Icma.az
close
up
RU
Professor Səfyar Musayevin 90 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib

Professor Səfyar Musayevin 90 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 24 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU), Yeni Azərbaycan Partiyası (YAP) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə BDU-nun professoru olmuş görkəmli alim və ictimai-siyasi xadim Səfyar Musayevin 90 illik yubileyinə həsr edilən respublika elmi konfransı keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, “Səfyar Musayevin ictimai-siyasi və elmi-pedaqoji fəaliyyəti” mövzusunda konfransın açılışında rektor Elçin Babayev çıxış edib. O, professor Səfyar Musayevin Azərbaycan tarix elminin inkişafında mühüm rol oynayan görkəmli alimlərdən biri olduğunu bildirib. Qeyd edib ki, o, uzun illər ərzində elmi-tədqiqat fəaliyyəti ilə yanaşı, pedaqoji sahədə də fədakarlıq göstərib, universitetdə tarix elminin sistemli şəkildə tədris olunmasına və inkişafına böyük zəhmət sərf edib. Onun rəhbərliyi ilə 25 nəfər namizədlik, 5 nəfər isə doktorluq dissertasiyası müdafiə edib. Səfyar Musayevin elmi tədqiqatları təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da tanınır.

Rektor Elçin Babayev professorun hər zaman yüksək vətəndaş mövqeyi nümayiş etdirərək Yeni Azərbaycan Partiyasının yaradılmasında və təşəkkül tapmasında fəal iştirak etdiyini vurğulayıb: “1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə deputat seçilən Səfyar Musayev ölkəmizdə insan hüquqlarının qorunması, hüquqi dövlətin yaradılması və müvafiq qanunvericilik aktlarının hazırlanması işlərində xidmətlər göstərib. Bütün ömrünü Ümummilli Lider Heydər Əliyev ideyalarına sədaqətli xidmətlə keçirən istedadlı alim, vətənpərvər insan Səfyar Musayevin əziz xatirəsi daim yaşayacaq”.

Konfransda “Ümummilli Lider Heydər Əliyev şəxsiyyətinin vurğunu, ictimai-siyasi xadim, istedadlı alim”, “Qərbi Azərbaycanın görkəmli ziyalısı, el təəssübkeşi”, “Səfyar Musayev xatirələrdə”, “Əziz elmi rəhbərim”, “Əqidəli alim” və digər mövzular üzrə məruzələr dinlənilib. Məruzələrdə Səfyar Musayevin ölkənin ictimai-siyasi, elmi-pedaqoji həyatında xidmətləri vurğulanıb. Qeyd olunub ki, Səfyar Musayev Ümummilli Lider Heydər Əliyevin ən yaxın tərəfdaşlarından, Yeni Azərbaycan Partiyasının qurucularından, məşhur “91”lərdən biri idi. Səfyar Musayevi bir alim, pedaqoq, ictimai-siyasi xadim kimi xalqa sevdirən onun elmi-tədris fəaliyyəti ilə yanaşı, vətənpərvərliyi, milli ləyaqəti olub.

Professor Səfyar Musayevin oğlu Vüqar Musayev tədbirin təşkilinə görə təşəkkür edib, görkəmli alim və ictimai-siyasi xadimin ömür yolunun gənclər üçün nümunə olduğunu bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2052

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see224

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see205

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see201

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see164

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see159

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see146

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see137

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see136

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see129

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see129

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see128

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri