noyabrın 20-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə “Yeni Klinika”da dünya şöhrətli cərrah, dəyərli alim, milli məfkurəli ziyalı,  əslən Qazax rayonundan olan İstanbul Universitetinin sabiq professoru İbrahim Yıldırımın əziz və işıqlı xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Anım tədbirində Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, AMEA, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, İstanbuldakı Fulya Kardiologiya və Ürək-Damar Cərrahiyyə Akademiyasının baş həkimi, professor Bingür Sönmez,  Azərbaycan Tibb Universitetinin Patoloji fiziologiya kafedrasının müdiri, professor Sabir Əliyev, Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, Kastamonu Universitetinin sabiq rektoru Seyit Aydın, Azərbaycan Tibb Universitetinin professoru Vaqif Qələndər, Qarabağ Universitetinin Klinikasının baş direktoru Samir Babayev, Mərkəzi Klinikanın baş həkimi, professor Kamran Musayev İbrahim Yıldırımın keçdiyi şərəfli və mənalı həyat yolundan, bir sıra xarici ölkələrdəki çoxşaxəli elmi-ictimai fəaliyyətindən söhbət açaraq, onun müdriklik, yüksək ziyalılıq keyfiyyətlərini vurğuladılar. Peşəkar cərrah, tələbkar elm təşkilatçısı olaraq, zəngin mənəviyyatı, geniş dünyagörüşü ilə ad-san qazanan İbrahim Yıldırımın respublikamızın elmi-mədəni həyatında yaxından iştirak etdiyini qeyd edərək, onun elmi, ictimai fəaliyyəti ilə bağlı xatirələrini bölüşdülər. Azərbaycanın tarixi, ədəbiyyatı, folkloru, tarixi şəxsiyyətləri ilə bağlı İbrahim Yıldırımın araşdırmalarının, müəllifi olduğu kitabların əhəmiyyətindən danışdılar.

Çıxışlarda professor İbrahim Yıldırımın ötən əsrin sonlarında  Bakıya gəlişi ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universiteti ilə sıx qarşılıqlı faydalı əməkdaşlıq etməsi,   Azərbaycandan müxtəlif ixtisaslar üzrə tələbələr seçərək, onların Türkiyədə müvafiq fakültələrdə təhsillərini davam etdirmələri, təqaüd almaları, yataqxanada yerləşmələrinin təmin olunmaları, həmin tələbələrin hazırda xalqımıza xidmət etmələri haqqında geniş söhbət açılıb. Professor İbrahim bəyin şəfalı əlləri ilə 1-ci Qarabağ savaşında yaralanmış əsgərlərimizin üzərində yüzlərcə estetik cərrahiyyə əməliyyatı apararaq, onlara şəfa bəxş etməsi, Ümummilli liderimiz Heydər Əliyevin şəfalı əllərini Azərbaycandan əsirgəməyin türk həkimlərininin tərkibində professor İbrahim Yıldırımı da qəbul edərək, onlara minnətdarlığını bildirməsi xüsusilə vurğulanıb.

Anım tədbirinin sonunda professor İbrahim Yıldırımın həyat yoldaşı - Molla Vəli Vidadinin və Molla Pənah Vaqifin nəticəsi olan Semra Füqen Orkun Yıldırım tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib. 60 illik ömür gün yoldaşı ilə bağlı xatirələrini bölüşərək, bildirib ki, İbrahim Yıldırım görkəmli alim olmaqla yanaşı, gözəl insan, əsl dost, sevən və sevilən ailə başçısı idi. Semra Füqen Orkun Yıldırım   ömür-gün yoldaşı İbrahim Yıldırımın ömrünün qürub çağlarında onu tək qoymayan azərbaycanlı dostlarının, xüsusilə Əməkdar həkim, istefada olan polkovnik Bəhruz Səfərəliyevin qayğısını dəyərləndirərək, minnətdarlığını bildirib.

Anım tədbirində İbrahim Yıldırımın ömür yolundan dəhs edən video çarxlar nümayiş olunub.

Hikmət Xudiyev (Cəmilzadə)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Noyabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see419

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see263

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see263

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see256

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see246

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see233

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see232

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see230

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see227

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see224

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see222

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see220

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see216

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see216

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see213

Korporativ sosial məsuliyyət PR strategiyasının güclü alətidir

14 Sentyabr 2026 13:34see213

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see211

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see209

Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi (Video)

14 Sentyabr 2026 14:11see205

​YENİ TƏDRİS İLİ, KÖHNƏ PROBLEM... Bakını nə gözləyir?

14 Sentyabr 2026 10:43see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri