Icma.az
close
up
RU
Professor Mustafa Aydın: “Azərbaycan COP29 Zirvəsi ilə yüksək təşkilatçılıq imkanlarını bir daha sübut etdi”

Professor Mustafa Aydın: “Azərbaycan COP29 Zirvəsi ilə yüksək təşkilatçılıq imkanlarını bir daha sübut etdi”

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

“Azərbaycanın ev sahibliyi ilə baş tutan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 29-cu Konfransı(COP29)yüksək təşkilatçılıq və bir sıra mühüm qərarların qəbul edilməsi ilə yadda qaldı. İndiyədək çox sayda irimiqyaslı beynəlxalq tədbirə uğurla ev sahibliyi edən Azərbaycan COP29-da bütün iştirakçı dövlətlərin fəal iştirakı üçün yaratdığı şəraitlə bir daha yüksək təşkilatçılıq imkanlarına diqqət çəkdi”.
Bizim.Media xəbər verir ki, bu sözləri editor.az-a açıqlamasında Türkiyənin nüfuzlu İstanbul Aydın Universitetinin təsisçisi, professor Mustafa Aydın Azərbaycanda keçirilən COP29 sammitini şərh edərkən deyib. 
Onun sözlərinə görə, Türkiyə bu böyük sammitdə geniş tərkibdə və yüksək səviyyədə iştirak etdi:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyənin 2053-cü il üçün Xalis Sıfır Emissiya Hədəfi və enerji transformasiyası strategiyaları haqqında açıqlamaları dünya ictimaiyyətində böyük diqqət və maraq oyandırdı”.
Professor Mustafa Aydın Türkiyənin iqlim dəyişikliyi ilə mübarizədə qətiyyətli münasibətinə diqqət çəkərək, rəhbərlik etdiyi İstanbul Aydın Universitetinin təhsildən enerjiyə, ətraf mühitdən texnologiyaya qədər bir çox sahədə ciddi tədqiqatlar və layihələr icra etdiyini bildirib:
“Universitetlər təkcə bilik istehsal etməməli, həm də gələcəyin ekoloji şüurlu liderlərinin yetişdirilməsində fəal rol almalıdırlar. İstanbul Aydın Universiteti iqlim dəyişikliyi ilə mübarizə məsələlərini keçirilən dərslərin məzmununa inteqrasiya edərək tələbələrin ətraf mühit haqqında məlumatlılığını artırmağı hədəfləyir. Bundan əlavə, biz karbonun təsirlərini azaltmaq üçün müvafiq araşdırmalar apararaq, qlobal problemlərin həlli naminə müxtəlif təkliflərlə çıxış etməyə davam edəcəyik”.
Professorun sözlərinə görə, hazırda universitet şəhərciklərinin enerji ehtiyacları bərpa olunan mənbələrdən qarşılanır.
Mustafa Aydın günəş enerjisi panelləri və enerjiyə qənaət edən texnologiyalarla dayanıqlı kampus mühiti yaratmağı hədəflədiklərini bildirib:
“Prezident Ərdoğanın liderliyi ilə milli uğur hekayəsinə çevrilən Sıfır Tullantı Layihəsi İstanbul Aydın Universitetinin prioritet gündəm mövzularından biridir. Biz universitet şəhərciyimizdə təkrar emal infrastrukturunu gücləndirdir və orqanik tullantıları komposta çeviririk. Bundan əlavə, Yozgat şəhərinin Yerköy qəsəbəsində quraşdırdığımız günəş enerjisi paneli sistemini ekoloji cəhətdən təmiz enerji istehsalına ciddi töhfələr verir və bölgədə enerji səmərəliliyi səylərini dəstəkləyir”.
Professor Mustafa Aydın Milli Ağaçlandırma Günündə yüzlərlə fidan əkməklə tələbələr arasında ekoloji maarifləndirmə işləri apardıqlarını və gələcəyə yaşıl bir miras qoymağı hədəflədiklərini qeyd edib.
COP29 kimi zirvələrin beynəlxalq əməkdaşlıq sahəsində iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynadığını deyən Aydın, İstanbul Aydın Universitetinin qlobal ekoloji problemlərin həllinə yönəlmiş layihələrdə iştirakını davam etdirəcəyini bildirdi:
“İstanbul Aydın Universiteti olaraq iqlim dəyişikliyi ilə mübarizədə öz məsuliyyətimizi dərk edirik. Bu istiqamətdə maarifləndirici fəaliyyətlərimizi, sosial layihələrimizi icra davam edirik. Bu səylər təkcə bu gün üçün deyil, həm də gələcək nəsillərin yaşayacağı dünya üçün böyük əhəmiyyət kəsb edir. Türkiyənin yaşıl strategiyası ilə daha böyük uğurlar əldə edəcəyinə əminik”.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Noyabr 2024 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı

19 İyul 2025 10:50see161

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see117

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see117

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see116

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see115

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see115

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see114

Tramp BRİKS in zəiflədiyindən danışdı

19 İyul 2025 11:50see112

Prezident: Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir

19 İyul 2025 17:40see111

“Qarabağ”, “Sabah”, “Zirə” və “Araz Naxçıvan”ın 3 cü mərhələdəki potensial rəqibləri

19 İyul 2025 07:52see110

Gürcüstanda üç Türkiyə vətəndaşı saxlanılıb Qırmızı bülletenlə axtarışda olublar

19 İyul 2025 16:28see110

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see110

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see109

Böyük Britaniyada Qanqster nənə həbs edildi: 100 milyon dollar, bir tondan artıq narkotik İTTİHAMI

20 İyul 2025 01:49see109

20 il komada qalan şahzadə öldü FOTOLAR

20 İyul 2025 09:29see109

“Ölkəmizdə risklərin daxili mənbələri yoxdur”

19 İyul 2025 23:24see109

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see109

İctimai siyasi fikir və dövlətçilik tariximizdə “Açıq söz” qəzeti

19 İyul 2025 15:43see109

ABŞ konqresmeni ofisində infarktdan öldü

19 İyul 2025 23:54see109

Reytinq turnirində daha 2 medal

20 İyul 2025 00:18see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri