Icma.az
close
up
RU
Professor Mustafa Aydın ADPUda təhsildə innovativ liderlikdən danışıb AZƏRTAC

Professor Mustafa Aydın ADPUda təhsildə innovativ liderlikdən danışıb AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 19 dekabr, AZƏRTAC

Dekabrın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Pedaqoji Universitet və Avrasiya Universitetlər Birliyinin (EURAS) birgə təşkilatçılığı ilə “Təhsildə innovativ liderlik: gələcəyin təhsil sistemini qurmaq” mövzusunda seminar keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, EURAS prezidenti, İstanbul Aydın Universitetinin qurucusu və Himayəçilər Şurasının rəhbəri professor Mustafa Aydının təqdimatında keçirilən seminarda təhsildə liderlik, innovativ yanaşmalar və uğurlu strategiyalar müzakirə olunub. Seminarda professor təhsil mühitində diqqət yetirilməli olan məqamlar, təhsildə dəyərlərin önəmi və tətbiqi mövzuları ətrafında fikir və təcrübələrini bölüşüb.

Qeyd edilib ki, müasir müəllim təkcə bilik ötürücüsü deyil, həm də yol göstərəndir. Şəxsiyyət yetişdirməyə yönələn təhsil sistemində maraq mərkəzləri yaradılmalı, şagirdlərə sosial məsuliyyət və həssaslıq hissləri aşılanmalıdır. Professor M.Aydın vurğulayıb ki, müəllim dərs prosesində lider kimi davranmalı, dərsini ssenari şəklində planlamalı və gəncləri mənfi təsirlərdən qoruyaraq onların potensialını üzə çıxarmalıdır. Təhsilin məqsədi təkcə bilik ötürmək deyil, həm də əldə edilən bilikləri praktik və sosial dəyərə çevirməkdir. Alim bəhs etdiyi yanaşmaların təhsil sahəsində innovativ liderliyin əsasını təşkil etdiyini bildirib.

Təhsil işçiləri, universitetin professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi seminarda müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. Müzakirələrdə xüsusilə fərqlənən ADPU-nun tələbəsi Xədicə Əhmədliyə professor M.Aydın tərəfindən İstanbul Aydın Universitetində tam təqaüdlə magistratura və doktorantura təhsili hədiyyə olunub.

Qeyd edək ki, professor Mustafa Aydın Türkiyə ali təhsil sistemində bir çox islahatların müəllifidir. O, hibrid ali təhsil modelini ilk dəfə tətbiq edərək xarici tələbələrin Türkiyəyə cəlb olunmasında yeni səhifənin başlanğıcını qoyub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Dekabr 2024 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri