Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

Professor İbrahim Yıldırımın xatirəsi anıldı

Professor İbrahim Yıldırımın xatirəsi anıldı

Icma.az, Adelet.az saytına istinadən bildirir.

Noyabrın 20-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə “Yeni Klinika”da dünya şöhrətli cərrah, dəyərli alim, milli məfkurəli ziyalı,  əslən Qazax rayonundan olan İstanbul Universitetinin  sabiq professoru İbrahim Yıldırımın əziz və işıqlı xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi.

Anım tədbirində  Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov,  TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, AMEA, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, İstanbuldakı Fulya Kardiologiya və Ürək-Damar Cərrahiyyə Akademiyasının baş həkimi, professor Bingür Sönmez,  Azərbaycan Tibb Universitetinin Patoloji fiziologiya kafedrasının müdiri, professor Sabir Əliyev,  Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə,  “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, Kastamonu Universitetinin sabiq rektoru Seyit Aydın, Azərbaycan Tibb Universitetinin professoru Vaqif Qələndər, Qarabağ Universitetinin Klinikasının baş direktoru Samir Babayev,  Mərkəzi Klinikanın baş həkimi, professor Kamran Musayev İbrahim Yıldırımın keçdiyi şərəfli və mənalı həyat yolundan, bir sıra xarici ölkələrdəki çoxşaxəli elmi-ictimai fəaliyyətindən söhbət açaraq, onun müdriklik, yüksək ziyalılıq keyfiyyətlərini vurğuladılar. Peşəkar cərrah, tələbkar elm təşkilatçısı olaraq, zəngin mənəviyyatı, geniş dünyagörüşü ilə ad-san qazanan  İbrahim Yıldırımın respublikamızın elmi-mədəni həyatında yaxından iştirak etdiyini qeyd edərək, onun elmi, ictimai fəaliyyəti ilə bağlı bağlı xatirələrini bölüşdülər. Azərbaycanın tarixi, ədəbiyyatı, folokloru, tarixi şəxsiyyətləri ilə bağlı İbrahim Yıldırımın araşdırmalarının, müəllifi olduğu kitabların əhəmiyyətindən danışdılar.  

Çıxışlarda professor İbrahim Yıldırımın ötən əsrin sonlarında  Bakıya gəlişi ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universiteti ilə sıx qarşılıqlı faydalı əməkdaşlıq etməsi,   Azərbaycandan müxtəlif ixtisaslar üzrə tələbələr seçərək, onların Türkiyədə müvafiq fakültələrdə təhsillərini davam etdirmələri, təqaüd almaları, yataqxanada yerləşmələrinin təmin  olunmaları, həmin tələbələrin hazırda xalqımıza xidmət etmələri haqqında geniş söhbət açıldı. Professor İbrahim bəyin şəfalı əlləri  ilə 1-ci Qarabağ savaşında yaralanmış əsgərlərimizin üzərində yüzlərcə estetik cərrahiyyə əməliyyatı apararaq, onlara şəfa bəxş etməsi, ümummilli liderimiz Heydər Əliyevin şəfalı əllərini Azərbaycandan əsirgəməyin türk həkimlərininin tərkibində professor İbrahim Yıldırımı da qəbul edərək, onlara minnətdarlığını bildirməsi xüsusilə vurğulandı. 

Anım tədbirinin sonunda professor İbrahim Yıldırımın həyat yoldaşı - Molla Vəli Vidadinin və Molla Pənah Vaqifin nəticəsi olan Semra Füqen Orkun Yıldırım  tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirdi. 60 illik ömür gün yoldaşı ilə bağlı xatirələrini bölüşərək, bildirdi ki, İbrahim Yıldırım görkəmli alim olmaqla yanaşı, gözəl insan, əsl dost, sevən və sevilən ailə başçısı idi. Semra Füqen Orkun Yıldırım   ömür-gün yoldaşı İbrahim Yıldırımın ömrünün qürub çağlarında onu tək qoymayan azərbaycanlı dostlarının, xüsusilə Əməkdar həkim, istefada olan polkovnik Bəhruz Səfərəliyevin qayğısını dəyərləndirərək, minnətdarlığını bildirdi.

Anım tədbirində İbrahim Yıldırımın ömür yolundan dəhs edən video çarxlar nümayiş olundu.

Hikmət Xudiyev (Cəmilzadə)
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://adalet.az
archiveBu xəbər 20 Noyabr 2025 21:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see464

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see433

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see307

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see304

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see258

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see247

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see241

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see236

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see230

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see224

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see216

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see214

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see213

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see212

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see210

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see201

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see198

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see195

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see193

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri