Icma.az
close
up
RU
Professor Renyin Li: Çin ilə Azərbaycan arasında təhsil və mədəniyyət sahələrində əməkdaşlıq böyük potensiala malikdir EKSKLÜZİV

Professor Renyin Li: Çin ilə Azərbaycan arasında təhsil və mədəniyyət sahələrində əməkdaşlıq böyük potensiala malikdir EKSKLÜZİV

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 7 noyabr, Pərvanə Qafarova, AZƏRTAC

Son illər Çin ilə Azərbaycan ikitərəfli münasibətlərin möhkəmləndirilməsində mühüm uğurlar əldə edib. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində ölkələrimiz arasında əməkdaşlıq tədricən daha çox sahələri, o cümlədən təhsil, mədəniyyət və elmi istiqamətləri əhatə edir.

“Bir kəmər, bir yol” Elmi-Texnoloji Alyansın baş katibinin müavini, Lançjou Universitetinin Mərkəzi Asiya Araşdırmaları İnstitutunun dəvət olunmuş professoru Renyin Li AZƏRTAC-a müsahibəsində Azərbaycan ilə Çin arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri barədə danışıb.

– Cənab Li, Çin ilə Azərbaycan arasında təhsil sahəsində, xüsusilə də dillərin öyrənilməsi və universitetlərarası akademik mübadilə istiqamətində əməkdaşlığın perspektivlərini necə qiymətləndirirsiniz?

– Mən hesab edirəm ki, Çin ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq çox mühüm rol oynayır. 2013-cü ildə Sədr Si Cinpinin rəhbərliyi ilə “Bir kəmər, bir yol” təşəbbüsünün irəli sürülməsindən sonra ölkələrimiz onun həyata keçirilməsində fəal iştirak edirlər.

Azərbaycan bu layihədə Çinin əsas tərəfdaşlarından birinə çevrilib və ölkənizin liderinin Çinə son səfərindən sonra münasibətlərimiz hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu hadisəni tarixi adlandırmaq olar – Azərbaycan müstəqillik qazandığı illər ərzində ilk dəfə diplomatik münasibətlərin səviyyəsi bu qədər yüksəlib.

Təhsil sahəsində əməkdaşlıq ikitərəfli münasibətlərin ən vacib istiqamətlərindən biridir. Azərbaycanda artıq Çin dili üzrə ixtisaslar və Konfutsi institutları fəaliyyət göstərir. Pekin Xarici Dillər Universitetində isə Azərbaycan dili uğurla tədris olunur. Lakin mənim fikrimcə, dil öyrənmək yalnız bir vasitədir. Bundan sonra elm, texnologiya, tibb, enerji və sənaye sahələrində əməkdaşlığı möhkəmləndirmək lazımdır.

Hazırda hər iki ölkə yüksəkixtisaslı kadr çatışmazlığı ilə üz-üzədir. Buna görə də təhsil proqramlarının, akademik mübadilələrin və birgə elmi tədqiqatların inkişaf etdirilməsi olduqca vacibdir. Biz yalnız universitetləri deyil, həm də məktəbləri bu prosesə cəlb etməliyik ki, hər iki ölkənin dilini və mədəniyyətini bilən yeni nəsil mütəxəssislər formalaşsın.

Son illərdə mənim proqramlarım vasitəsilə onlarla çinli tələbə Azərbaycanda təhsil alıb. Onlar burada dəyərli biliklər qazanıb, ölkənizin tarixi, mədəniyyəti və ənənələri ilə tanış olublar. Bu, xalqlarımız arasında qarşılıqlı anlaşmanın formalaşması üçün çox faydalı təcrübədir. Gələcəkdə daha çox azərbaycanlı tələbənin Çində təhsil alacağını gözləyirik, çünki bizdə beynəlxalq əməkdaşlığa açıq olan üç mindən çox ali təhsil müəssisəsi fəaliyyət göstərir.

– Sizin fikrinizcə, azərbaycanlı tələbələri və ya Azərbaycanın təhsil sistemini Çin üçün maraqlı tərəfdaşa çevirən əsas cəhətlər hansılardır?

– Azərbaycanlı tələbələr yüksək motivasiya və bilik əldə etmək istəyilə fərqlənirlər. Onlar Çin mədəniyyətini öyrənməyə açıqdırlar, elmi araşdırma və texnologiyalara böyük maraq göstərirlər. Ümumilikdə, Azərbaycan insan kapitalının inkişafına xüsusi diqqət ayırır ki, bu da onu təhsil sahəsində Çin üçün etibarlı tərəfdaşa çevirir.

Bundan əlavə, Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində strateji coğrafi mövqeyə malikdir. O, Şərq və Qərb, Şimal və Cənubun kəsişməsində yerləşdiyindən bu qlobal təşəbbüsün ən mühüm iştirakçılarından biridir.

Suverenliyini bərpa etdikdən sonra Azərbaycan öz ərazi bütövlüyünü möhkəmləndirib və bu gün iqtisadiyyatın, infrastrukturun, həyat səviyyəsinin və təhsilin keyfiyyətinin artırılmasına diqqət yetirir.

Azərbaycan zəngin mədəniyyətə, qədim tarixə malikdir, ölkənizin görkəmli şair və filosofları var. Bu mədəniyyəti dünyada, o cümlədən Çində daha geniş yaymaq lazımdır. Biz də bu prosesə təhsil və mədəniyyət layihələri, tələbə mübadilələri və birgə tədbirlər vasitəsilə töhfə verməyə hazırıq.

Əminəm ki, Çin və Azərbaycan arasında təhsil və mədəniyyət sahələrində əməkdaşlıq böyük potensiala malikdir. Yol açıqdır və ölkələrimiz bu yolda birgə irəliləməyə hazırdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see207

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see155

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see141

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see137

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see132

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri